Azərbaycan və Latviya prezidentlərinin geniş tərkibdə görüşü - FOTO

Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə geniş tərkibdə görüşü keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:  

İlham Əliyev Latviya Prezidentini belə qarşıladı – FOTO


Bizim.Media xəbər verir ki, qonaqları salamlayan Azərbaycan Prezidenti İlham Əliyev deyib:

“Cənab Prezident.

Nümayəndə heyətinin üzvləri.

Əziz qonaqlar.

Bir daha xoş gəlmisiniz. Cənab Prezidentlə müxtəlif məsələlər ətrafında əla müzakirəmiz oldu və işimizi nümayəndə heyətləri ilə birgə davam etdiririk. Bilirəm ki, səfərdən əvvəl çox işlər görülmüşdür, o cümlədən Hökumətlərarası Komissiyanın iclası çox uğurla keçirilmişdir. Həmçinin əminəm ki, bu gün keçiriləcək biznes-forum birgə işin aparılmasına olan qarşılıqlı maraq əsasında yaxşı nəticələr verəcək.
 

Təbii ki, aramızda çox yaxşı siyasi əlaqələr mövcuddur. Bu gün onlar bir daha təsdiqləndi. Ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və burada Azərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığımıza dair praktiki məsələləri nəzərdən keçirməliyik.


Əlbəttə, biz regionumuzda siyasi hadisələri geniş şəkildə müzakirə etdik və həmin müzakirəni cənab Prezidentlə davam etdirəcəyik. Əminəm ki, nümayəndə heyətlərinin üzvləri də bu vaxtdan istifadə edərək, ikitərəfli tərəfdaşlığımızın ən mühüm məsələlərini müzakirə edəcəklər.

Mən dəvətimi qəbul etdiyinə görə cənab Prezidentə olduqca minnətdaram, onu yenidən görməyimə çox şadam. O, əvvəlki vəzifəsində olarkən Bakıda dəfələrlə olub. Mən hər zaman görüşlərimizdən məmnun qalmışam. Sizə bu dəfə də Azərbaycanda xoş səfər arzu edirəm. Bir daha xoş gəlmisiniz”.

Sonra Latviya Prezidenti Edqars Rinkeviçs çıxış edərək deyib:

“Çox sağ olun, cənab Prezident. Dəvətə və çox səmimi qonaqpərvərliyə görə olduqca minnətdaram.
 

Görüşümüz əsnasında Sizə söylədiyim kimi, Bakıya sonuncu səfərimdən, demək olar ki, 9 il ötür. O, 2017-ci ildə baş tutmuşdu. Şəhəri tanımaq olmur. Düşünürəm ki, bu vaxta qədər şahidi olduğumuz inkişaf böyük təəssürat bağışlayır. Mən Sizi və Azərbaycan xalqını həm siyasi, həm iqtisadi inkişaf, həmçinin uzun çəkən məsələnin həlli münasibətilə təbrik etmək istəyirəm.


Haqlı olaraq qeyd etdiyiniz kimi, təkbətək görüşümüzdə Yaxın Şərqdə və Avropada siyasi hadisələrə, regional təhlükəsizliyə aid bir sıra məsələləri artıq müzakirə etdik. Təsdiqləmək və bir daha vurğulamaq istədiyim məqam odur ki, Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir.

Siyasi və iqtisadi əməkdaşlığımızın real dəyərini görürük. Nümayəndə heyətimdən gördüyünüz kimi, hətta ikinci cərgədə də çox təmsilçilərimiz var. Nümayəndə heyətini ixtisar edə bilmirdim, çünki hamı burada olmağa, çox praktiki məsələləri müzakirə etməyə maraq göstərir. Mən, həmçinin Hökumətlərarası Komissiyanın işini alqışlamaq istəyirəm”.
 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

End of content

No more pages to load

RADİO