İlham Əliyev İrəvandakı tədbirdə videobağlantı formatında çıxış edib -FOTO/VİDEO

Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib:

“Sabahınız xeyir və Bakıdan salamlar. Əvvəlcə mən “Avropa Siyasi Birliyi”nin Zirvə görüşündə çıxış üçün etdiyi dəvətə görə Prezident Koştaya təşəkkürümü bildirmək istəyirəm.
 

Prezident Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı biz Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən tədbirə videobağlantı formatında qoşulacam.


Mən, həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il öncə Tiranaya səfərim zamanı Prezident Koşta və Prezident Fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik.

Ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Tramp, artıq qeyd edildiyi kimi, həmçinin şahid kimi imza atdı.

Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib.

Sülh sahəsində digər nailiyyət bağlantılardır. “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” Azərbaycanı öz eksklavı Naxçıvanla birləşdirəcək və bununla yanaşı, o, Orta Dəhlizin bir hissəsinə çevriləcək. Həm Ermənistan, həm Azərbaycan sülhün əyani nəticələrini artıq görürlər. Bu fürsətdən istifadə edərək, mən Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürümü bildirmək istəyirəm.

Lakin əfsuslar olsun ki, heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir.

Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA). Azərbaycan 2001-ci ilin yanvarından Avropa Şurasının üzvüdür. Yeri gəlmişkən, mən o vaxt parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri idim.

Nümayəndə heyətimizə 2024-cü ilin yanvarına qədər Avropa Şurasında heç zaman məhdudiyyətlər tətbiq edilməmişdi. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda separatçılığa son qoydu. Biz BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 30 il kağız üzərində qalan 4 qətnaməsini özümüz icra etdik. Dörd ay sonra AŞPA nümayəndə heyətimizə sanksiyalar tətbiq etdi.
 

Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir.


İndi isə Avropa Parlamentini götürək. Bu qurum sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur. İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir.

Ən sonuncusu cəmi dörd gün əvvəl - bilərəkdən Zirvə görüşü ərəfəsində qəbul edildi. Avropa Parlamenti ksenofobiya, islamofobiya, anti-semitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır.

Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib. Cavab olaraq Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib.

Nəzərə alsaq ki, “Avropa Siyasi Birliyi”nin Zirvə görüşlərində biz öz fikirlərimizlə və narahatlıq doğuran məsələlərlə açıq şəkildə mübadilə edirik, mən, sadəcə, bu halda baş verənlər barədə həmkarlarımızı məlumatlandırmaq istədim ki, son qərarla bağlı səhv informasiya və manipulyasiya olmasın.

Yekun olaraq mən Baş nazir Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirgə görüşünün Ermənistanda keçirilməsi ilə bağlı təbrik etmək istəyirəm.

Bildirirəm ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir. Mən Zirvə görüşünə uğurlar arzu edirəm. Sağ olun”.









 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Merts: “Rusiya və müttəfiqləri təkcə Ukraynaya deyil, dünya dəyərlərinə də hücum edir”

Merts: “Rusiya və müttəfiqləri təkcə Ukraynaya deyil, dünya dəyərlərinə də hücum edir”

Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Leyla Əliyeva Arkadağda Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

Roma Papasından Rusiya və Ukraynaya humanitar atəşkəs ÇAĞIRIŞI

Roma Papasından Rusiya və Ukraynaya humanitar atəşkəs ÇAĞIRIŞI

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi - FOTO

Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi - FOTO

Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI – Ronaldo və Messi zirvədədir

Dünyanın ən çox qazanan futbolçularının SİYAHISI – Ronaldo və Messi zirvədədir

Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - FOTO

Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb - FOTO

Türkiyədə Maksim Qalkinin konsertinin ləğvi TƏLƏB OLUNUR - FOTO

Türkiyədə Maksim Qalkinin konsertinin ləğvi TƏLƏB OLUNUR - FOTO

Yavər Şıxəliyev VƏFAT ETDİ

Yavər Şıxəliyev VƏFAT ETDİ

Sərnişin təyyarəsində QORXULU ANLAR: Havaya qalxarkən alışdı - VİDEO

Sərnişin təyyarəsində QORXULU ANLAR: Havaya qalxarkən alışdı - VİDEO

Flik Arda Gülerin epizodunu şərh etməkdən YAYINDI

Flik Arda Gülerin epizodunu şərh etməkdən YAYINDI

Lavrov Pezeşkianla aktual regional məsələləri müzakirə etdi - VİDEO

Lavrov Pezeşkianla aktual regional məsələləri müzakirə etdi - VİDEO

Bu həftə üç BÜRCÜN həyatı yaddaqalan olacaq

Bu həftə üç BÜRCÜN həyatı yaddaqalan olacaq

Rusiya Xarkovu VURDU: 6 ölü, 14 yaralı var

Rusiya Xarkovu VURDU: 6 ölü, 14 yaralı var

Prezident: “Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” - VİDEO

Prezident: “Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” - VİDEO

"Çətin matç olacaq, amma favorit bizik" - "Borussiya"nın baş məşqçisi

"Çətin matç olacaq, amma favorit bizik" - "Borussiya"nın baş məşqçisi

BMT-də keçmiş işğalçı rejimin Azərbaycana qarşı törətdiyi cinayətlər GÜNDƏMƏ GƏTİRİLDİ

BMT-də keçmiş işğalçı rejimin Azərbaycana qarşı törətdiyi cinayətlər GÜNDƏMƏ GƏTİRİLDİ

COVID-19-un FƏSADLARI: Koronavirusdan sağalmış olsanız da bu xəstəliklər yarana bilər

COVID-19-un FƏSADLARI: Koronavirusdan sağalmış olsanız da bu xəstəliklər yarana bilər

Atletimiz Avropa birinciliyində 3 medal QAZANDI

Atletimiz Avropa birinciliyində 3 medal QAZANDI

Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə ittiham olunan sabiq idarə rəisi HAKİM QARŞISINDA

Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə ittiham olunan sabiq idarə rəisi HAKİM QARŞISINDA

“TikTok”dan İlon Maskla bağlı QADAĞA

“TikTok”dan İlon Maskla bağlı QADAĞA

Moskva və Tehrandan Fələstinlə bağlı ORTAQ MÖVQE - VİDEO

Moskva və Tehrandan Fələstinlə bağlı ORTAQ MÖVQE - VİDEO

Borussiya"nın "Sabah"la matça hazırlığından FOTOLAR

Borussiya"nın "Sabah"la matça hazırlığından FOTOLAR

Ticarət kəsiri rekord HƏDDƏ ÇATDI: Aİ Çinə yeni məhdudiyyətlər hazırlayır

Ticarət kəsiri rekord HƏDDƏ ÇATDI: Aİ Çinə yeni məhdudiyyətlər hazırlayır

Şəhid ailələrinin pulunu mənimsəyən məmura AĞIR CƏZA

Şəhid ailələrinin pulunu mənimsəyən məmura AĞIR CƏZA

End of content

No more pages to load

RADİO