19 azərbaycanlı Ermənistanda 35 saat ərzində nələr yaşayıb? – Bütün DETALLAR

“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti görüşü keçirilib. Bu dəfə təşəbbüsün hər iki tərəfdən beş üzvü ilə yanaşı, iştirakçıların sayı artırılıb və ümumilikdə 39 nəfər görüşdə iştirak edib”.

Bizim.Media xəbər verir ki, bu sözləri Globalinfo.az-a Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində 13–14 fevral tarixlərində Azərbaycan və Ermənistanın ictimai fəallarının iştirakı ilə İrəvanda keçirilən dəyirmi masa haqda danışarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan nümayəndə heyəti Ermənistanda – VİDEO


Politoloq bildirib ki, azərbaycanlı iştirakçılar sülh gündəliyinin nailiyyətlərindən biri olan delimitasiya və demarkasiya edilmiş quru sərhədini keçiblər:

“Keçid proseduru sərhəd və gömrük nəzarətindən ibarət olub, həmçinin COVID məhdudiyyətləri ilə əlaqədar xüsusi icazə alınıb. Azərbaycan nümayəndə heyəti Ermənistanda təxminən 35 saat olub. Bu müddət ərzində 4 saat otelə transfer, 4 müzakirə sessiyası, iki rəsmi görüş, mətbuat konfransı və davamlı qeyri-rəsmi dialoq baş tutub.

İşçi dillər ingilis və rus dilləri olub. Erməni KİV-ləri üçün keçirilən mətbuat konfransında erməni tərəfi erməni dilində, Azərbaycan tərəfi isə Azərbaycan dilindən tərcümə olmadığı üçün rus dilində çıxış edib.

Görüşdə proqramda nəzərdə tutulan mövzular, eləcə də cəmiyyətlərimizi narahat edən məsələlər müzakirə olunub, sülh gündəliyinə yanaşmalar, mövcud maneələr və problemlər, gələcək fəaliyyət istiqamətləri izah edilib”.

Politoloqun sözlərinə görə, görüşdə həm dialoq platformalarında təcrübəsi olan ekspertlər, həm də ilk dəfə iştirak edən nümayəndələr yer alıblar:

“Qarşılıqlı gözləntilər, əldə olunmuş nailiyyətlər, mövcud problemlər və fikir ayrılıqları barədə açıq və səmimi dialoq aparılıb.

Bu gün demək olar ki, Azərbaycan və Ermənistan cəmiyyətlərinin gözləntiləri təhlükəsizliyin təmin olunması, müstəqillik və suverenliyin möhkəmləndirilməsi, sülh gündəliyindən fayda əldə edilməsi istiqamətində üst-üstə düşür.
 

Sülh gündəliyində artıq bir sıra nailiyyətlər var, gözləntilər artır, eyni zamanda qeyri-müəyyənliklər və çoxsaylı problemlər mövcuddur. “Sülh Körpüsü” təşəbbüsü ikitərəfli dialoqun formalaşdırılmasına yönəlmiş cəhddir; bu, dialoqun mümkün olduğunu göstərir və müəyyən mərhələdə onun institusional xarakter ala biləcəyini nümayiş etdirir.


Fəaliyyət iki istiqamətdə aparılır, öz cəmiyyətimizlə ünsiyyət və birgə fəaliyyət. Bəzi məsələlər alınır, bəziləri isə yox və bu, təbiidir. Şübhəsiz ki, Ermənistanda keçiriləcək parlament seçkiləri dönüş nöqtəsi olacaq; bundan sonra sülh gündəliyinin genişləndirilməsi və dərinləşdirilməsi, yaxud əldə olunmuş nailiyyətlərdən geri çəkilmə barədə danışmaq mümkün olacaq.

Hazırda yüksək səviyyəli siyasi dialoq və artan iqtisadi qarşılıqlı əlaqə ilə yanaşı, vətəndaş cəmiyyətləri səviyyəsində də ikitərəfli dialoq formatı formalaşır. Gələcək sülhün parametrləri müəyyənləşir. Azərbaycan sülh gündəliyinə sadiqdir və milli maraqlar çərçivəsində ardıcıl addımlar atmağa davam edəcək. Cəmiyyətdə sülh gündəliyi ilə işləmək isə səbr və məsuliyyət tələb edən uzunmüddətli proses olacaq.

Belə bir vəziyyət yaranıb ki, hökumətlər dayanmaq qərarına gəlib, sülh gündəliyini dəstəkləyən cəmiyyət nümayəndələri isə dialoq və birgə fəaliyyəti formalaşdırmağa çalışırlar.

Bu xarakterli səfərlər dövlət strukturlarının resurslarının səfərbər olunmasını, iştirakçıların təşəbbüskarlığını və fəaliyyətlərdə konstruktiv yanaşmanı tələb edir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

End of content

No more pages to load

RADİO