Vaşinqtondakı TƏXRİBAT - Anti-milli ünsürlər erməni lobbisi ilə necə ORTAQ OLDU?

Məlum olduğu kimi, fevralın 19-da xaricdə yaşayan bir neçə anti-milli ünsür aqressiv və təhrikedici formada Prezident İlham Əliyevin qaldığı hotelə daxil olmaq istəyib. Onlar kifayət qədər qeyri-etik davranışları ilə diqqəti cəlb edərək və öz mənəviyyatlarına uyğun ifadələr işlədərək təhlükəsizlik kordonunu yarmağa və zorla hotelə daxil olmağa cəhd göstəriblər.

Azərbaycan Prezidentinin təhlükəsizlik xidmətinin əməkdaşları ABŞ polisi ilə birlikdə operativ şəkildə müdaxilə edərək həmin şəxsləri peşəkarlıqla zərərsizləşdirib və təxribat cəhdinin qarşısını alıblar. 
 

MÖVZU İLƏ BAĞLI:

Vaşinqtonda TƏXRİBATA CƏHD: Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları qarşısını aldılar - VİDEO


Vaşinqtondakı təxribatın sifarişçiləri

Hadisənin gedişi və sonrakı reaksiyalar göstərir ki, bu, spontan aksiya deyildi. Vaşinqtondakı anti-milli ünsürlər ABŞ-dakı şovinist erməni dairələrinin əlaltısı kimi çıxış edib və onların sifarişləri ilə hərəkət ediblər. Koordinasiyalı davranış və dərhal verilən xarici dəstək bunu açıq şəkildə sübut edir.

Təsadüfi deyil ki, onların aqressiv və qeyri-əxlaqi aksiyasına ilk reaksiya və açıq dəstək ABŞ-dakı ən iri erməni lobbi təşkilatlarından biri – Armenian National Committee of America (ANCA) tərəfindən gəldi. ANCA-nın illərdir Azərbaycana qarşı sistemli qarayaxma kampaniyası apardığı, müharibə və işğal dövründə separatçı rejimə siyasi, maliyyə və informasiya dəstəyi verdiyi hər kəsə məlumdur.

Məhz belə bir təşkilatın aqqressiv aksiyanı dəstəkləməsi, aksiya iştirakçılarını müdafiə etməsi təxribatın arxasındakı ideoloji və siyasi mərkəzin harada yerləşdiyini göstərir.

ANCA-dan sonra səhnəyə çıxan Pallone

ANCA-dan sonra dərhal səsini çıxaran növbəti fiqur isə Azərbaycanın düşməni kimi tanınan konqresmen Frank Pallone oldu. Onun reaksiyası bir daha göstərdi ki, bu cür təxribatlar ABŞ Konqresində erməni lobbisi ilə sıx bağlı olan dairələr tərəfindən siyasi alətə çevrilir.
 

Frank Pallone uzun illərdir erməni lobbisinin Konqresdəki əsas dayaqlarından biri hesab olunur. O, 1992-ci ildə qəbul edilmiş və Azərbaycana birbaşa dövlət yardımını məhdudlaşdıran “907-ci düzəliş”in müəlliflərindən biridir.


Bundan əlavə, Pallone Xocalı faciəsi ilə bağlı qərəzli və inkarçı mövqe sərgiləyib, işğal dövründə Azərbaycanın suveren ərazilərinə qanunsuz səfər edib və separatçı rejimə açıq dəstək nümayiş etdirib. 44 günlük Vətən müharibəsindən sonra belə, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş çağırışlarla çıxış edib.

Təbii ki, Pallonenin ANCA ilə ideoloji və siyasi xətt üzrə tam uyğunlaşma, hər təşəbbüsdə paralel mövqe tutması erməni lobbisindən aldığı pullara görədir. ABŞ-da korrupsiya və lobbiçilik fəaliyyəti ilə bağlı aparılan araşdırmalar fonunda, vaxtilə erməni lobbisi ilə sıx əlaqələrinə görə ittiham olunan senator Bob Menendez nümunəsi də göstərir ki, bu cür əlaqələr diqqətdən kənarda qalmır. Araşdırmalar dərinləşərsə, Pallonenin fəaliyyətində də oxşar məqamların üzə çıxacağını əminliklə deyə bilərik.

Azərbaycana qarşı eyni cəbhədə

Vaşinqtondakı anti-milli ünsürlərin davranışı bir daha sübut etdi ki, onlar artıq açıq şəkildə şovinist erməni dairələri ilə eyni cəbhədə yer alıblar. Onlar üçün milli maraq anlayışı mövcud deyil. Əksinə, bu ünsürlər Azərbaycan dövlətinə qarşı yönəlmiş hər hansı kampaniyada ön sırada yer almağa hazırdırlar.
 

Böyük beynəlxalq tədbirin keçirildiyi gün ABŞ-ın paytaxtında təhlükəsizlik qaydalarını kobud şəkildə pozmaq, zorakı, təhrikedici və nalayiq davranış sərgiləmək, yalnız siyasi radikallıq deyil, həm də hüquqi məsuliyyət doğuran addımdır.


Bu şəxslər açıq şəkildə təhlükəsizlik kordonunu yarmağa cəhd göstərib, qeyri-etik və təhqiramiz ifadələr işlədib, qarşıdurma yaratmağa çalışıblar. Qeyd olunanlar hüquqi məsuliyyət yaradan addımlardır.

Ancaq məsələnin mənəvi tərəfi daha ağırdır.

Bu şəxslər illərlə torpaqlarımızın işğalını dəstəkləyən, separatçı rejimin qorunması üçün daim maliyyə və siyasi dəstək verən erməni lobbisi ilə əlbir olublar. Hansı ki, Xocalıda, Qaradağlıda və Qarabağın digər ərazilərində azərbaycanlı körpələrin, qocaların öldürülməsində, qadınların təcavüzə uğramasında, minlərlə hərbçimizin şəhid olmasında ANCA-nın, erməni lobbisinin birbaşa əli var.

Onlarla əlbir olub, dünənki təxribatı törədənlərin heç bir səbəbi, bəhanəsi ola bilməz.

Bu ünsürlər sadəcə olaraq mənəviyyatlarını əli xalqımızın qanına bulanmış şovinistlərə satıblar.
 

Lakin ermənipərəst lobbi dairələrinin maliyyə və siyasi təsiri altında formalaşan bu cür təşəbbüslər nə Azərbaycan dövlətini, nə də onun beynəlxalq mövqeyini sarsıda bilməz.


Əksinə, bu cür təxribatlar kimlərin hansı mərkəzlərdən idarə olunduğunu daha aydın göstərir. Dövlətimizə qarşı yönəlmiş hər bir sifarişli kampaniya isə iflasa məhkumdur. Çünki Azərbaycan artıq regionda və beynəlxalq müstəvidə öz sözünü deyən, suveren qərarlarını qətiyyətlə müdafiə edən güclü aktora çevrilib.

Anar Tahirov, Bizim.Media-nın baş redaktoru

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kəskin rəqabətdə Azərbaycan namizədi BMT-də mühüm vəzifəyə seçildi

Kəskin rəqabətdə Azərbaycan namizədi BMT-də mühüm vəzifəyə seçildi

Dilarə Səlimdən vəzifəsindən azad edilməsi ilə bağlı AÇIQLAMA

Dilarə Səlimdən vəzifəsindən azad edilməsi ilə bağlı AÇIQLAMA

Şahmatçılarımız İtaliyada qızıl medal qazandılar - FOTO

Şahmatçılarımız İtaliyada qızıl medal qazandılar - FOTO

Hörmüz boğazından keçid pullu ola bilər- “Bloomberg”

Hörmüz boğazından keçid pullu ola bilər- “Bloomberg”

Tramp Avropanı 100 faizlik rüsumla HƏDƏLƏDİ

Tramp Avropanı 100 faizlik rüsumla HƏDƏLƏDİ

Hərbi təlimlərin keçirilmə səbəbi nədir ? - AÇIQLAMA

Hərbi təlimlərin keçirilmə səbəbi nədir ? - AÇIQLAMA

İllər sonra bir araya gəldilər - FOTOLAR

İllər sonra bir araya gəldilər - FOTOLAR

Hərbi xidmət müddəti azaldılacaq? – Rəsmi açıqlama

Hərbi xidmət müddəti azaldılacaq? – Rəsmi açıqlama

Vadji “Turan Tovuz”da qaldı

Vadji “Turan Tovuz”da qaldı

Kadır İnanırın videosu viral oldu - VİDEO

Kadır İnanırın videosu viral oldu - VİDEO

İsa Həbibbəylinin nadir əlyazma ilə davranışı gündəm oldu - VİDEO

İsa Həbibbəylinin nadir əlyazma ilə davranışı gündəm oldu - VİDEO

Füzulinin qəzəlini elə gözəl oxudu ki... - VİDEO

Füzulinin qəzəlini elə gözəl oxudu ki... - VİDEO

Silahlı Qüvvələr Günü ölkədə və xaricdə belə qeyd edildi – FOTO/VİDEO

Silahlı Qüvvələr Günü ölkədə və xaricdə belə qeyd edildi – FOTO/VİDEO

"Suraxanı bazarı" SÖKÜLÜR

"Suraxanı bazarı" SÖKÜLÜR

“Neftçi” Vernidubla müqaviləni uzatdı

“Neftçi” Vernidubla müqaviləni uzatdı

Gürcüstan parlamentinin iclasında DAVA: Deputatlar əlbəyaxa oldular - VİDEO

Gürcüstan parlamentinin iclasında DAVA: Deputatlar əlbəyaxa oldular - VİDEO

Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi - FOTO

Tramp İranı atəşkəsi pozmaqda ittiham etdi - FOTO

Səfirimiz Qazaxıstanın "Dostık" ordeni ilə təltif olundu

Səfirimiz Qazaxıstanın "Dostık" ordeni ilə təltif olundu

Türkiyədə fişəng fabrikində partlayış: Ölən və yaralanan var - VİDEO

Türkiyədə fişəng fabrikində partlayış: Ölən və yaralanan var - VİDEO

“Neftçi”nin aparıcı oyunçusu komandadan ayrıldı

“Neftçi”nin aparıcı oyunçusu komandadan ayrıldı

Müəllimlərin nəzərinə: Növbəti ildən sertifikasiyadan azad oluna bilərsiniz

Müəllimlərin nəzərinə: Növbəti ildən sertifikasiyadan azad oluna bilərsiniz

Dilarə Səlim vəzifəsindən AZAD EDİLDİ

Dilarə Səlim vəzifəsindən AZAD EDİLDİ

“Araz Naxçıvan”ın yeni prezidenti bəlli oldu

“Araz Naxçıvan”ın yeni prezidenti bəlli oldu

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti AÇIQLANDI

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti AÇIQLANDI

End of content

No more pages to load

RADİO