Dubaydan Təl-Əvivə uçan "Flydubai" aviaşirkətinin təyyarəsi təcili eniş etdiyi Səudiyyə Ərəbistanının Təbuk şəhərinin hava limanından İsrailin Ben-Qurion aeroportuna çatıb.
Bizim.Media "The Jerusalem Post"a istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu sərnişinləri qarşılamaq üçün hava limanına gedib.
Hava limanının tibbi briqadaları sərnişinləri müayinə etmək və lazımi yardım göstərmək üçün hazır vəziyyətə gətirilib. Bildirilib ki, 174 sərnişinindən 166-sı İsrail vətəndaşıdır.
Daha əvvəl Dubaydan Təl-Əvivə uçan "Flydubai" təyyarəsi kabinədə pilotların davasından sonra Səudiyyə Ərəbistanının Təbuk hava limanında təcili eniş edib.
Onlardan biri bıçaq yarası alıb, bundan sonra digəri təyyarənin idarəetməsini ələ keçirməyə cəhd edib. "Flydubai" hadisənin araşdırılması başa çatana qədər İsrailə uçuşları dayandırıb.
Bizim.Media