Sahil Babayev Dünya Bankının regional direktoru ilə görüşüb

"İnsan kapitalının davamlı inkişafının təmin edilməsi Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatların əsas prioritetlərindən birini təşkil edir".

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının İnsan İnkişafı üzrə regional direktoru Fadia Saadahın başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə vurğulanıb.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin nailiyyətlərini, ölkəmizdə davamlı iqtisadi inkişaf prosesləri ilə paralel olaraq vətəndaş rifahının təminatı istiqamətində atılan addımları diqqətə çatdırıb.

Xüsusilə son beş ildə 4 sosial islahat paketinin icra olunduğu, sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum əməkhaqqında 2,7 dəfə, orta aylıq əməkhaqqında 55 faiz, minimum pensiyada 2,5 dəfə, orta aylıq pensiya və median əməkhaqqında iki dəfə, əməkhaqqı fondunda 2,5 dəfə artıma nail olunduğu bildirilib.

Bu dövrdə sosial müdafiə və aktiv məşğulluq proqramlarının əhatə dairəsinin genişləndiyi qeyd olunub. Məşğulluq xidmətlərinin çeşidinin artırılması, peşə təhsili və təlimi sisteminin təkmilləşdirilməsi, yeni peşə hazırlığı mərkəzlərinin açılması sahələrində əldə olunan nailiyyətlər qeyd olunub. İşçi qüvvəsinin bacarıqlarının artırılması, əmək və məşğulluq sahəsində gender bərabərliyinin təmin edilməsi tədbirləri diqqətə çatdırılıb.

Dövlət başçısının Sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də sosial müdafiə sisteminin gücləndirilməsi və insan kapitalının, rəqabətqabiliyyətli kadr potensialının inkişaf etdirilməsinin prioritetlər sırasında olduğu qeyd olunub.

Dünya Bankı ilə ötən dövrdə formalaşan uğurlu əməkdaşlıq təcrübəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dünya Bankının birgə icra etdiyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsinin əhəmiyyəti vurğulanıb. 22 min işsiz şəxsin kiçik biznesə çıxışına dəstək məqsədi daşıyan həmin layihə üzrə bu günədək artıq 5,4 minədək işsiz şəxs üçün kiçik bizneslər yaradıldığı bildirilib.

Görüşdə insan kapitalının inkişafı, “Azərbaycanda məşğulluğa dəstək” layihəsinin icrası, sosial müdafiə və məşğulluq proqramlarının genişləndirilməsi, əmək və məşğulluq sahəsində gender bərabərliyinin təmin edilməsi, peşə hazırlığı sisteminin, sosial xidmətlərin təkmilləşdirilməsi və s. istiqamətlərdə görülən işlərə dair fikir mübadilələri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Xəyanət etməyi 8 yaşımda öyrənmişəm"

"Xəyanət etməyi 8 yaşımda öyrənmişəm"

Azərbaycanda ən çox şikayət edilən İNTERNET PROVAYDERLƏR

Azərbaycanda ən çox şikayət edilən İNTERNET PROVAYDERLƏR

Nadir dolu yağışından sonra villasının vəziyyətini PAYLAŞDI: “Bu, dəhşətdir…” - VİDEO

Nadir dolu yağışından sonra villasının vəziyyətini PAYLAŞDI: “Bu, dəhşətdir…” - VİDEO

Livan və İsrail birbaşa danışıqlara başlamaq barədə RAZILAŞDI

Livan və İsrail birbaşa danışıqlara başlamaq barədə RAZILAŞDI

Kadırov sement sənayesinin inkişafındakı xidmətlərinə görə mükafatlandırıldı

Kadırov sement sənayesinin inkişafındakı xidmətlərinə görə mükafatlandırıldı

Bu gün görkəmli oftalmoloq-alim, akademik ZƏRİFƏ ƏLİYEVANIN anım günüdür

Bu gün görkəmli oftalmoloq-alim, akademik ZƏRİFƏ ƏLİYEVANIN anım günüdür

Murad Arif ilə Orxan Zeynallının klipi izlənmə rekordu qırıb - VİDEO

Murad Arif ilə Orxan Zeynallının klipi izlənmə rekordu qırıb - VİDEO

Dənizi sizin üçün CƏHƏNNƏMƏ çevirəcəyik: ABŞ-İran münaqişəsinin animasiyası yayımlandı - VİDEO

Dənizi sizin üçün CƏHƏNNƏMƏ çevirəcəyik: ABŞ-İran münaqişəsinin animasiyası yayımlandı - VİDEO

Azərbaycanın səhiyyə sistemində yeni mərhələ: Əsas məqsəd vətəndaş məmnunluğunu artırmaqdır

Azərbaycanın səhiyyə sistemində yeni mərhələ: Əsas məqsəd vətəndaş məmnunluğunu artırmaqdır

İsrail “Hizbullah”ın 3 üzvünü əsir götürüb

İsrail “Hizbullah”ın 3 üzvünü əsir götürüb

Sən demə, özgüvəni aşağı olanlar BU RƏNGLƏRİ seçirmiş

Sən demə, özgüvəni aşağı olanlar BU RƏNGLƏRİ seçirmiş

“Abşeron Lions” “Şəki”yə qalib gəldi

“Abşeron Lions” “Şəki”yə qalib gəldi

İcra başçısı idarə rəisini İŞDƏN ÇIXARDI

İcra başçısı idarə rəisini İŞDƏN ÇIXARDI

İsrail və Livan RAZILIĞA GƏLDİ: “Hizbullah” tərksilah ediləcək

İsrail və Livan RAZILIĞA GƏLDİ: “Hizbullah” tərksilah ediləcək

"Kıskanmak" serialının izləyicilərinə PİS XƏBƏR

"Kıskanmak" serialının izləyicilərinə PİS XƏBƏR

Murad Arifin ansamblını aparan maşın SELƏ DÜŞDÜ - VİDEO

Murad Arifin ansamblını aparan maşın SELƏ DÜŞDÜ - VİDEO

Livan və İsrail arasında danışıqlar BAŞA ÇATIB

Livan və İsrail arasında danışıqlar BAŞA ÇATIB

Cənubi Qafqazda təhlükəsizliyi müzakirə ETDİLƏR - FOTO

Cənubi Qafqazda təhlükəsizliyi müzakirə ETDİLƏR - FOTO

Paşinyanı vurmağa cəhd edən şəxs AZADLIĞA buraxıldı

Paşinyanı vurmağa cəhd edən şəxs AZADLIĞA buraxıldı

Messi baş məşqçisiz qaldı

Messi baş məşqçisiz qaldı

Xəstəliyə görə cəzadan azad olunmaq istəyənlərlə bağlı YENİ TƏLƏB

Xəstəliyə görə cəzadan azad olunmaq istəyənlərlə bağlı YENİ TƏLƏB

Almaniya klubu türkiyəli futbolçu ilə müqaviləni uzatdı

Almaniya klubu türkiyəli futbolçu ilə müqaviləni uzatdı

Samir Oruc vəzifəsindən AYRILDI - FOTO

Samir Oruc vəzifəsindən AYRILDI - FOTO

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs SAXLANILDI

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs SAXLANILDI

End of content

No more pages to load

RADİO