Nazirdən tapşırıq: Nəzarət daha da sərtləşdiriləcək - FOTO

Aprelin 21-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülmüş işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən ardıcıl, məqsədyönlü siyasət nəticəsində makroiqtisadi sabitlik gücləndirilib və maliyyə dayanıqlığı təmin edilib.

Qeyd olunub ki, bu amillər dövlət büdcəsinin icrasına da müsbət təsir göstərib, gəlir və xərclər üzrə proqnozlar yerinə yetirilib.

2026-cı ilin yanvar-mart aylarında da dövlət büdcəsinin icrasında müsbət dinamikanın davam etdiyini deyən S.Babayev bildirib ki, ilin l rübü ərzində dövlət büdcəsi üzrə gəlirlər ümumilikdə 9,6 milyard manat olub. Bu da proqnoza münasibətdə 5 faiz artımla icra deməkdir. Həmin dövr ərzində dövlət büdcəsinin xərcləri isə 7,8 milyard manatdan çox olub.
 

İclasda Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2025-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr üzrə məruzə dinlənilib. Qeyd olunub ki, dövlət xəzinədarlığına daxil olmuş sənədlərin icra müddəti ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək sürətlənib, real vaxt rejimində dövlət xəzinədarlığının məlumatlarına çıxış imkanı təmin edən “Maliyyə Hesabatlılıq Portalı” yaradılıb və portal vasitəsilə istifadəçilərin operativ və dəqiq məlumatları vahid platforma üzərindən əldə etməsi hədəf kimi müəyyən edilib.


Eyni zamanda məlumat verilib ki, dövlət maliyyəsinin idarə olunmasında müasir texnologiyaların tətbiqi və rəqəmsallaşmanın sürətləndirilməsi məqsədilə Agentlik tərəfindən maliyyə əməliyyatlarının vahid mərkəzdən idarə olunması və operativlik təmin olunub.

İclasda bildirilib ki, artıq xəzinə əməliyyatları üzrə xidmət pasportlarının yaradılmasına başlanılıb.

Bu məqsədlə Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər unifikasiya edilərək 75 adda xidmət əməliyyatı müəyyən olunub, 1000-dən çox prosesi əhatə edən, bütün xidmətləri özündə birləşdirən 12 xidmət pasportu və 1 təlimat hazırlanıb.

Qeyd olunub ki, bu təşəbbüs büdcə təşkilatlarının maarifləndirilməsinə, proseslərin təkmilləşdirilməsinə, həmçinin pasportların bütün əməkdaşlar tərəfindən mənimsənilərək xəzinə əməliyyatlarında bələdçi rolunu oynamasına xidmət edir.

Kollegiyanın sədri Dövlət Xəzinədarlıq Agentliyinə elektron sistemlərin, o cümlədən “Maliyyə Hesabatlılıq Portalı”nın təkmilləşdirilməsi, büdcənin icrasına operativ nəzarətin gücləndirilməsi və vahid xəzinə hesabının qalığının real vaxt rejimində izlənilməsi imkanlarının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsini tapşırıb. Eyni zamanda, xəzinə əməliyyatları üzrə vahid standartların tətbiqi, daxili nəzarət, monitorinq və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi, proseslərin təhlili və davamlı təkmilləşdirilməsi məqsədilə xidmət pasportlarının hazırlanması işlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

İclasda Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti müzakirə edilərək bildirilib ki, dövlət vəsaitlərinin səmərəli və təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Aparılan yoxlamalar nəticəsində normativ-hüquqi aktların tələblərinin pozulması halları, o cümlədən artıq və əsassız ödənişlər aşkar edilib və bu istiqamətdə müvafiq tədbirlər görülür.

Qeyd olunub ki, 2025-ci il və 2026-cı ilin birinci rübündə 157 nəzarət obyektində keçirilmiş yoxlamalar zamanı müəyyən olunan nöqsanlar aradan qaldırılıb, maliyyə pozuntuları bərpa olunub, vergidən yayınmış məbləğlərin dövlət büdcəsinə ödənilməsi təmin edilib, həmçinin ilkin maliyyə nəzarəti tədbirləri ilə artıq xərclənmələrin qarşısı alınıb. Eyni zamanda, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində inzibati və intizam tədbirləri görülüb, bir sıra hallarda materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub.

Kollegiya iclasında vurğulanıb ki, nəzarət tədbirlərinin effektivliyinin artırılması məqsədilə riskəsaslı yanaşma və müasir təhlil metodları geniş tətbiq olunur, “Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sistemi” və digər elektron platformalar üzərindən əldə olunan məlumatların inteqrasiyası gücləndirilir.
 

Eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi, yeni nəzarət qaydalarının hazırlanması, institusional potensialın artırılması və kadr təminatının gücləndirilməsi istiqamətində sistemli işlər davam etdirilir.


S.Babayev dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi, nəzarət tədbirlərinin səmərəliliyinin artırılması və risk əsaslı yanaşmanın genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib. Bu məqsədlə rəqəmsal informasiya sistemlərindən istifadənin genişləndirilməsi, maliyyə pozuntularının erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin maliyyə nəzarəti mexanizmlərinin gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.

Nazir aşkar edilmiş maliyyə pozuntularının bərpası üzrə tədbirlərin effektivliyinin artırılması və bu istiqamətdə icraya nəzarətin gücləndirilməsi, habelə maliyyə nəzarəti tədbirlərinin aparılmasına dair yeni qaydaların və metodiki tövsiyələrin hazırlanması istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
 

Qeyd olunub ki, Mərkəzləşdirilmiş İnformasiya İdarəetmə Sistemindən əldə olunan məlumatların müvafiq alt sistemdə icmallaşdırılaraq nəzarət tədbirlərinin planlaşdırılmasında istifadə olunması və elektron pilləli yoxlama sisteminin yaradılması nəzarət mexanizmlərinin operativliyinin və effektivliyinin artırılmasına, şəffaflığın gücləndirilməsinə mühüm töhfə verəcək.


Kollegiya iclasında, həmçinin Maliyyə Nazirliyində tapşırıqların icra vəziyyəti və hesabatlarla bağlı məsələlərə dair təqdimat nümayiş etdirilib, müzakirələr aparılıb və qaldırılan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Niyə maşınlar daha çox yayda yanır?

Niyə maşınlar daha çox yayda yanır?

Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – DGK sədri cavabladı

Ağbənd buraxılış məntəqəsi nə vaxt istifadəyə veriləcək? – DGK sədri cavabladı

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Bakının bu dəmir yolu ərazisində olan tikililərdə söküntü başladı - VİDEO

Qarğıdalını çiy yemək olar?

Qarğıdalını çiy yemək olar?

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Göstərdikləri sevginin qarşılığını ala bilməyən 4 BÜRC

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Avropanın Rusiyaya qarşı sanksiyalarının müddəti uzadıldı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Rütte Rusiyanı uzunmüddətli TƏHDİD adlandırdı

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Kiyevə raket hücumlarından sonra anbar binası yanır - VİDEO

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Şəhidin qardaşı Prezidentə təşəkkür etdi

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Qulaq məməsinə masaj etməyin MARAQLI FAYDASI

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Mehriban Əliyeva: “Ordumuzla qürur duyuruq!” - FOTO

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələri Günüdür

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Limada Azərbaycan–Peru diplomatik əlaqələrinin 30 illiyi qeyd olundu – FOTO/VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Dənizdə boğulmalar suyun səviyyəsinin azalması ilə bağlıdır? - VİDEO

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Azərbaycan basketbol klubunun adı dəyişdirildi

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Sürücülərin NƏZƏRİNƏ: Sabahdan Bakının bu mərkəzi küçəsi BAĞLANIR

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Avropanı bürüyən FƏLAKƏT Azərbaycana da çata bilər

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Füzulidə qəbiristanlıqda quru otlar YANDI - Qəbirlər zərər gördü!

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Azərbaycanla Türkiyə arasında sadələşdirilmiş gömrük dəhlizi yaradıla bilər

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

Polşada iki sərnişin qatarı toqquşdu: Xəsarət alanlar var - VİDEO

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

"Yaşasın Azərbaycan əsgəri!" - VİDEOÇARX

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

“Neftçi” Surinam yığmasının üzvü ilə danışıq aparır

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

İsrail prezidentinin olduğu helikopter quş dəstəsi ilə TOQQUŞDU

Livanda ölənlərin sayı: Son sutkada daha 7 nəfər həlak oldu

Livanda ölənlərin sayı: Son sutkada daha 7 nəfər həlak oldu

End of content

No more pages to load

RADİO