Erməni lobbisinin “hazır ssenari” strategiyası – Amerikadan ilk REAKSİYA

Məlum olduğu kimi, fevralın 19-da xaricdə yaşayan bir neçə anti-milli ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelin qarşısında təxribat törətməyə çalışıblar. Onlar kifayət qədər qeyri-etik davranışları ilə diqqəti cəlb edərək və öz mənəviyyatlarına uyğun ifadələr işlədərək təhlükəsizlik kordonunu yarmağa və zorla hotelə daxil olmağa cəhd göstəriblər.

Məsələ ilə bağlı Amerikalı təhlükəsizlik üzrə ekspert İrina Tsukerman Bizim.Media-ya açıqlama verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Vaşinqtondakı TƏXRİBAT - Anti-milli ünsürlər erməni lobbisi ilə necə ORTAQ OLDU?


O, hadisənin arxasındakı ABŞ-dakı ən böyük erməni lobbi təşkilatı olan – ANCA-nın dayandığını bildirib:

“ANCA belə bir addımı atmaqla Azərbaycan əleyhinə rəsmi təzyiqə, reputasiya zədələnməsinə və Konqres səviyyəsində addımlara çevrilə biləcək situasiyalar yaratmağa çalışır. ANCA illərdir ABŞ-ın Cənubi Qafqaz siyasətini daxili siyasi mübarizə meydanına çevirən bir siyasi mexanizm qurmağı hədəfləyir.

Bu mexanizmin üç sabit xüsusiyyəti var: Azərbaycan haqqında sadələşdirilmiş mənəvi narrativ irəli sürmək, həmin narrativə uyğun media üçün cəlbedici hadisələr yaratmaq və ya onlardan istifadə etmək, daha sonra isə bu hadisələri konqresmenlər və hakimiyyət kanalları vasitəsilə yaymaq”. 

Tsukerman qeyd edib ki, Vaşinqton təxribatında ANCA üçün ideal ssenari əvvəlcədən qurulmuş hekayəni gücləndirə biləcək “fiziki müdaxilə” görüntüsü yaratmaq idi:

“Xarici ölkə liderinin mühafizə xidmətinin ABŞ paytaxtında insidentə cəlb olunması cəhdi bu planın tərkib hissəsidir. Təxribatın mexanizmi yaxınlaşma və insident yaratmaqdır. Çünki mühafizəçilərin fiziki müdaxilə etməsi ən çox belə məqamlarda baş verir. Nəticədə, onlar adi toxunuşu belə “nümayişçilərə hücum” şəkilində tirajlamağa başlayırlar”.

Ekspert əlavə edib ki, toqquşmadan sonra ANCA-nın sürətli reaksiyası təsadüfi deyil.

Onun sözlərinə görə, belə məqamda və belə məkanda qarşıdurma yaratmaq planlı strategiyanın tərkib hissəsidir. Sürətli reaksiya isə informasiyanı “kilidləmək” üsuludur.

Yəni ilk yüksək səslə deyilən versiya hadisəyə baxış üçün əsas çərçivəni formalaşdırmaq cəhdidir:

“Onlar dərhal reaksiya verərək, hadisəni “mühafizəçilər dinc etirazçılara hücum etdi” kimi tirajlayırlar. Çünki sonrakı açıqlamalar, hadisənin əslində necə baş verməsi ilə bağlı faktlar artıq oxucular tərəfindən bəhanə kimi qəbul edilir, onlar ilk versiyanı doğru hesab edirlər.  
 

Ekspert vurğulayıb ki, illərlə formalaşmış və sürətli səfərbərlik təcrübəsinə malik şəbəkə məhz belə situasiyalarda xüsusilə təsirli olur. Bu şəbəkə qısa müddətdə sosial medianı eyni tezislərlə doldura, jurnalistlərə hazır mətn və arqumentlər təqdim edə bilir.


İ.Tsukermanın fikrincə, ANCA-nın keçmiş fəaliyyəti də onun niyə bu qədər sürətli hərəkət etdiyini göstərir. Təşkilat illərdir münaqişə xarakterli epizodları Konqres səviyyəsində siyasi təzyiq alətinə çevirən sistem qurub. Məqsəd isə Bakı-Vaşinqton münasibətlərini zəiflətmək və Azərbaycanın Vaşinqtondakı təsir imkanlarını məhdudlaşdırmaqdır”.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zaxarova: “Tokio Putinə hansı bölgələrə səfər edəcəyinə göstəriş verə bilməz” – FOTO

Zaxarova: “Tokio Putinə hansı bölgələrə səfər edəcəyinə göstəriş verə bilməz” – FOTO

Məşhur milyarderin qızına qarşı sərt ittiham – 20 illik həbs ala bilər

Məşhur milyarderin qızına qarşı sərt ittiham – 20 illik həbs ala bilər

BTS-in üzvündən pərəstişkarlarını üzən AÇIQLAMA

BTS-in üzvündən pərəstişkarlarını üzən AÇIQLAMA

Azərbaycanda yük və sərnişin daşınması ARTIB

Azərbaycanda yük və sərnişin daşınması ARTIB

Maşın alarkən sizi belə aldadırlar – Alıcıların çoxu bu detalı görmür

Maşın alarkən sizi belə aldadırlar – Alıcıların çoxu bu detalı görmür

Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - Video

Röya Aygünün 37 il əvvəlki mahnısını oxudu - Video

"WhatsApp"da yeni kiberdələduzluq metodu ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

"WhatsApp"da yeni kiberdələduzluq metodu ilə bağlı əhaliyə XƏBƏRDARLIQ

Prezidentdən Dövlət Gömrük Komitəsi ilə bağlı FƏRMAN

Prezidentdən Dövlət Gömrük Komitəsi ilə bağlı FƏRMAN

Azərbaycanla Belarus arasında Anlaşma Memorandumu TƏSDİQLƏNDİ

Azərbaycanla Belarus arasında Anlaşma Memorandumu TƏSDİQLƏNDİ

Bakı metrosunda DƏYİŞİKLİK - FOTO

Bakı metrosunda DƏYİŞİKLİK - FOTO

Hesablama Palatasına yeni səlahiyyətlər VERİLDİ

Hesablama Palatasına yeni səlahiyyətlər VERİLDİ

“Dövlət auditi” informasiya sistemi yaradıldı – FƏRMAN

“Dövlət auditi” informasiya sistemi yaradıldı – FƏRMAN

IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı -TAM SİYAHI

IV qrupda ən çox dövlət sifarişli yer bu ixtisasa ayrıldı -TAM SİYAHI

Bryanska RAKET HÜCUMU – Ölən və yaralılar var – VİDEO

Bryanska RAKET HÜCUMU – Ölən və yaralılar var – VİDEO

Ukraynada ƏRZAQ QITLIĞI – Əhali arasında ajiotaj başladı – FOTO/VİDEO

Ukraynada ƏRZAQ QITLIĞI – Əhali arasında ajiotaj başladı – FOTO/VİDEO

İranda efirdə mesaj oxuyan molla biabır oldu - VİDEO

İranda efirdə mesaj oxuyan molla biabır oldu - VİDEO

Təcili yardım maşınında uşaq dünyaya gətirdi - Fotolar

Təcili yardım maşınında uşaq dünyaya gətirdi - Fotolar

Güneldən gəlinləri ilə bağlı paylaşım -Foto

Güneldən gəlinləri ilə bağlı paylaşım -Foto

El-Nino Azərbaycandan yan keçməyəcək:Yağıntı, sel və...

El-Nino Azərbaycandan yan keçməyəcək:Yağıntı, sel və...

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Yeni dövlət rüsumları müəyyənləşdi - 50 manat...

Yeni dövlət rüsumları müəyyənləşdi - 50 manat...

Göyçayda zəncirvari qəza – yaralılar var - FOTO

Göyçayda zəncirvari qəza – yaralılar var - FOTO

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ – Sabahdan hərəkət belə təşkil olunacaq – VİDEO

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ – Sabahdan hərəkət belə təşkil olunacaq – VİDEO

Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edildi – FOTO

Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edildi – FOTO

End of content

No more pages to load

RADİO