Anaklaudia Rossbax İlham Əliyevin qəbulunda – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbaxı qəbul edib.

Bizim.Media xəbər verir ki, Anaklaudia Rossbax Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası ilə bağlı gördüyü işlərin onda dərin təəsürat hissi yaratdığını deyərək, bu mötəbər tədbirin təşkili ilə əlaqədar ölkəmizin tətbiq etdiyi innovativ yanaşmaları alqışladığını vurğulayıb, onların sessiyanın daha məzmunlu keçirilməsinə zəmin yaratdığını qeyd edib.

Bütün bunlara görə Azərbaycan tərəfinə minnətdarlıq edən qonaq ölkəmizin bu tədbirə möhtəşəm ev sahibliyi edəcəyinə əminliyini bildirib.
 

Anaklaudia Rossbax COP29-un Azərbaycanda yüksək səviyyədə keçirildiyini xatırladaraq, bunun ardınca ölkəmizdə WUF13 kimi tədbirin təşkilinin önəminə toxunub. O, COP və WUF-un BMT sistemində ən böyük tədbirlər hesab olunduğunu deyərək vurğulayıb ki, mahiyyəti etibarilə Azərbaycan bu tədbirlər arasında əlaqə yaradıb.


Qonaq ölkəmizin BMT-nin Məskunlaşma Proqramının fəaliyyətinə verdiyi könüllü maliyyə töhfələrini yüksək qiymətləndirib, Azərbaycan-UN-Habitat əməkdaşlığını, o cümlədən respublikamızda keçirilən Milli Şəhərsalma forumları ənənəsini təqdir etdiyini deyib. O, bundan sonra da əməkdaşlığın uğurla davam edəcəyinə ümidvarlığını bildirib.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən dövlətimizin başçısı vurğulayıb ki, ölkəmiz tərəfindən tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri addımlar atılıb. Prezident İlham Əliyev bir neçə gün əvvəl Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə yerində tanış olduğunu xatırladıb, bu tədbirin nəticəyönümlü olacağına ümidvarlığını ifadə edib.
 

Dövlətimizin başçısı Azərbaycanın Ümumdünya Şəhərsalma Forumu təcrübəsinin, həmçinin ölkəmizdə şəhərsalma sahəsində tətbiq olunan innovativ yanaşmaların, işğaldan azad edilmiş ərazilərimizdə postmünaqişə şəraitində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılmasının digər ölkələr üçün də nümunəvi xarakter daşıdığını bildirib və ölkəmizin bu təcrübəni bölüşməyə hazır olduğunu deyib.


Söhbət zamanı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramının fəaliyyətini dəstəklədiyi məmnunluqla vurğulanıb, ölkəmizlə bu qurum arasında əməkdaşlığın perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Görüşdən sonra Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) arasında WUF13 Bakı standartlarına əsasən gələcəkdə keçiriləcək Ümumdünya Şəhərsalma Forumun sessiyalarına ev sahibliyi üzrə əməliyyat təlimatının birgə hazırlanmasında əməkdaşlıq etmək məqsədilə Niyyət Məktubu imzalanıb.

Gələcək sessiyalara ev sahibliyi edəcək tərəflərə qərarqəbuletmə prosesinə dəstək olmaq üçün nəzərdə tutulan sənəd Bakıda keçirilən WUF13-ün uğurlu hazırlıq mərhələsinə əsaslanmaqla, növbəti tədbirlərin operativ səmərəliliyini artırmağı hədəfləyir.



























Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Onlar da boşandı

Onlar da boşandı

Bədbəxtlik doğulduqları andan bu BÜRCLƏRİN yaxasını buraxmır

Bədbəxtlik doğulduqları andan bu BÜRCLƏRİN yaxasını buraxmır

“Qarabağ” “İmişli”yə, “Şamaxı” “Turan Tovuz”a qarşı

“Qarabağ” “İmişli”yə, “Şamaxı” “Turan Tovuz”a qarşı

Məşhur müğənniyə 14 milyonluq şantaj: “Otel videolarını...”

Məşhur müğənniyə 14 milyonluq şantaj: “Otel videolarını...”

Yer üzünün cənnət guşələri – Bu il istirahət üçün ən ideal 10 MƏKAN

Yer üzünün cənnət guşələri – Bu il istirahət üçün ən ideal 10 MƏKAN

Dinozavrlarla bağlı İNQİLABİ TAPINTI – Fildən 9 dəfə böyük olub... – FOTO

Dinozavrlarla bağlı İNQİLABİ TAPINTI – Fildən 9 dəfə böyük olub... – FOTO

Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI

Bu mövsüm cəzalandırılan hakimlər - SİYAHI

Bakıda Azərbaycanla UN-Habitat arasında Niyyət Məktubu İMZALANDI – FOTO

Bakıda Azərbaycanla UN-Habitat arasında Niyyət Məktubu İMZALANDI – FOTO

Cəbrayıl və Xocalıya növbəti köç – FOTO

Cəbrayıl və Xocalıya növbəti köç – FOTO

Dəmiryol Muzeyinə giriş sərbəst olacaq – FOTO

Dəmiryol Muzeyinə giriş sərbəst olacaq – FOTO

Anaklaudia Rossbax İlham Əliyevin qəbulunda – FOTO

Anaklaudia Rossbax İlham Əliyevin qəbulunda – FOTO

Dünyanın ən bahalı TƏRƏVƏZİ – Kiloqramı 2000 manata satılır

Dünyanın ən bahalı TƏRƏVƏZİ – Kiloqramı 2000 manata satılır

ABŞ-dan Çinə Hörmüz JESTİ – Gəmilərin boğazdan keçməsinə icazə verildi

ABŞ-dan Çinə Hörmüz JESTİ – Gəmilərin boğazdan keçməsinə icazə verildi

300 bal toplasa da- Adı siyahıda yoxdur

300 bal toplasa da- Adı siyahıda yoxdur

Sürücülərin NƏZƏRİNƏ – Artıq bu sənədləri “mygov”dan əldə etmək mümkündür

Sürücülərin NƏZƏRİNƏ – Artıq bu sənədləri “mygov”dan əldə etmək mümkündür

Yeni nəsil şəxsiyyət vəsiqəsi ilə bağlı yaşanan çətinlik aradan qaldırıldı - RƏSMİ

Yeni nəsil şəxsiyyət vəsiqəsi ilə bağlı yaşanan çətinlik aradan qaldırıldı - RƏSMİ

Yay allergiyasından qorunmaq üçün 8 QIZIL MƏSLƏHƏT

Yay allergiyasından qorunmaq üçün 8 QIZIL MƏSLƏHƏT

WUF13 üçün qeydiyyatdan keçənlərin SAYI AÇIQLANDI – FOTO

WUF13 üçün qeydiyyatdan keçənlərin SAYI AÇIQLANDI – FOTO

Tanınmış bloger qadın sürücüyə kəllə atdı – ANBAAN VİDEO

Tanınmış bloger qadın sürücüyə kəllə atdı – ANBAAN VİDEO

Bu il işlə təmin olunanların SAYI AÇIQLANDI

Bu il işlə təmin olunanların SAYI AÇIQLANDI

Çağırışçı xarici dövlətin vətəndaşlığını qəbul edərsə... – Hərbi xidmətə APARILMAYACAQ?

Çağırışçı xarici dövlətin vətəndaşlığını qəbul edərsə... – Hərbi xidmətə APARILMAYACAQ?

Metroda bu zarafatı edənlərə XƏBƏRDARLIQ -Cərimə olunacaqsınız! – VİDEO

Metroda bu zarafatı edənlərə XƏBƏRDARLIQ -Cərimə olunacaqsınız! – VİDEO

İkinci dəfə ailə quran Günelin toy görüntüləri

İkinci dəfə ailə quran Günelin toy görüntüləri

Lahıc yolunda hərəkət bərpa olundu – VİDEO

Lahıc yolunda hərəkət bərpa olundu – VİDEO

End of content

No more pages to load

RADİO