Prezident həbs edilən icra başçılarından danışdı: “Bu vicdansızlıq və əxlaqsızlıq nəticəsiz qalmadı”

0:00
0:00

"Siz daim insanlarla təmasda olmalısınız, onların problemlərini onlardan eşitməlisiniz, laqeyd olmamalısınız. Yəni, bütün məmurlar qarşısında mənim tərəfimdən qoyulan vəzifələr bundan ibarətdir. Çünki hər bir dövlət məmuru Prezident başda olmaq şərti ilə xalqın xidmətçisidir. Mən bunu dəfələrlə öz çıxışlarımda demişəm və icra başçılarını vəzifəyə təyin edərkən demişəm". 

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident yeni icra başçılarını videoformatda qəbul edib


"Ancaq əfsuslar olsun ki, bəzi hallarda mənim təyin etdiyim vəzifəli şəxslər öz vəzifə borcunu yerinə yetirmək əvəzinə qanunsuz işlərlə məşğul idi, korrupsiya ilə, rüşvətxorluqla məşğul idi.

Kasıb insanların malına göz dikmişdilər, dövlət tərəfindən ictimai işlərə cəlb edilən insanların maaşını mənimsəmişdilər. Bu vicdansızlıq və əxlaqsızlıq nəticəsiz qalmadı. Bildiyiniz kimi, bir çox icra başçıları cinayət məsuliyyətinə cəlb olunub, artıq bir çoxu məhkum edilib və bəzilərinin cinayət işlərinin istintaqı davam edir. Bu, təkcə icra hakimiyyəti başçılarına aid deyil, bütün məmurlara aiddir. Heç kim qanundan yuxarı ola bilməz. Qanun qarşısında hamı bərabərdir.

Dövlət məmurunun üzərinə düşən vəzifə və məsuliyyət onları dediyim prinsiplərə riayət etmələrinə sövq etməlidir.

Əks təqdirdə onlar cəzalandırılacaq və artıq gördüyümüz işlər bunu təsdiqləyir. Böyük vəzifə böyük imtiyaz deyil, böyük məsuliyyətdir. Ona görə bu məsuliyyəti dərk edərkən siz öz addımlarınızı da bu istiqamətdə atmalısınız", - dövlət başçısı deyib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kürdəmirdəki güclü yanğınla bağlı TƏFƏRRÜAT

Kürdəmirdəki güclü yanğınla bağlı TƏFƏRRÜAT

9-cu mərtəbədən yıxılan kişi öldü

9-cu mərtəbədən yıxılan kişi öldü

Azərbaycan Avropa Parlamenti ilə münasibətləri DAYANDIRA BİLƏR

Azərbaycan Avropa Parlamenti ilə münasibətləri DAYANDIRA BİLƏR

Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu

Məktəbə işə düzəltmək vədi ilə 200 minlik dələduzluq - Müəllimə hökm oxundu

Sumqayıtın 3 nömrəli Şəhər Xəstəxanası KÖÇÜRÜLÜR

Sumqayıtın 3 nömrəli Şəhər Xəstəxanası KÖÇÜRÜLÜR

Ceyhun Bayramov koreyalı həmkarı ilə nələri müzakirə edib?

Ceyhun Bayramov koreyalı həmkarı ilə nələri müzakirə edib?

Xalıq Rəhmanov Maliyyə Nazirliyinin Aparat rəhbəri TƏYİN EDİLDİ

Xalıq Rəhmanov Maliyyə Nazirliyinin Aparat rəhbəri TƏYİN EDİLDİ

Ukrayna Perm diyarına ZƏRBƏ endirdi – VİDEO

Ukrayna Perm diyarına ZƏRBƏ endirdi – VİDEO

Alimlər: Yer kürəsində əhalinin sayı rəsmi göstəricilərdən daha çoxdur

Alimlər: Yer kürəsində əhalinin sayı rəsmi göstəricilərdən daha çoxdur

Çox çay içmək zərərli imiş - Bu həddi keçməyin

Çox çay içmək zərərli imiş - Bu həddi keçməyin

Gecə-gündüz təqib, bezdirici mesajlar... - “Stalking”ə görə hansı cəza NƏZƏRDƏ TUTULUR?

Gecə-gündüz təqib, bezdirici mesajlar... - “Stalking”ə görə hansı cəza NƏZƏRDƏ TUTULUR?

Azərbaycan-Ukrayna tərəfdaşlığı Avropa mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ – Məzahir Əfəndiyevin MƏQALƏSİ

Azərbaycan-Ukrayna tərəfdaşlığı Avropa mətbuatının DİQQƏT MƏRKƏZİNDƏ – Məzahir Əfəndiyevin MƏQALƏSİ

İtkin düşən 15 yaşlı Qüdrətin meyiti çaydan TAPILDI – DETALLAR

İtkin düşən 15 yaşlı Qüdrətin meyiti çaydan TAPILDI – DETALLAR

Sürücü huşunu itirsə də, şagirdlər özlərini itirmədilər – ANBAAN VİDEO

Sürücü huşunu itirsə də, şagirdlər özlərini itirmədilər – ANBAAN VİDEO

Tuapse 2 həftədə 3-cü dəfə PUA hücumuna məruz qaldı – VİDEO

Tuapse 2 həftədə 3-cü dəfə PUA hücumuna məruz qaldı – VİDEO

10 yaşlı Eldarı maşınla vurub öldürən əsgərlikdən məzuniyyətə gəlibmiş

10 yaşlı Eldarı maşınla vurub öldürən əsgərlikdən məzuniyyətə gəlibmiş

Bakıda boru partladı, bu küçə keçilməz oldu - VİDEO

Bakıda boru partladı, bu küçə keçilməz oldu - VİDEO

Tramp İranı təhdid etdi: “"Yaxşı oğlan" olmaq dövrü bitdi” – FOTO

Tramp İranı təhdid etdi: “"Yaxşı oğlan" olmaq dövrü bitdi” – FOTO

Tikintisi davam edən binalardan mənzil almaq istəyənlərin DİQQƏTİNƏ

Tikintisi davam edən binalardan mənzil almaq istəyənlərin DİQQƏTİNƏ

Sevdiyi qızın anasının qızıllarını oğurladı, özünə nişan məclisi TƏŞKİL ETDİ

Sevdiyi qızın anasının qızıllarını oğurladı, özünə nişan məclisi TƏŞKİL ETDİ

Sabah da yağış YAĞACAQ?

Sabah da yağış YAĞACAQ?

Rusiyalı qapıçıya “Bavariya” ilə oyunda necə qiymət verildi?

Rusiyalı qapıçıya “Bavariya” ilə oyunda necə qiymət verildi?

Uşaqlara baxır, ev işlərini görür... - Ağıllı robot-dayə yaradıldı – VİDEO

Uşaqlara baxır, ev işlərini görür... - Ağıllı robot-dayə yaradıldı – VİDEO

PUA hücumu zamanı 14 yaşlı qız itkin düşmüşdü - Meyiti tapıldı - FOTO

PUA hücumu zamanı 14 yaşlı qız itkin düşmüşdü - Meyiti tapıldı - FOTO

End of content

No more pages to load

RADİO