300 bal toplasa da- Adı siyahıda yoxdur

Aprelin 19-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlananda diqqətlər əsasən 300 bal toplayan cəmi bir abituriyentin üzərində cəmləndi. Amma maraqlısı odur ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu Düylün kənd tam orta məktəbinin məzunu Əhməd Hüseynov da imtahanda mümkün olan ən yüksək nəticəni - 300 balı toplayıb. Ölkə üzrə cəmi iki nəfərin əldə etdiyi bu nəticə böyük uğur hesab olunsa da, bir detal bu uğurun rəsmi şəkildə tanınmasına sual yaradıb.

Məsələ ondadır ki, abituriyent məktəbdə tədris olunan xarici dildən fərqli dil seçib. Məlumat üçün bildirək ki, buraxılış imtahanlarında xarici dil fənni üzrə nəticənin nəzərə alınması üçün şagirdin məktəbdə tədris olunan dili seçməsi tələb olunur.
 

Əgər abituriyent imtahanda məktəbdə keçirilən dildən fərqli bir xarici dil seçirsə, həmin nəticə buraxılış imtahanı üzrə etibarlı hesab edilmir. Çünki buraxılış imtahanı məktəb proqramı əsasında keçirilir və qiymətləndirmə də tədris olunan fənn üzrə aparılır.


Bu tələb yalnız buraxılış imtahanına aiddir. Qəbul imtahanlarında isə bəzi hallarda abituriyent fərqli xarici dil seçə bilər. Lakin attestat və buraxılış nəticələrinin formalaşdırılmasında məktəbdə keçirilən dil əsas götürülür.

Bizim.Media “Azərbaycan müəllimi”nə istinadən xəbər verir ki, Əhməd nəticəsini ilk dəfə hazırlıq müəllimlərinin yaratdığı qrupda öyrəndiyini deyib.

“Hazırlıq müəllimimiz qrupumuza yazdı ki, mən 300 bal toplamışam. Bu xəbəri görəndə çox sevindim. Bu mənim üçün həm sevindirici, həm də qürurverici bir hiss idi. Həddindən artıq həyəcanlı idim və nə edəcəyimi bilmirdim”,- abituriyent qeyd edib.

O deyib ki, məktəbdə əsas xarici dil rus dili olsa da, bu fəndə özünü zəif hiss etdiyi üçün ingilis dilini seçib:

“Çünki ingilis dilini daha yaxşı bilirdim. Həm də düşünürəm ki, müasir dövrdə ingilis dili daha vacib və perspektivli bir dildir”.

Əhməd uğurunun arxasında uzun illərin zəhmətinin dayandığını deyir:

“1-ci sinifdən dərslərimi həmişə yaxşı oxumuşam. Məktəb müəllimlərim mənə çox dəstək olublar, üzərimdə böyük əməkləri var. Hamısına dərin minnətdarlığımı bildirirəm. Valideynlərim də hər zaman yanımda olublar, mənə motivasiya veriblər. Onlara çox şey borcluyam”.

O, hazırlıq müddətində əsas diqqəti zəif olduğu mövzulara yönəldib:

“Buraxılış imtahanı ərəfəsində riyaziyyatdakı boşluqlarımı doldurmaq üçün gecə-gündüz çalışdım. Azərbaycan dili fənnində mətnlər üzərində daha çox işlədim, onlara xüsusi vaxt ayırdım. İngilis dilində isə söz ehtiyatımı artırmağa, xüsusilə sinonimlərə diqqət yetirdim. Düşünürəm ki, insan öz zəif tərəflərini yalnız özü düzəldə bilər”.

Gələcək planlarından danışan Əhməd deyir ki, İT ixtisası üzrə ingilis dilində təhsil almaq istəyir:

“Yüksək nəticə əldə etmək istəyən abituriyentlərə əsas tövsiyəm odur ki, özlərinə hədəf qoysunlar və hər zaman özlərinə inansınlar”.

O hesab edir ki, düzgün yuxu rejimi və planlı hazırlıq uğurun əsas şərtlərindəndir:

“Məncə, səhər saat 6-7-də oyanmaq dərs üçün ən ideal vaxtdır. Çünki səhər saatlarında beyin daha ayıq olur. Yuxu rejimi isə hər kəs üçün fərqlidir. Bir nəfər üçün uyğun olan rejim başqa biri üçün ideal olmaya bilər. Amma ümumi olaraq düşünürəm ki, orta hesabla 7 saat yuxu kifayət qədər uyğundur”.

Əhməd deyir ki, bəzi günlər gecə saatlarına qədər dərs çalışıb:

“Adətən gecə saat 12-də yatırdım. Lakin bəzi günlər dərsə görə gecə saat 1-2-yə qədər çalışırdım. Yeni öyrənilən mövzunu həmin gün təkrar etmək çox vacibdir. Bu, mövzunun daha yaxşı yadda qalmasına kömək edir. Təkrar və sınaqlara vaxt ayırmaq da olduqca önəmlidir. Çünki təkrar biliklərin unudulmamasını təmin edir, sınaqlar isə zəif tərəflərimizi görməyə imkan yaradır”.

O, sınaqlarda etdiyi səhvlər üzərində xüsusi işlədiyini də vurğulayıb:

“Sınaqlarda səhv etdiyim və ya cavablandıra bilmədiyim sualları dairəyə alırdım. Daha sonra onları əvvəlcə özüm həll etməyə çalışırdım. Bacarmadığım hallarda müəllimlərimdən soruşur və ya yutub vasitəsilə izahlara baxırdım”.

Əhmədin fikrincə, dərs oxumaqda əsas məsələ vaxt yox, keyfiyyətdir:

“Gündəlik dərs oxuma müddətim dəyişirdi. Amma düşünürəm ki, əsas məsələ dərs oxuma müddəti deyil, onun keyfiyyətidir. Məsələn, 30-35 dəqiqə dərs oxuyub 5-10 dəqiqə fasilə vermək daha effektiv nəticə verir. Bundan əlavə, gün ərzində hansı fəndən hansı mövzuları oxuyacağını və hansı sınaqları yazacağını əvvəlcədən planlaşdırmaq da çox vacibdir”.

Əhməd bildirir ki, blok imtahanında 1-ci qrupun Rİ altqrupu üzrə iştirak edəcək:

“Ümumilikdə isə abituriyentlərə tövsiyəm budur ki, özlərinə hədəf qoysunlar, öz güclərinə inansınlar, çox çalışsınlar və vaxtlarını düzgün idarə etsinlər. Unutmaq olmaz ki, mümkünsüz heç nə yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

Bakı Limanı 4 beynəlxalq ISO standartı üzrə təkrar sertifikatlaşdırmadan KEÇDİ

İti hündürmərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

İti hündürmərtəbədən atan şəxs HƏBS edildi - VİDEO

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Sentyabrda Bakı metrosundan istifadə edənlərin sayı AÇIQLANDI

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Kukla Teatrının əməkdaşından ŞİKAYƏT - “Otaq verilmir, dəhlizdə işləməyə məcbur edirlər” – VİDEO

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Qara dənizdə hücuma məruz qalan gəmidə azərbaycanlılar da olub – Zelenskidən AÇIQLAMA

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda iki gün yağış yağacaq, bəzi yerlərdə dolu düşəcək, qar yağacaq - XƏBƏRDARLIQ

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Cütlüyün ayrılma baiskarı Xalq artisti olub - 3 dəfə taxılan üzük

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

Ötən ay neçə erkən evliliyin qarşısı alınıb? – RƏSMİ AÇIQLAMA

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

“Kombini yandırmaq üçün tezdir” deyənlərə XƏBƏRDARLIQ

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi KEÇİRİLİR

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi KEÇİRİLİR

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir

Günəşdən kənardan ilk radio siqnalı – 63 işıq ili uzaqdakı nəhəng planet

Günəşdən kənardan ilk radio siqnalı – 63 işıq ili uzaqdakı nəhəng planet

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

XİN: “Azərbaycan AQEM məqsədlərinin təşviqinə sadiqliyini bir daha təsdiqləyir” – FOTO

“15-i evə qayıdacağam deyən Raulum şəhid olaraq gəldi”- Nəcibə anadan ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

“15-i evə qayıdacağam deyən Raulum şəhid olaraq gəldi”- Nəcibə anadan ÜRƏKDAĞLAYAN SÖZLƏR - FOTO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Bakıda marşrut avtobusu belə aşdı – ANBAAN VİDEO

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Valideyn himayəsindən məhrum uşaqların övladlığa götürülməsi qaydası DƏYİŞDİ – FƏRMAN

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Minimum əməkhaqqı artımı kimlərə şamil olunacaq? – VİDEO

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

Ev almaq istəyənlərin nəzərinə: Yeni və köhnə tikililərdə son qiymətlər

Qonşu ölkədə ölümcül VİRUS YAYILDI – Azərbaycana da keçə bilər? – RƏSMİ AÇIQLAMA

Qonşu ölkədə ölümcül VİRUS YAYILDI – Azərbaycana da keçə bilər? – RƏSMİ AÇIQLAMA

66 yaşlı Nərgiz Cəlilovanın görünüşü gündəm oldu - Video

66 yaşlı Nərgiz Cəlilovanın görünüşü gündəm oldu - Video

5 bürc noyabrda sərvətə qovuşacaq — SİYAHI

5 bürc noyabrda sərvətə qovuşacaq — SİYAHI

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Siyəzəndə ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı – FOTO/VİDEO

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Pul köçürmələri ilə bağlı YENİLİK – Məbləğ kəskin ARTIRILDI

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

Qara dənizdə Türkiyə gəmisinə DRON HÜCUMU – Yaralılar var – VİDEO

End of content

No more pages to load

RADİO