Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədalət Nurulla oğlu Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
Qeyd edək ki, Ədalət Fərəcov Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvüdür.
Bizim.Media