Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə ittiham olunan sabiq idarə rəisi HAKİM QARŞISINDA

Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin mənimsəmədə təqsirləndirilən sabiq rəisi Mehdi Əmrahovun məhkəmə prosesində şahidlər ifadə veriblər.

Bizim.Media "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verənlərdən biri də ixtisasca həkim olan İdris Ələkbərov olub.  O, təqsirləndirilən şəxsi ilk dəfə istintaqda gördüyünü bildirib.

Şahidin sözlərinə görə, nazirliyin Kadrlar şöbəsinin əməkdaşı olan qonşusu Yeganə Eyvazova ona iş təklif edib.

"Mən də onun təklifini qəbul etdim. İşə getməsəm də, adıma əməkhaqqı yazılırdı. Sonuncu əməkhaqqını özüm nağdlaşdıraraq Yeganə xanımın mənə göndərdiyi kart hesabına göndərmişəm. Həmin hadisədən bir həftə sonra bu məsələnin üstü açılıb", - şahid bildirib.

İclasda şahid qismində ifadə verən Azərbaycan Tibb Universitetinin müəllimi Rövşən Əhmədov deyib ki, əvvəl Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsində çalışıb:

"Mehdi Əmrahovu 2013-cü ildən tanıyıram. 2022-ci ildən eyni idarədə çalışmışıq. Nazirliyin İnventarizasiya və Silinmə Komissiyasında adımın olmasından xəbərim yox idi. Pul çıxarma ilə bağlı sənədin birində adımın, digərində imzamın olduğunu bildirdilər. Lakin mən sözügedən sənədlərə imza çəkməmişəm".
 

Təqsirləndirilən Mehdi Əmrahov şahidin ifadəsinə münasibət bildirib. Müttəhim qeyd edib ki, Rövşən Əhmədovu İnventarizasiya və Silinmə Komissiyasına qəbul etməyi komissiyanın üzvləri təklif edib, o da buna razılaşıb.


İclasda həmçinin ziyanın dəqiq hesablanması üçün ekspertiza keçirilməsi təklif edilib.
Səhiyyə Nazirliyinin hüquqi nümayəndəsi qərarı məhkəməyə buraxdığını, dövlət ittihamçısı isə ekspertizaya ehtiyac olmadığını söyləyib.

Mehdi Əmrahovun vəkili də ekspertizanın keçirilməsini xahiş edib. Hakimlər heyəti ziyanın dəqiq hesablanması üçün mühasibatlıq ekspertizasının keçirilməsini qərara alıblar.

Növbəti iclas noyabrın 2-nə təyin olunub.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovla bağlı cinayət işi açılıb.

M.Əmrahova qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq dövründə onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilsə də, məhkəmənin ilk prosesində həbs edilib. Onu da qeyd edək ki, cinayət işi üzrə zərərçəkən qismində Səhiyyə Nazirliyi tanınıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezident: “Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” - VİDEO

Prezident: “Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” - VİDEO

BMT-də keçmiş işğalçı rejimin Azərbaycana qarşı törətdiyi cinayətlər GÜNDƏMƏ GƏTİRİLDİ

BMT-də keçmiş işğalçı rejimin Azərbaycana qarşı törətdiyi cinayətlər GÜNDƏMƏ GƏTİRİLDİ

COVID-19-un FƏSADLARI: Koronavirusdan sağalmış olsanız da bu xəstəliklər yarana bilər

COVID-19-un FƏSADLARI: Koronavirusdan sağalmış olsanız da bu xəstəliklər yarana bilər

Atletimiz Avropa birinciliyində 3 medal QAZANDI

Atletimiz Avropa birinciliyində 3 medal QAZANDI

Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə ittiham olunan sabiq idarə rəisi HAKİM QARŞISINDA

Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə ittiham olunan sabiq idarə rəisi HAKİM QARŞISINDA

“TikTok”dan İlon Maskla bağlı QADAĞA

“TikTok”dan İlon Maskla bağlı QADAĞA

Moskva və Tehrandan Fələstinlə bağlı ORTAQ MÖVQE - VİDEO

Moskva və Tehrandan Fələstinlə bağlı ORTAQ MÖVQE - VİDEO

Borussiya"nın "Sabah"la matça hazırlığından FOTOLAR

Borussiya"nın "Sabah"la matça hazırlığından FOTOLAR

Ticarət kəsiri rekord HƏDDƏ ÇATDI: Aİ Çinə yeni məhdudiyyətlər hazırlayır

Ticarət kəsiri rekord HƏDDƏ ÇATDI: Aİ Çinə yeni məhdudiyyətlər hazırlayır

Şəhid ailələrinin pulunu mənimsəyən məmura AĞIR CƏZA

Şəhid ailələrinin pulunu mənimsəyən məmura AĞIR CƏZA

Azərbaycana gətirilmiş ukraynalı uşaqlar ekskursiyalara cəlb edildi - FOTO

Azərbaycana gətirilmiş ukraynalı uşaqlar ekskursiyalara cəlb edildi - FOTO

Mbappe karyerasında ilkə İMZA ATDI

Mbappe karyerasında ilkə İMZA ATDI

Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə edildi - FOTO

Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə edildi - FOTO

ABŞ Raul Kastronun həbsinə ORDER VERDİ

ABŞ Raul Kastronun həbsinə ORDER VERDİ

Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurdu

Qazaxda mal-qara otaran 35 yaşlı kişini ildırım vurdu

İstanbulda etiraz aksiyası: İsrail hərbçilərinin Türkiyədə müalicəsi gündəm oldu - VİDEO

İstanbulda etiraz aksiyası: İsrail hərbçilərinin Türkiyədə müalicəsi gündəm oldu - VİDEO

Nazir diplomatik missiyası başa çatan Yaponiya səfirini qəbul etdi - FOTO

Nazir diplomatik missiyası başa çatan Yaponiya səfirini qəbul etdi - FOTO

“Cəbhədə internet problemi yaşanır” - Zelenski

“Cəbhədə internet problemi yaşanır” - Zelenski

UEFA-dan “Sabah”-“Borussiya” oyununa dair MARAQLI FAKTLAR - FOTO

UEFA-dan “Sabah”-“Borussiya” oyununa dair MARAQLI FAKTLAR - FOTO

Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq AXTARIŞA VERİLDİ

Hakimiyyəti ələ keçirməyə çağıran 7 Türkiyə vətəndaşı beynəlxalq AXTARIŞA VERİLDİ

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Kofeşopda QALMAQAL: Müdirdən pulunu istəyən işçiyə narkotik ittihamı - VİDEO

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Sərnişinlərin NƏZƏRİNƏ: Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

Mərdəkanda balıqların kütləvi tələf olması ilə bağlı RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO