“Amnesty İnternational”ın selektiv ədalət SİNDROMU - Vardanyan faktoru və İKİLİ STANDARTLAR

Fevralın 17-də “Amnesty International” Bakı Hərbi Məhkəməsinin erməniəsilli şəxslərlə bağlı çıxardığı hökmlərə dair açıqlama yayaraq, prosesi “ədalətsiz” kimi təqdim etməyə çalışıb.

Qurumun Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Marie Struthers isə bəyanatında hökmü “beynəlxalq hüquqa zidd” kimi qələmə verib. Struthers məhkəmə proseslərinin qapalı keçirildiyini, tərcümə problemlərinin olduğunu iddia edib.

“Qapalı proses” iddiaları və faktlar

Əvvəla onu qeyd edək ki, Sruthersin məhkəmə prosesi ilə bağlı iddiaları tamamilə absurd və reallıqdan uzaqdır. Çünki sözügedən şəxslərin məhkəməsi qanunvericiliyin tələblərinə uyğun təşkil olunub, təqsirləndirilən şəxslər tərcüməçilərlə təmin edilib və onların müdafiə hüququ reallaşdırılıb. Azərbaycanın məhkəmə sistemi beynəlxalq hüququn fundamental prinsiplərinə zidd heç bir addım atmayıb.

Amma “Amnesty International”ın bu cür mövqe sərgiləməsi nə bizim üçün yenilikdir, nə də təəccüblə qarşılanmalıdır. Çünki təşkilatın Azərbaycana münasibətdə nümayiş etdirdiyi yanaşma artıq illərdir selektiv, qərəzli və siyasi çalarlıdır.

 “Səxavət qılıncı”nın kölgəsində?

Struthersin açıqlamasının zamanlaması da diqqət çəkir. Qarabağdakı keçmiş separatçı rejimin nümayəndələrindən 15-i barədə hökm çıxarılanda səssizlik hökm sürürdü. Məsələ Ruben Vardanyan barədə qərara gəlib çatanda isə birdən-birə “narahatlıq” nümayiş etdirildi. Bu heç də təsadüf sayıla bilməz. Çünki Vardanyan təkcə siyasi fiqur deyil, həm də geniş maliyyə və lobbi imkanlarına malikdir.

Xatırladaq ki, 2019-cu ildə OCCRP-nin “The Troika Landromat” kimi təqdim edilən araşdırma hesabatında Vardanyanın erməni lobbisinin layihələrinə on milyonlarla dollar vəsait ayırması öz əksini tapıb. Yəni “Amnesty International”ın birdən-birə əl-ayağa düşməsinin səbəbi məhz erməni lobbisinin, dolayısı ilə Vardanyanın pullarıdır.

44 günlük müharibə: selektiv yaddaş sindromu

Qeyd etdiyimiz kimi, bu açıqlamalar “Amnesty International”ın Azərbaycana qarşı ilk qərəzli addımı deyil. Təşkilat mütəmadi olaraq ölkəmizə qarşı təxribat xarakterli addımlar atıb. 2020-ci ilin payızında – Vətən müharibəsinin ən gərgin mərhələsində “Amnesty International” Azərbaycanın guya kasetli sursatlardan istifadə etməsi ilə bağlı iddiaları ortaya atmışdı. Ancaq Ermənistan silahlı qüvvələrinin Azərbaycanda dinc əhalini hədəf alması, o cümlədən Gəncə, Bərdə və Tərtərə raket hücumlarına təşkilat heç bir səs çıxarmamışdı.

Həmin dövrdə Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın ARD kanalına müsahibəsində beynəlxalq təşkilatları faktları yerində araşdırmağa dəvət etmişdi:

"Biz “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını Azərbaycana dəvət etmişik. Əfsuslar olsun ki, onlar hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Onlar bura gəlmək üçün bizə müraciət etməyiblər. Ona görə bizdə onların qərəzliliyi ilə bağlı böyük şübhələr var.

Mən istərdim ki, onlar buraya gəlsinlər və o dəlilləri təqdim etsinlər. Eyni zamanda, Gəncəyə, Tərtərə, Bərdəyə getsinlər və ermənilərin hansı növ silahlardan istifadə etdiklərini görsünlər. Qərəzsiz olsunlar".

Çağırış açıq idi: iddia varsa, sübutu da təqdim edin. Lakin beynəlxalq informasiya məkanında yayılan ittihamların intensivliyi Ermənistanın müharibə cinayətlərinə münasibətdə göstərilən passivliklə ziddiyyət təşkil edirdi.

İşğal, separatizm və “unudulan” həqiqətlər

Otuz ilə yaxın davam edən işğal nəticəsində bir milyona yaxın azərbaycanlı doğma torpaqlarından didərgin düşüb. Bu fakt beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi ilə bağlı BMT tərəfindən dörd qətnamə də qəbul olunmuşdu. Amma bu gün müharibə cinayətkarlarına hökm oxunmasını “beynəlxalq hüquqa zidd” adlandıran “Amnesty İnternational”ın nədənsə 30 il ərzində beynəlxalq hüquq yadına düşməyib.

Digər tərəfdən, “Amnesty İnternational” çox gözəl bilir ki, separatçılıq, terrorçuluq, mülki əhaliyə qarşı hücumlar – bütün bunlar cinayət tərkibi yaradan əməllərdir. Belə şəxslərin məhkəmə qarşısına çıxarılması dövlətin suveren hüququdur. Bu prosesi “siyasi sifariş” kimi təqdim etmək isə açıq şəkildə qərəzli, təxribatçı yanaşmadır.

Beynəlxalq təşkilatların “həqiqət sınağı”

Qarabağ münaqişəsi beynəlxalq insan haqları təşkilatları üçün bir növ sınaq idi. Təəssüflər
olsun ki, bu sınaqda obyektivlik yox, selektivlik üstünlük qazandı. Azərbaycan tərəfinin hüquq və təhlükəsizlik məsələləri daim şübhə altına alındı, Ermənistanın uzunmüddətli işğal faktı isə ikinci plana keçirildi. Faktiki olaraq soyqırıma məruz qalan Azərbaycan xalqının tapdanan hüquqlarını görməzdən gəldilər, Ermənistana isə “gözün üstə qaşın var” deyilmədi.

Bu gün də eyni ssenari təkrarlanır. Belə ki, Qərbi Azərbaycan İcması tərəfindən dəfələrlə Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə bağlı müraciətlər edilib. Lakin həmin çağırışlara konkret hüquqi və ya humanitar reaksiya verilməyib, ümumi və mücərrəd cavablarla kifayətlənilib.

Bu fakt özü-özlüyündə göstərir ki, “insan haqları” prinsipi təşkilat üçün universal meyar deyil; siyasi konfiqurasiyaya uyğun olaraq tətbiq olunan selektiv alətdir. Əgər söhbət azərbaycanlıların etnik təmizləməyə məruz qalmasından gedirsə, qurumun səsi eşidilmir. Amma Azərbaycan öz suveren hüquqları çərçivəsində məhkəmə prosesi həyata keçirəndə, birdən-birə “ədalət keşikçisi” obrazı ortaya çıxır.

Ədalətin təmini

Azərbaycan ərazisində müharibə cinayətləri törətmiş şəxslərin məhkəmə qarşısında cavab verməsi hüququn tələbi idi. Onların məhkəmə qarşısına çıxarılması, layiqli cəzalarını alması ilə tarixi ədalət bərpa olundu.

Beynəlxalq qurumların qərəzli bəyanatları isə nə məhkəmə qərarlarını dəyişəcək, nə də Azərbaycanın suveren hüquqlarına təsir edəcək. Əksinə, bu cür mövqelər qlobal miqyasda insan haqları institutlarına inamın azalmasına xidmət edir.

Ədalət yalnız bəyanatlarda deyil, real hüquqi prosedurlarda ölçülür. Həmin prosedurlar isə Azərbaycan dövləti tərəfindən tam və qərəzsiz şəkildə yerinə yetirilir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azyaşlının həyatını təhlükəyə atan bağça müdiri CƏZALANDIRILDI – RƏSMİ/VİDEO

Azyaşlının həyatını təhlükəyə atan bağça müdiri CƏZALANDIRILDI – RƏSMİ/VİDEO

Orban seçkilərdə məğlub olanda hansı hisləri keçirib? – VİDEO

Orban seçkilərdə məğlub olanda hansı hisləri keçirib? – VİDEO

Elza Seyidcahan məhkəmədə uddu - Roza Zərgərli təzminat ödəyəcək

Elza Seyidcahan məhkəmədə uddu - Roza Zərgərli təzminat ödəyəcək

Avropada böyük savaş XƏBƏRDARLIĞI – Rusiya hücuma başlaya bilər

Avropada böyük savaş XƏBƏRDARLIĞI – Rusiya hücuma başlaya bilər

Sahibə Qafarova-Alen Simonyan görüşündə hansı məsələlər müzakirə olunub? – VİDEO

Sahibə Qafarova-Alen Simonyan görüşündə hansı məsələlər müzakirə olunub? – VİDEO

“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT

“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT

“Ayrılmağımıza baxmayaraq, Paşinyana səs verəcəyəm”

“Ayrılmağımıza baxmayaraq, Paşinyana səs verəcəyəm”

Xalq artistinin qardaşı qızının meyiti tapıldı - Video

Xalq artistinin qardaşı qızının meyiti tapıldı - Video

Sahil Tahirli: “Əslində, Sara Əzimova vəzifəsindən ayrılmadı” – FOTO

Sahil Tahirli: “Əslində, Sara Əzimova vəzifəsindən ayrılmadı” – FOTO

Emin Əmrullayev Şimal bölgəsindəki məktəblərin vəziyyətindən DANIŞDI - EKSKLÜZİV/ VİDEO

Emin Əmrullayev Şimal bölgəsindəki məktəblərin vəziyyətindən DANIŞDI - EKSKLÜZİV/ VİDEO

“Yüksəliş”ə kimlər daha çox müraciət edir? – lider sektor açıqlandı

“Yüksəliş”ə kimlər daha çox müraciət edir? – lider sektor açıqlandı

Hidayət Heydərov finalda – YENİLƏNİB

Hidayət Heydərov finalda – YENİLƏNİB

Azərbaycanda mənzillər BAHALAŞDI – RƏSMİ

Azərbaycanda mənzillər BAHALAŞDI – RƏSMİ

Bu ilin ilk üç ayında ZORAKILIĞA məruz qalan qadınların sayı açıqlandı – ÖZƏL

Bu ilin ilk üç ayında ZORAKILIĞA məruz qalan qadınların sayı açıqlandı – ÖZƏL

Hikmət Hacıyev: “Cənubi Qafqaz artıq sülh mərhələsinə daxil olub”

Hikmət Hacıyev: “Cənubi Qafqaz artıq sülh mərhələsinə daxil olub”

MAXE olmaq istəyənlərin DİQQƏTİNƏ

MAXE olmaq istəyənlərin DİQQƏTİNƏ

“Araz Naxçıvan” “Turan Tovuz"a, “Zirə” “Neftçi”yə qarşı

“Araz Naxçıvan” “Turan Tovuz"a, “Zirə” “Neftçi”yə qarşı

Həyat yoldaşından boşanan kimi türbə ziyarətinə getdi – FOTO

Həyat yoldaşından boşanan kimi türbə ziyarətinə getdi – FOTO

Rusiya PUA-sı Dnepr səmasında belə vuruldu – ANBAAN VİDEO

Rusiya PUA-sı Dnepr səmasında belə vuruldu – ANBAAN VİDEO

Hikmət Hacıyev: “Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər”

Hikmət Hacıyev: “Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər”

Mask insanlara pul paylamağı təklif etdi – FOTO

Mask insanlara pul paylamağı təklif etdi – FOTO

Yuduğu maşını qaçırıb qəza törətdi: Digər cinayətinin də üstü açıldı

Yuduğu maşını qaçırıb qəza törətdi: Digər cinayətinin də üstü açıldı

Bu qadını görənlər dərhal polisə MƏLUMAT VERSİNLƏR

Bu qadını görənlər dərhal polisə MƏLUMAT VERSİNLƏR

Emin Əmrullayev Aytəkin Alxaslı ilə GÖRÜŞDÜ - SƏMİMİ SÖHBƏT – VİDEO

Emin Əmrullayev Aytəkin Alxaslı ilə GÖRÜŞDÜ - SƏMİMİ SÖHBƏT – VİDEO

End of content

No more pages to load

RADİO