Şuşadan Türküstana uzanan KÖRPÜ - Türk dünyasında yeni strateji inkişaf MODELİ

Son dövrlərdə qlobal güc balansında baş verən dəyişikliklər, yeni nəqliyyat marşrutlarının formalaşması, enerji təhlükəsizliyi məsələlərinin aktuallaşması və rəqəmsal transformasiya prosesləri dövlətləri daha sıx əməkdaşlıq formatlarına sövq edir. Bu proseslərin fonunda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın inkişafı xüsusilə diqqət çəkir.
 

Belə ki, artıq TDT yalnız ortaq mədəni və tarixi bağları birləşdirən platforma deyil, Avrasiya məkanında siyasi, iqtisadi və geostrateji çəkisi artan mühüm beynəlxalq güc mərkəzi kimi çıxış edir.


Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü də məhz bu yeni mərhələnin mühüm addımıdır. Zirvə görüşündə Prezident İlham Əliyevin səsləndirdiyi mesajlar türk dünyasının gələcək strateji istiqamətlərini müəyyənləşdirən tezislər kimi diqqət çəkir.

Türk dünyası artıq yeni strateji mərhələyə daxil olur

Prezident İlham Əliyev çıxışında Türk dünyasının artıq keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu xüsusi vurğulayaraq bildirib: “Ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir”.

Bu fikir son illərdə TDT çərçivəsində gedən inteqrasiya proseslərinin strateji fəlsəfəsini əks etdirir. Əgər əvvəlki dövrlərdə türk dövlətləri arasında əməkdaşlığın əsasını daha çox humanitar və mədəni əlaqələr təşkil edirdisə, hazırda təşkilat siyasi koordinasiya, iqtisadi inteqrasiya, nəqliyyat-logistika, enerji təhlükəsizliyi, rəqəmsal inkişaf və regional təhlükəsizlik məsələlərini əhatə edən geniş strateji platformaya çevrilib.

Orta Dəhliz və Zəngəzur xətti türk dünyasının strateji dayağına çevrilir

Bu gün TDT-nin geosiyasi çəkisini artıran əsas amillərdən biri Avrasiyada formalaşan yeni nəqliyyat və ticarət marşrutlarıdır. Xüsusilə Orta Dəhlizin strateji əhəmiyyətinin artması türk dövlətləri arasında koordinasiyanı daha vacib edir. Prezident İlham Əliyev də çıxışında bu məsələyə xüsusi diqqət ayıraraq qeyd edib ki, “Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək”.
 

Əslində, Azərbaycanın son illərdə həyata keçirdiyi nəqliyyat və logistika layihələri türk dünyasının geoiqtisadi inteqrasiyasında əsas rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər üzərindən artan yükdaşımalar və Orta Dəhliz boyunca formalaşan logistika infrastrukturu Türk Dövlətləri Təşkilatının iqtisadi dayaqlarını gücləndirən mühüm amillərdir.


Bununla yanaşı, TDT çərçivəsində gömrük və tranzit prosedurlarının sadələşdirilməsi istiqamətində də mühüm addımlar atılır. “e-Permit” sisteminin tətbiqi yükdaşımaların operativliyini artırmaqla yanaşı, Orta Dəhlizin rəqabət qabiliyyətini də gücləndirir.

Rəqəmsal İpək Yolu və süni intellekt – yeni prioritetlər

Rəqəmsal transformasiya və süni intellekt sahəsində əməkdaşlıq artıq Türk dünyasının yeni inkişaf istiqamətlərindən birinə çevrilir. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, dünya yeni texnoloji mərhələyə qədəm qoyur və türk dövlətləri bu prosesin önündə dayanmalıdır.

Dövlət başçısı bildirib ki, Azərbaycanın əsas məqsədlərindən biri rəqəmsal suverenliyin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsidir. Bu məqsədlə ölkədə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılıb, ötən il isə Süni İntellekt Strategiyası qəbul olunub.
 

Strategiya süni intellekt sənayesinin inkişafını, ixtisaslı kadrların hazırlanmasını və dövlət idarəçiliyində rəqəmsal həllərin geniş tətbiqini nəzərdə tutur. Prezident İlham Əliyev vurğulayıb ki, ölkədə sabit genişzolaqlı internetin əhatə dairəsi artıq 100 faizə çatdırılıb.


Türk dövlətləri arasında rəqəmsal əməkdaşlığın əsas istiqamətlərindən biri isə “Rəqəmsal İpək Yolu” layihəsidir. Prezident İlham Əliyev çıxışında bildirib ki, layihənin mühüm seqmentlərindən biri olan Azərbaycan-Qazaxıstan Trans-Xəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır. Bu layihə Avropa ilə Asiya arasında rəqəmsal bağlantının gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.

Azərbaycan TDT daxilində təşəbbüskar siyasi mərkəz rolunu gücləndirir

Türk Dövlətləri Təşkilatının hazırkı inkişaf mərhələsində Azərbaycanın rolu xüsusi diqqət çəkir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təşkilat daxilində həm siyasi təşəbbüsləri, həm də praktiki layihələri ilə seçilir.
 

Xüsusilə TDT-nin qeyri-rəsmi Zirvə görüşləri formatının ilk dəfə Azərbaycanın təşəbbüsü ilə Şuşada keçirilməsi təşkilat daxilində yeni siyasi dialoq mexanizminin formalaşmasına mühüm töhfə verdi. 2024-cü ildə Qarabağda keçirilmiş qeyri-rəsmi Zirvə görüşü və qəbul olunmuş Qarabağ Bəyannaməsi türk dövlətləri arasında siyasi həmrəyliyin daha da gücləndiyini nümayiş etdirdi.


Bunun nəticəsidir ki, Zirvə görüşündə çıxışı zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Türk Dövlətləri Təşkilatının nüfuzunu və birliyini möhkəmləndirmək yönündə səylərinə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi.

Şuşadan Türküstana uzanan körpü

Prezident İlham Əliyev çıxışında Şuşa ilə Türküstan arasında xüsusi qardaşlıq münasibətlərinə də toxunaraq bildirib: “Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildikdən sonra qardaşlaşdığı ilk şəhər Türküstan şəhəri olmuşdur. Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır”.

Bu mesaj yalnız simvolik məna daşımır. Şuşa-Türküstan xətti Türk dünyasında ortaq tarixi yaddaşın, mədəni bağlılığın və siyasi həmrəyliyin mühüm göstəricilərindən biri kimi qiymətləndirilə bilər.

Bakı Türk dünyasının yeni siyasi və intellektual platformasına çevrilir

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də TDT çərçivəsində əməkdaşlığın yeni istiqamətlərini formalaşdırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, yaxın günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil olunacaq.

Bununla yanaşı, iyun ayında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk dünyası həftəsinin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər Azərbaycanın artıq yalnız regional siyasi mərkəz deyil, həm də Türk dünyasının intellektual və humanitar platformalarından birinə çevrildiyini göstərir.

Türküstan görüşünün nəticələri

Bütün bunlar göstərir ki, Türk Dövlətləri Təşkilatı artıq yalnız mədəni platforma statusundan çıxaraq geniş siyasi, iqtisadi və strateji gündəliyə malik beynəlxalq əməkdaşlıq məkanına çevrilir. Bu prosesdə Azərbaycan həm geostrateji mövqeyi, həm də təşəbbüskar siyasəti ilə Türk dünyasının əsas inteqrasiya mərkəzlərindən biri kimi çıxış edir.
 

Türküstanda keçirilən Zirvə görüşü də bir daha nümayiş etdirdi ki, türk dövlətləri arasında əməkdaşlıq artıq yeni geosiyasi mərhələyə daxil olub və bu birlik qarşıdakı illərdə Avrasiyanın siyasi və iqtisadi xəritəsində daha mühüm rol oynayacaq.


Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının əsası 2009-cu ilin oktyabrında Naxçıvanda keçirilmiş Zirvə görüşündə qoyulub. Azərbaycan Prezidenti İlham Əliyevin ev sahibi kimi çıxış etdiyi toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan liderləri tərəfindən imzalanan “Naxçıvan Sazişi” türk dövlətlərinin vahid beynəlxalq institut çərçivəsində sistemli əməkdaşlığının təməlini formalaşdırıb. Sonrakı illərdə təşkilatın institusional inkişafı daha da sürətləndi və 2021-ci ildə İstanbul Zirvə görüşündə qurum rəsmi olaraq Türk Dövlətləri Təşkilatı adını alıb.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

ABŞ İrana qarşı yeni zərbələr dalğasına başladı - FOTO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Hərbi xidmətdən yeni qayıdan gənc dənizdə batdı – TƏFƏRRÜAT - VİDEO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Nazilə Səfərli Suraxanıdakı tıxacdan şikayətləndi – FOTO

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Sabah Bakının iki böyük rayonunda qaz olmayacaq

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Nikaraqua İtaliya ilə diplomatik əlaqələri kəsdiyini ELAN ETDİ

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ağ Ev: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Ronaldo DÇ-2026-da antirekorda imza atıb

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Zelenski Hakan Fidanı ordenlə təltif etdi – FOTO/VİDEO

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Tramp DÇ-2026-nın Final oyununu stadiondan İZLƏYƏCƏK

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Bakıda qadın plastik qabla DÖYÜLDÜ

Ayanın İstanbuldakı evi – VİDEO

Ayanın İstanbuldakı evi – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Sumqayıtda sahibsiz itlərin davası kameraya düşdü – VİDEO

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

Uqandada Ebolaya yoluxan sonuncu pasiyent evə buraxıldı

End of content

No more pages to load

RADİO