İki İslam Respublikası arasında MÜHARİBƏ – Pakistan-Əfqanıstan böhranının TARİXİ KÖKLƏRİ

Pakistanla Əfqanıstan arasında uzun müddətdir davam edən gərginlik tərəflər arasında növbəti müharibənin alovlanmasına səbəb olub.

Dünən axşamdan etibarən Pakistan və Əfqanıstan Silahlı Qüvvələri arasında sərhəddə toqquşmalar başlayıb.

Məlumata görə, əməliyyatlar altı sərhədyanı əyaləti əhatə edib.

İki ölkənin hərbçiləri arasında Nanqarhar, Nuristan, Kunar, Xost, Paktiya və Paktika əyalətlərində toqquşmalar yaşanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Pakistan və Əfqanıstan arasında DÖYÜŞLƏR BAŞLADI – Yüzlərlə ölən və yaralanan var – VİDEO


Pakistan tərəfinin məlumatına görə, onlar Əfqanıstanın 27 hərbi postunu məhv edib və daha 9-u nəzarət altına alıb. Əfqanıstanın 80-dən çox hərbi texnikası sıradan çıxarılıb. Talibanın azı 133 hərbi qulluqçusu həlak olub, 200-dən çoxu isə yaralanıb.

Hətta Kabil, Paktiya və Qəndəharda taliblərin müdafiə mövqelərinə hücumlar həyata keçirilib. Əfqanıstan ordusu isə Nouşera şəhəri yaxınlığındakı Pakistan hərbi bazasına hücum edib. Əfqanıstan Müdafiə Nazirliyi Pakistanın 15 hərbi məntəqəsinin ələ keçirildiyini bildirir.

Qeyd edək ki, bu iki İslam ölkəsi arasında xeyli müddətdir ki, gərginlik hökm sürür. Hələ keçən ilin sonlarında tərəflər arasında hərbi toqquşma baş vermişdi. Lakin sonradan vasitəçilərin dəstəyilə toqquşmalar dayandırıldı.

Başlanan yeni toqquşmadan bir həftə əvvəl isə Pakistan ordusu Əfqanıstanda yerləşən terrorçu təşkilat olan “Pakistan talibləri”nin mövqelərinə zərbələr endirib. İndi isə görünür, tərəflər mübahisələri yenidən hərb meydanında həll etmək qərarına gəliblər. 

İki islam respublikası görəsən nəyi bölə bilmir?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov bildirib ki, iki ölkə arasında yaşanan gərginlik sərhədin müəyyən edilməsilə bağlı aralarında olan mübahisə və Əfqanıstanda yerləşən terrorçu “Pakistan talibləri” qruplaşmasının tez-tez Pakistanı hədəfə alması ilə bağlıdır:

“Əfqanıstanda iqtidarda olan Taliban hakimiyyətinin yaranması və güclənməsində Pakistan böyük rol oynayıb. ABŞ Əfqanıstanı tərk etdikdən sonra, güman olunurdu ki, Kabulla İslamabad arasındakı münasibətlər daha da yaxşılaşacaq. Ancaq bunun əksi baş verdi”.

Ekspert qeyd edir ki, Taliban hökuməti Pakistanla olan mövcud sərhədi qəbul etmir:

“Bu iki ölkə arasında sərhəd hələ XIX əsrin sonlarından müəyyən olunub. Nəticədə puştunlar yarı bölünüb. Taliban isə bunu ədalətsiz sayır və müəyyənləşən sərhədlə razılaşmırlar. Ona görə də 2021-ci ildən başlayaraq, Əfqanıstanla Pakistan arasında sərhəddə daim qarşıdurmalar baş verir. Sonuncu dəfə belə qarşıdurma 2025-ci ilin payızında oldu. Əfqanlar pakistanlı sərhədçilərə hücum etdi, Pakistan da öz növbəsində Əfqanıstanı bombaladı. Sonradan Türkiyə və Qətərin vasitəçiliyilə atəşkəsə nail olundu. Amma göründüyü kimi, o da uzun çəkmədi”.

Səmədov hesab edir ki, Pakistanın əsas narazılığı Kabulun “Pakistan talibləri” deyilən terrorçulara dəstək verməsidir:

“Hansı ki, onlar da Pakistan ərazisində terror aktları həyata keçirirlər. Son qarşdurma da Pakistan ərazisindən həmin terrorçu dəstələrə aviazərbələrin endirilməsilə başladı”.

Müsahibimiz qarşıdurmanın iri miqyaslı müharibəyə çevrilməyəcəyi qənaətindədir:

“Yenə də, Türkiyə və Qətər prosesə müdaxilə edib, tərəflər arasında müəyyən razılaşmalara nail olacaq. Ancaq tərəflər arasında problemlər qalacaq”.

Rüfət Sultan, Bizim.Media     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

End of content

No more pages to load

RADİO