Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında - FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Memorialın önünə əklil qoyub.
Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma Memorial barədə məlumat verib.

Qeyd edək ki, Xocalı Soyqırımı Memorialı Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.

Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb.

Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib. Bu illər ərzində “Xocalıya ədalət!” kampaniyasının rəmzi də badam çiçəyi seçilib və bu, təsadüfi deyil. Badam çiçəyi Xocalıda 1992-ci ilin fevral ayında törədilmiş soyqırımına münasibətdə ədalətin təmin olunmasını əks etdirir.

Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb.

Ekspozisiya ziyarətçiləri “Faciənin siması” instalyasiyası ilə qarşılayır. Rəşad Ələkbərov və Azər Rüstəmovun müəllifləri olduqları instalyasiya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş soyqırımının qurbanlarını - qətlə yetirilmiş dinc sakinləri, məhv olmuş ailələri canlandırır.

Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir.

XX əsrdə insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biri olan Xocalı soyqırımına həsr edilmiş ekspozisiyada Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, işğalçılıq siyasəti və erməni terrorizminin Azərbaycan torpaqlarında törətdiyi fəsadlar sənədlər, xəritələr və faktlar əsasında təqdim olunur. Burada “Xocalı - qədim sivilizasiyanın izləri”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Xocalını unutma!” adlı ekspozisiyalarda Xocalının tarixi, işğalın coğrafiyası, münaqişənin xronologiyası, beynəlxalq hüquq normalarının pozulması, bəşəriyyətə qarşı törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımı barədə məlumatlar və Ümummilli Lider Heydər Əliyevin soyqırımına verdiyi siyasi-hüquqi qiymət nümayiş olunur.

Ekspozisiya zalındakı Xocalı maketində faciə günü yaşanan dəhşətlərə dair məlumatlar interaktiv formada təqdim olunur.

İkinci ekspozisiya zalında Sərxan Hacıyevin “Bir gecənin içində səssiz qalan evlər” instalyasiyası və faciə zamanı tamamilə məhv edilmiş 8 ailənin taleyi, insanlıq əleyhinə yönəlmiş cinayət nəticəsində bir gecədə yarımçıq qalan həyatlar, arzular, sükuta qərq olan uşaq gülüşləri süni intellektlə hazırlanan video vasitəsilə təqdim edilir.

Ekspozisiya zalında Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə apardığı ardıcıl siyasət, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və ədalətin bərqərar olması istiqamətindəki fəaliyyəti, müxtəlif dillərdə hazırlanan nəşrlər və informasiya materialları, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər və onun fəal iştirakı ilə bu sahədə həyata keçirilmiş tədbirlər əks etdirilir.
 

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində soyqırımı qurbanlarının xatirəsinə bir sıra ölkələrdə ucaldılmış abidələrin maketləri də burada sərgilənir.

Ekspozisiya 44 günlük Vətən müharibəsinə və dövlət suverenliyinin bərpasına dair məlumatlar, “Böyük Qayıdış” və “Viran edilən Xocalı yenidən dirçələcək” ideyası ilə tamamlanır.

Memorialın növbəti bölməsində rəsmi tədbirlərin və anım mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulan akt zalı var.

Xocalı Soyqırımı Memorialı memarlıq və ideya baxımından milli yaddaşın qorunmasına xidmət edən məkandır.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın hərbi birləşmələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırımı törədib. Faciə zamanı 613 nəfər qətlə yetirilib. Onların 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl insan olub. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirib.

İşğaldan azad edilən Xocalıda ucaldılan Memorial soyqırımı qurbanlarının xatirəsini daim yaşadacaq və tarixi həqiqətləri hər bir ziyarətçiyə çatdıracaq.

Bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Xocalı qurbanlarının ruhları bu gün şaddır. Müzəffər Ali Baş Komandanın da dediyi kimi, onların qanı yerdə qalmadı, onların qisası Vətən müharibəsi zamanı döyüş meydanında alındı.

Sonra Prezident İlham Əliyev Memorialın xatirə kitabına ürək sözlərini yazıb.

Daha sonra dövlət başçısı, birinci xanım və ailə üzvləri Memorialla tanış olublar və Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.









































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynada ƏRZAQ QITLIĞI – Əhali arasında ajiotaj başladı – FOTO/VİDEO

Ukraynada ƏRZAQ QITLIĞI – Əhali arasında ajiotaj başladı – FOTO/VİDEO

İranda efirdə mesaj oxuyan molla biabır oldu - VİDEO

İranda efirdə mesaj oxuyan molla biabır oldu - VİDEO

Təcili yardım maşınında uşaq dünyaya gətirdi - Fotolar

Təcili yardım maşınında uşaq dünyaya gətirdi - Fotolar

Güneldən gəlinləri ilə bağlı paylaşım -Foto

Güneldən gəlinləri ilə bağlı paylaşım -Foto

El-Nino Azərbaycandan yan keçməyəcək:Yağıntı, sel və...

El-Nino Azərbaycandan yan keçməyəcək:Yağıntı, sel və...

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Yeni dövlət rüsumları müəyyənləşdi - 50 manat...

Yeni dövlət rüsumları müəyyənləşdi - 50 manat...

Göyçayda zəncirvari qəza – yaralılar var - FOTO

Göyçayda zəncirvari qəza – yaralılar var - FOTO

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ – Sabahdan hərəkət belə təşkil olunacaq – VİDEO

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ – Sabahdan hərəkət belə təşkil olunacaq – VİDEO

Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edildi – FOTO

Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edildi – FOTO

Nərimanov niyə mənzil axtaranların diqqətindədir?

Nərimanov niyə mənzil axtaranların diqqətindədir?

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Ögey qızına əxlaqsız hərəkətlər edənə - 11 il həbs verildi

Ögey qızına əxlaqsız hərəkətlər edənə - 11 il həbs verildi

Naxçıvanda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı – FOTO

Naxçıvanda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı – FOTO

Quba-Xınalıq yolunda torpaq sürüşməsi – Hərəkət məhdudlaşdı – ÖZƏL/VİDEO

Quba-Xınalıq yolunda torpaq sürüşməsi – Hərəkət məhdudlaşdı – ÖZƏL/VİDEO

“Uzak Şehir” “İlin serialı” seçildi

“Uzak Şehir” “İlin serialı” seçildi

“Əsas heyətə düşmək üçün çox çalışıram” -Musa Qurbanlı

“Əsas heyətə düşmək üçün çox çalışıram” -Musa Qurbanlı

Lökbatan-Qobu yolunda avtomobil aşıb – VİDEO

Lökbatan-Qobu yolunda avtomobil aşıb – VİDEO

Piyadaların yollarda yaratdığı təhlükəli anlar – VİDEO

Piyadaların yollarda yaratdığı təhlükəli anlar – VİDEO

Bakıda yeni ekspress avtobuslar fəaliyyətə başladı – Hərəkət istiqamətləri - VİDEO

Bakıda yeni ekspress avtobuslar fəaliyyətə başladı – Hərəkət istiqamətləri - VİDEO

Azərbaycandan İrana elektrik enerjisi ixracı ARTIB

Azərbaycandan İrana elektrik enerjisi ixracı ARTIB

Ceki Çanın Bakıda çəkilən filmi nə vaxt ekranlara çıxacaq?

Ceki Çanın Bakıda çəkilən filmi nə vaxt ekranlara çıxacaq?

Pensiya alanlara ŞAD XƏBƏR!

Pensiya alanlara ŞAD XƏBƏR!

Müştəri hansı hallarda əlavə ödənişdən imtina edə bilər? – HÜQUQİ İZAH

Müştəri hansı hallarda əlavə ödənişdən imtina edə bilər? – HÜQUQİ İZAH

End of content

No more pages to load

RADİO