Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən Günəş şadlıq evində qeydə alınıb.
Belə ki, toy zamanı qonaqlar arasında narahatlıq başlayıb, daha sonra zəhərlənmə halı baş verib. Hazırda zəhərlənənlərin sayının 13 olduğu bildirilir.
Onların hamısı dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb. Vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.

Bizim.Media, Aran bürosu