Rusiyanın Tuapse şəhərində PUA hücumu zamanı itkin düşən 14 yaşlı məktəbli ölü tapılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “LizaAlert” axtarış-xilasetmə dəstəsi məlumat yayıb.
Məlumata görə, məktəbli aprelin 16-na keçən gecə Tuapseyə kütləvi PUA hücumu zamanı itkin düşmüşdü.
Həmin gecə dronlardan biri qızın ailəsinin yaşadığı evə düşüb. Hadisədən sonra dağıntılar altında axtarış aparılsa da, uşağın meyiti tapılmamışdı.
Bu müddət ərzində xilasedicilər və könüllülər məktəblinin axtarışlarını davam etdiriblər. Qızın yaxınları isə onun sağ qalacağına ümid ediblər.
Axtarışlar nəticəsində 14 yaşlı qızın öldüyü məlum olub.


Bizim.Media