Ukraynadan gözlənilməz HƏMLƏ – Rusiyanın müdafiəsi dağıldı, bu məntəqələr AZAD EDİLDİ

Ukrayna ordusu Zaporojye istiqamətində Rusiyanın müdafiə xəttini yarmağa nail olub. Nəticədə Ukrayna ordusu 400 kv.km ərazini və 8 məntəqəni azad edib.

Bu əsasda Amerika Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri hesab edir ki, Ukraynanın keçirdiyi uğurlu əməliyyat Rusiyanın Zaporojye bölgəsində daha da irəliləməsini və Donetsk bölgəsindəki "qalalar qurşağı"na qarşı gözlənilən yaz-yay hücumunu poza bilər.

Ukrayna müharibədə dönüş yaradır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Kiyevin Moskva ilə müqayisədə böyük gücə malik olmadığını əsas gətirərək, son uğurlara rəğmən Ukraynanın müharibədə dönüş yaratdığını düşünmür:

“8 məntəqənin rus işğalçılarından azad olunması Ukrayna ordusunun müharibədə əsaslı dönüş yaratmaq imkanına malik olmasını xarakterizə etmir. Düzdür, Ukrayna mənəvi, psixoloji cəhətdən çox güclüdür və ayaqda qalmaqda davam edir. Rusiya isə bu fonda daha da geriyə gedir. Rusiya xalqı da müharibədən bezib, sadəcə səsini çıxara bilmir”.

İ. Rüstəmli qeyd edir ki, dünyada baş verən hadisələr təbii olaraq Ukrayna-Rusiya müharibəsinə də öz təsirini göstərir:

“Trampın İrana hücumu və bu hücum fonunda Rusiyaya münasibətdə ən aşağı səviyyədə olsa da, müəyyən yumşalma tendensiyalarının hiss olunması, təbii ki, Moskvanın Ukraynaya müharibəsindəki mövqeyində də müəyyən kordinasiyaya səbəb olub. Rusiya artıq sonu görünməyən savaş bataqlığına atıldığını anlayır. Rusiya daha ABŞ üçün ciddi rəqib sayılmır. Həmçinin, Trampla Putin biri-biriləri ilə münasibətləri korlamaq istəmir”.

Ekspert Ukraynanın canlı qüvvə, silah, təminat baxımından Rusiya ordusundan güclü olduğunu düşünmür:

“Rusiya daha böyük resurslara malikdir. Amma bununla belə görünən odur ki, Moskva üçün düşdüyü bataqlıqdan çıxmaq müşkülə çevrilib. Rusiya müharibə səbəbindən bütün sahələr üzrə itkilər verir, xüsusən də maliyyə baxımından”.

Bu əsasda müsahibimiz hesab edir ki, artıq sözügedən müharibənin də sonuna yaxınlaşırıq:

“Müharibədə artıq müəyyən yumşalmalar özünü göstərməyə başlayıb. Artıq Rusiya da başa düşür ki, müharibədən heç kim qalib çıxmayacaq. Rusiya hətta mənəvi baxımdan böyük itkilərə məruz qalıb. Artıq dünya da bu müharibədən bezib. Kiyevlə Moskva arasında hər hansı bir səviyyədə atəşkəs əldə olunacaq. Bunun tərəflər üçün nə qədər əhəmiyyətli olacağını isə zaman göstərəcək”.

Politoloq Tofiq Abbasov isə Ukraynanın dönüş yarada biləcəyini istisna etməyib:

“Heç nəyi istisna etmək olmaz. Amma məsələ ondadır ki, 4 ildir davam edən müharibə mövqe toqquşmaları ilə müşayiət olunur. Hər iki tərəf kifayət qədər yorulub. 8 kəndin Ukrayna tərəfindən azad edilməsi onu göstərir ki, onlar təmkin nümayiş etdirərək, güc toplayıb, Zaporejye istiqamətində rəqibə əsaslı zərbə endirməyi bacarıblar. Bu sıçrayış Ukraynaya ruh verib, özünə inanmağa sövq etsə də, Rusiya da müvafiq tədbirlərə əl atacaq”.

Politoloqun fikrincə, İran ətrafında gedən proseslə bağlı olaraq, Rusiya-Ukrayna qarşıdurmasında yeni geosiyasi durum formalaşacaq və tərəflərin masa arxasına keçməsi qaçılmaz olacaq:

“İran ətrafında müharibə azı bir ay çəkəcək. Bunun fonunda Ukrayna-Rusiya qarşıdurmasında pauzanın oturuşması üçün də şərait formalaşır. Hesab edirəm ki, bunu həm Kiyev, həm də Moskva istəyir. Amma hər iki tərəf atəşkəs elan olunana qədər cəbhədə üstünlüyə nail olmağa çalışır. Məntiq onu diktə edir ki, bu qarşıdurmanın böyük hissəsi artıq arxada qalıb. Perspektivdə hər iki tərəfin danışıqlara üz tutaması qaçılmaz görünür”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

End of content

No more pages to load

RADİO