Kral III Çarlz Vindzorda Qarabağ atlarının şousunu izləyib - FOTO/VİDEO

Böyük Britaniya kralı III Çarlz "Vindzor Kral Atçılıq Şousu"nda Qarabağ atlarının şousunu izləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Atçılıq Federasiyasından (ARAF) məlumat verilib.

Bildirilib ki, "Vindzor Kral Atçılıq Şousu" Böyük Britaniyada hər il ənənəvi olaraq keçirilir.

Azərbaycanı ilk dəfə tədbirdə Heydər Əliyev Fondunun dəstəyi və Atçılıq Federasiyasının təşkilatçılığı ilə 150 nəfərlik böyük nümayəndə heyəti təmsil edir.

Bu ilin ən möhtəşəm çıxışlarından "Azerbaijan – Land of Fire" şou-kompozisiyasında çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ atları, zərif Azərbaycan rəqsləri, ecazkar milli musiqi və orkestrin çıxışları nümayiş etdirilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) rəqs ansamblı və süvarilər dəstəsi 23 Qarabağ atı ilə Azərbaycanı növbəti dəfə yüksək səviyyədə təmsil edərək tamaşaçıların böyük rəğbətini qazanıb.

Şou-kompozisiyanın rəhbəri əməkdar artist Gövhər Həsənzadə, quruluşçu rejissoru və xoreoqrafı DSX-nın əməkdaşı əməkdar artist Fərid İbrahimov, süvarilər dəstəsinin məşqçisi baş təlimatçı İmran Əhmədli, Nümunəvi Hərbi Orkestrin baş dirijoru əməkdar artist Səməd Vəkilovdur.
 

Peşəkar Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz yaradıcılığının şah əsərlərindən sayılan, klassik Azərbaycan musiqisinin incisi olan "Arşın mal alan" operettasının ecazkar musiqisi əsasında hazırlanmış rəngarəng və duyğusal kompozisiya tamaşaçılara təqdim olunub.


Tədbirdə iştirak edən İngiltərə kralı III Çarlz Azərbaycan nümayəndə heyətini hörmət və ehtiramla qarşılanıb, "Azerbaijan – Land of Fire" şou-kompozisiyasını yüksək maraqla izləyib.

Operettada əsas qəhrəman obrazları böyük ustalıq və yüksək peşəkarlıqla canlandırılıb. Gülçöhrə obrazını Əməkdar artist Afaq Abbasova və solist Fatimə Cəfərzadə, Əskər obrazını Əməkdar artist Tural Ağasiyev və solist Fəhri Kəzım Nicat, Vəli obrazını isə Rauf Zeynalov canlandırıblar.

Qeyd edək ki, nümayəndə heyətinin çıxışları may ayının 17-dək davam edəcək və "Land of Fire" polo komandasının çıxışı bu gün baş tutacaq.

























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yavər Şıxəliyev VƏFAT ETDİ

Yavər Şıxəliyev VƏFAT ETDİ

Sərnişin təyyarəsində QORXULU ANLAR: Havaya qalxarkən alışdı - VİDEO

Sərnişin təyyarəsində QORXULU ANLAR: Havaya qalxarkən alışdı - VİDEO

Flik Arda Gülerin epizodunu şərh etməkdən YAYINDI

Flik Arda Gülerin epizodunu şərh etməkdən YAYINDI

Lavrov Pezeşkianla aktual regional məsələləri müzakirə etdi - VİDEO

Lavrov Pezeşkianla aktual regional məsələləri müzakirə etdi - VİDEO

Bu həftə üç BÜRCÜN həyatı yaddaqalan olacaq

Bu həftə üç BÜRCÜN həyatı yaddaqalan olacaq

Rusiya Xarkovu VURDU: 6 ölü, 14 yaralı var

Rusiya Xarkovu VURDU: 6 ölü, 14 yaralı var

Prezident: “Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” - VİDEO

Prezident: “Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” - VİDEO

"Çətin matç olacaq, amma favorit bizik" - "Borussiya"nın baş məşqçisi

"Çətin matç olacaq, amma favorit bizik" - "Borussiya"nın baş məşqçisi

BMT-də keçmiş işğalçı rejimin Azərbaycana qarşı törətdiyi cinayətlər GÜNDƏMƏ GƏTİRİLDİ

BMT-də keçmiş işğalçı rejimin Azərbaycana qarşı törətdiyi cinayətlər GÜNDƏMƏ GƏTİRİLDİ

COVID-19-un FƏSADLARI: Koronavirusdan sağalmış olsanız da bu xəstəliklər yarana bilər

COVID-19-un FƏSADLARI: Koronavirusdan sağalmış olsanız da bu xəstəliklər yarana bilər

Atletimiz Avropa birinciliyində 3 medal QAZANDI

Atletimiz Avropa birinciliyində 3 medal QAZANDI

Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə ittiham olunan sabiq idarə rəisi HAKİM QARŞISINDA

Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə ittiham olunan sabiq idarə rəisi HAKİM QARŞISINDA

“TikTok”dan İlon Maskla bağlı QADAĞA

“TikTok”dan İlon Maskla bağlı QADAĞA

Moskva və Tehrandan Fələstinlə bağlı ORTAQ MÖVQE - VİDEO

Moskva və Tehrandan Fələstinlə bağlı ORTAQ MÖVQE - VİDEO

Borussiya"nın "Sabah"la matça hazırlığından FOTOLAR

Borussiya"nın "Sabah"la matça hazırlığından FOTOLAR

Ticarət kəsiri rekord HƏDDƏ ÇATDI: Aİ Çinə yeni məhdudiyyətlər hazırlayır

Ticarət kəsiri rekord HƏDDƏ ÇATDI: Aİ Çinə yeni məhdudiyyətlər hazırlayır

Şəhid ailələrinin pulunu mənimsəyən məmura AĞIR CƏZA

Şəhid ailələrinin pulunu mənimsəyən məmura AĞIR CƏZA

Azərbaycana gətirilmiş ukraynalı uşaqlar ekskursiyalara cəlb edildi - FOTO

Azərbaycana gətirilmiş ukraynalı uşaqlar ekskursiyalara cəlb edildi - FOTO

Mbappe karyerasında ilkə İMZA ATDI

Mbappe karyerasında ilkə İMZA ATDI

Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə edildi - FOTO

Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə edildi - FOTO

ABŞ Raul Kastronun həbsinə ORDER VERDİ

ABŞ Raul Kastronun həbsinə ORDER VERDİ

Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurdu

Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurdu

İstanbulda etiraz aksiyası: İsrail hərbçilərinin Türkiyədə müalicəsi gündəm oldu - VİDEO

İstanbulda etiraz aksiyası: İsrail hərbçilərinin Türkiyədə müalicəsi gündəm oldu - VİDEO

Nazir diplomatik missiyası başa çatan Yaponiya səfirini qəbul etdi - FOTO

Nazir diplomatik missiyası başa çatan Yaponiya səfirini qəbul etdi - FOTO

End of content

No more pages to load

RADİO