Rusiya-Ukrayna danışıqları uğursuzluğa DÜÇAR OLDU – Müharibə dağıdıcı mərhələyə KEÇİR

Hadisələrin gedişi göstərir ki, həm Kreml, həm də Zelenski sülh ümidlərinin üstünən xətt çəkiblər. Belə ki, hər iki tərəf öz mövqeyindən geri çəkilməkdə maraqlı olmadıqlarını ortaya qoyublar.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Rusiya və ABŞ Ankoric danışıqlarından sonra geniş əməkdaşlığa doğru getməli idilər, amma praktikada bunun əksi baş verir.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp Rusiya-Ukrayna münaqişəsi BARƏDƏ: “Zelenski və Putin bir-birinə nifrət edirlər”


Lavrov qeyd edib ki, Rusiya ABŞ-ın təklifini qəbul edib, Ukrayna məsələsini həll etmək və tammiqyaslı, geniş və qarşılıqlı faydalı əməkdaşlığa doğru irəliləmək vəzifəsini yerinə yetirib:

"Lakin praktikada hər şey əksinə görünür: yeni sanksiyalar tətbiq olunur, BMT-nin Dəniz Hüququ haqqında Konvensiyasını pozaraq açıq dənizlərdə tankerlərə qarşı "müharibə" aparılır. Onlar Hindistana və digər tərəfdaşlarımıza ucuz, əlçatan Rusiya enerjisini almağı qadağan etməyə çalışırlar".

Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski də Ukraynanın artıq çoxsaylı güzəştlərə getdiyini və bundan sonrakı addımların Kiyev üçün “qırmızı xətt” olduğunu bəyan edib.

Bu açıqlamalar isə onju deməyə əsas verir ki, Trampın səylərinə baxmayaraq, Ukraynada sülhə ümid etmək hələ tezdir.

Sülh ümidlərinin üstünən xətt çəkilməsi fonunda müharibə daha da dağıdıcı mərhələyə keçə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, vəziyyət qlobal güc mərkəzlərini qane etməsə, Ukrayna müharibəsinin daha dağıdıcı mərhələyə keçməsi ehtimalı istisna deyil:

“Əslində müharibənin davam edəcəyilə bağlı ilk siqnal ABŞ analitikləri tərəfindən dövriyyəyə buraxılıb. Belədə, Ukrayna ilə Rusiya arasında müharibənin bitməsinin mümkün tarixi kimi, 2026-cı ilin payız ayları göstərilir”.

Deputat qeyd edir ki, Rusiya ilə Ukrayna arasında başlanılan dağıdıcı müharibə əvvəlcədən planlaşdırılıb və idarəolunan müharibədir:

“Təəssüf ki, ilk növbədə Ukrayna, sonradan isə səhv qərarları ilə Rusiya bu müharibənin girovuna çevrilib. Nə qədər ki, qlobal güc mərkəzləri Rusiyanın ənənəvi təsir coğrafiyasında öz strateji mövqelərini tam gücləndirməyib, bir o qədər də müharibənin bitməsinə imkan verməyəcəklər. Çünki Rusiya bütün resurslarını Ukrayna müharibəsinə sərf etməklə, başqa heç bir coğrafiyaya müdaxilə edə bilmir.

Ona görə həmin güclər lazım gələndə yenidən Ukraynanı gücləndirəcəklər ki, müharibə daha da şiddətlənərək, onların istədikləri nəticə ilə və istədikləri vaxtda sona çatsın. Bu mənada sülhə ümid etmək, humanitar faciələrə diqqət çəkmək müharibənin gedişinə heç bir təsir göstərməyəcək. Çünki Qərb siyasi təfəkkürünün dərin qatlarında müharibələrin labüdlüyünü təbliğ edən nəzəriyyə də mövcuddur”.  

“Rusiya artıq bütün potensialını ortaya qoyub”.

Siyasi şərhçi Abutalıb Səmədovun fikrincə isə müharibənin daha dağıdıcı mərhələyə keçməsi mümkün deyil:

“Bu səbəbdən müharibə bu cür də davam edəcək. Ancaq təzyiqlər də artacaq. Zelenski son müsahibəsində ABŞ-ı örtülü şəkildə tənqid edib və onun qısa müddətdə sülhə nail olmaq istəyinin yanlış olduğunu söyləyib. O, ədalətsiz sülhü qəbul etməyəcəyini deyərək, onu da əlavə edib ki, Ukrayna məğlub olmayacaq. Rusiya Donbasda ələ keçirmədiyi cüzi ərazini də işğal etməklə sülhə getməyə hazır olduğunu bildirir. Avropanın Kiyevə tələb olunan yardığı etməyə imkanı yoxdur. ABŞ isə özünü kənara çəkib”.

ABŞ-la Rusiya arasında 12 trilyon dollarlıq layihə.

Ekspert düşünür ki, Kiyevə ABŞ-ın təzyiqləri artacaq:

“Bu günlərdə məlum olub ki, Rusiya ABŞ-a 12 trilyon dollarlıq layihə təqdim edib. Qarşıdan Konqresə aralıq seçkilər gəlir. Bu səbəbdən də Tramp qısa müddətdə sülhə nail olmaq istəyir ki, seçkilərdə yaxşı nəticələr əldə etsin. Ona görə də Zelenskiyə Ağ Ev tərəfindən təzyiqlər günü-gündən artır və belə getsə artmaqda davam edəcək. Bu təzyiqlər qarşısında Kiyevin davam gətirməsi isə mümkünsüz görünür”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

8 Noyabr prospekti istiqamətində avtomobillərin hərəkəti BƏRPA OLUNDU

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 1 oktyabr – VİDEO

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Telefon nömrəniz xarakteriniz barədə nə deyir?

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı: Əvəzində nə təklif olunur? – VİDEO

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Meyvə, yoxsa şirəsi? - Hansının daha faydalı olduğu ARAŞDIRILDI

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Az xərclə çox qazandıran BİZNES SİRRİ açıqlandı

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

Onları şou-biznesin "ən tənbəl" ifaçısı adlandırdı – VİDEO

4 BÜRC üçün pul şansı gələcək

4 BÜRC üçün pul şansı gələcək

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi – VİDEO

End of content

No more pages to load

RADİO