Danışıqlar fonunda TƏHLÜKƏ SİQNALLARI – İranda hakimiyyət çevrilişi HAZIRLANIR?

İranda vəziyyət yenidən gərginləşib. ABŞ-İran danışıqları davam etsə də, bir çox ölkə İrandakı vətəndaşlarına müraciət edib və onları ölkəni tərk etməyə çağırıb.

Həmçinin tələbələrin yeni etiraz aksiyaları da, gərginliyin davam edəcəyini deməyə əsas verir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Cənubi azərbaycanlı politoloq Rza Talibi bildirib ki, xarico ölkələrin İrandakı vətəndaşlarına müraciəti bölgədə gərginliyin artması və mümkün müharibə riskinin yüksəlməsi ilə izah olunur:

“Keçmişdə İranda baş verən etirazlar göstərir ki, daxili sabitlik müəyyən hallarda pozula bilər. Buna görə də bəzi dövlətlər diplomatlarının və vətəndaşlarının təhlükəsizliyini nəzərə alaraq ehtiyat tədbirləri görürlər. Müharibə ehtimalı olan mühitdə diplomatların yaralanma və ya həyatını itirmə riski də nəzərə alınır. Eyni zamanda dünya dövlətləri İranla münasibətlərdə həm təhlükəsizlik risklərini, həm də siyasi-iqtisadi maraqlarını balanslaşdırmağa çalışırlar. Avropa ölkələrinin İran hökuməti ilə müəyyən razılaşmalar axtarması da mümkündür”.

Talibi hesab edir ki, hazırkı şəraitdə İranda hakimiyyətinin yaxın müddətdə dəyişməsi real görünmür: 

“Müharibə yolu ilə rejim dəyişikliyi ssenarisi region üçün çox ağır nəticələr doğura bilər və bu, Suriya və ya Əfqanıstan tipli uzunmüddətli qeyri-sabitlik riskini artırar. Bu səbəbdən belə ssenarinin ehtimalı aşağı qiymətləndirilir. Birinci və ikinci ssenarilərdə İranın zəifləməsi fonunda xarici hərbi təzyiq arta bilər, lakin bu, avtomatik rejim dəyişikliyi demək deyil. Üçüncü ssenari, yəni mövcud vəziyyətin davam etməsi, hazırda daha real görünür. Bu halda sosial narazılıq və etiraz potensialı qalır, lakin təhlükəsizlik strukturları sistemi hələ də nəzarətdə saxlayır”.

Analitik əlavə edib ki, digər mümkün variant daxildə konsensus yolu ilə məhdud islahatların aparılmasıdır: 

“Bu modeldə sistem tam dəyişmir, lakin daha praqmatik və az ideoloji fiqurların önə çıxması mümkündür. ABŞ ilə məhdud razılaşmalar belə prosesləri sürətləndirə bilər, lakin təkbaşına həlledici rol oynamır. İsrail isə ayrıca risk yaradan faktordur. Mümkün hərbi addım regionda gərginliyi artıra və bəzi prosesləri poza bilər. 

Bununla yanaşı, İran daxilində sərt mövqeli qruplar da gərginlikdən öz mövqelərini gücləndirmək üçün istifadə edə bilərlər. Ümumilikdə, yaxın perspektivdə ən real ssenari status-kvonun qorunması və tədrici, məhdud dəyişikliklərin baş verməsidir. Ani və tammiqyaslı rejim dəyişikliyi və ya vətəndaş müharibəsi ehtimalı hazırkı balansda aşağı qiymətləndirilir, lakin regional gərginlik qalmaqda davam edir”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Ronaldo Portuqaliya milli komandasından ayrıldığını təsdiqlədi

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Oktyabr ayında maqnit qasırğaları: Meteohəssas insanlar nəyə hazır olmalıdırlar?

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

“Tanınmışlar məndən sonra süni presslər qoydurdular” – VİDEO

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Ən savadlı BÜRCLƏR - Çətin işləri asan həll edirlər

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

Qarabağ müharibəsində itkin düşənlərin sayı AÇIQLANDI

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

İsrail Qəzzanı yenidən bombaladı – Ölənlər var

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Sərxoş kişi arvadını döydü: "Niyə anandan imtina etmirsən?"

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Əsgərliyə çağırış sistemi dəyişdirilir - TƏKLİF

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

Erməni turist Bakıdakı 5 günündən danışdı - “Hər kəs soyadımı görürdü”

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu - FOTO

End of content

No more pages to load

RADİO