Elçin Əmirbəyov: “Azərbaycan qazının Avropaya ixracı ikiqat arta bilər”

Azərbaycan təbii qazının Avropa İttifaqı (Aİ) ölkələrinə ixracının ikiqat artırılması prinsip etibarilə mümkündür.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın Formiche.net portalına müsahibəsində deyib.

Onun sözlərinə görə, ən əsası bu, yeni ideya deyil:

"Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen 2022-ci ilin iyulunda Bakıya səfər edərkən Aİ və Azərbaycan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu sənədin məqsədi Cənub Qaz Dəhlizi infrastrukturunun genişləndirilməsi və beləliklə də 2027-ci ilə qədər Azərbaycan qazının Avropa İttifaqı ölkələrinə ixracının ikiqat artırılaraq, ildə 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırılmasıdır".

E.Əmirbəyov bildirib ki, bu proses artıq başlayıb:

"Biz həmin hədəfə doğru irəliləyirik. TAP-ın genişləndirilməsi istiqamətində birinci mərhələsi 2026-cı ilin yanvarında istismara verilib və bu, Avropaya illik 1,2 milyard kubmetr əlavə ötürmə gücü qazandırıb. Bu əlavə həcmin 1 milyard kubmetri İtaliyaya yönləndirilir. Bu, dəhlizin statik olmadığını, əksinə, Avropanın enerji ehtiyaclarına cavab olaraq davamlı inkişaf etdiyini göstərir".

Xüsusi tapşırıqlar üzrə nümayəndə qeyd edib ki, eyni zamanda, daha çox iş görmək üçün aydın potensial mövcuddur:

"Azərbaycan Avropaya qaz tədarükünü artırmağa hazır olduğunu dəfələrlə bəyan edib. Lakin bunun üçün Cənub Qaz Dəhlizinin infrastrukturunun daha da genişləndirilməsi tələb olunur. Bu isə hasilatın və qaz kəmərinin ötürücülük qabiliyyətinin artırılması məqsədilə yeni investisiyaların cəlb edilməsini zəruri edir.

Hazırkı geosiyasi qeyri-müəyyənlik şəraitində bu ötürmə gücünün genişləndirilməsi getdikcə daha çox Avropanın strateji maraqlarına cavab verir. Burada maliyyələşmə həlledici əhəmiyyət daşıyır. Avropa enerji təchizatı mənbələrini şaxələndirmək istiqamətində səylərini davam etdirərkən, müvafiq Avropa İttifaqı institutları zəruri investisiyalar üçün maliyyə şəraitinin yaradılmasına mühüm töhfə verə bilər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

End of content

No more pages to load

RADİO