“Prezident İlham Əliyevin xarici siyasət kursu Azərbaycanı qlobal proseslərin mühüm iştirakçısına çevirir” - Fərid Şahbazlı

“Azərbaycan–ABŞ münasibətlərində yeni və keyfiyyətcə fərqli bir mərhələnin əsasları formalaşmaqdadır. Bu mərhələ təkcə siyasi dialoqun intensivləşməsi ilə məhdudlaşmır, eyni zamanda konkret layihələrə, institusional əməkdaşlıq mexanizmlərinə və uzunmüddətli strateji maraqların uzlaşdırılmasına əsaslanır. Enerji təhlükəsizliyi, müdafiə, texnoloji tərəfdaşlıq və regional nəqliyyat inteqrasiyası kimi istiqamətlər ikitərəfli münasibətlərin dərinləşməsində aparıcı rol oynayır”.

Bizim.Media xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.

Onun sözlərinə görə, son dövrlərdə Azərbaycanla ABŞ arasında yüksəksəviyyəli təmasların artması Prezident İlham Əliyevin praqmatik və balanslı xarici siyasət kursunun növbəti uğurlu nəticəsidir.

F.Şahbazlı deyib ki, siyasi əməkdaşlıq artıq iqtisadi tərəfdaşlıqla və real maraqlara əsaslanan əməkdaşlıq modeli ilə tamamlanır:

“Dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimad, xüsusilə Donald Trampın birinci prezidentlik dövründə qoyulmuş siyasi əsaslar bu gün münasibətlərin strateji səviyyəyə yüksəlməsinə imkan verir.
 

ABŞ-ın Vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri və Prezident İlham Əliyevlə keçirilən görüşlər bu kontekstdə mühüm siyasi hadisədir. Səfər çərçivəsində imzalanan ABŞ–Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası münasibətləri rəsmi şəkildə strateji müstəviyə çıxarıb. Xartiyada Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstəyin təsbit olunması fundamental siyasi mesajdır və gələcək əməkdaşlıq üçün dəyişməz prinsip kimi çıxış edir.


Sənəd, eyni zamanda, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Bu, Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsinə, sərhədlərin, enerji və nəqliyyat infrastrukturunun daha effektiv qorunmasına xidmət edir. Regionun qlobal enerji və nəqliyyat dəhlizləri baxımından artan əhəmiyyəti fonunda bu əməkdaşlıq regional sabitlik üçün də mühüm amildir”.

Siyasi şərhçi bildirib ki, Vensin Bakı səfəri eyni zamanda Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra yaranmış yeni regional reallığın Qərb tərəfindən legitim siyasi statusda qəbul edildiyini nümayiş etdirir.

Eyni zamanda, bu səfər ABŞ-ın Orta Dəhliz kimi qlobal logistik layihələrdə Azərbaycanın mərkəzi roluna verdiyi strateji dəstəyin göstəricisidir:

“Azərbaycanın qlobal mövqeyi onun əlverişli geostrateji yerləşməsi ilə etibarlı enerji tərəfdaşı statusunun vəhdətindən qaynaqlanır. Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsində Azərbaycanın oynadığı rol artıq yalnız iqtisadi deyil, kollektiv təhlükəsizlik kontekstində də qiymətləndirilir. Bu amil Bakının beynəlxalq siyasi çəkisini əhəmiyyətli dərəcədə artırır.

ABŞ-ın Xəzər və Mərkəzi Asiya strategiyasının uğuru da böyük ölçüdə Azərbaycanın stabil və müstəqil qovşaq funksiyasından asılıdır. Bakı həm Şərq–Qərb, həm də Şimal–Cənub istiqamətlərində rasional əlaqələndirici rol oynayır.
 

Şübhəsiz ki, Tramp–Vens administrasiyasının regionla bağlı təşəbbüsləri sırasında Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu – TRIPP layihəsi xüsusi yer tutur. Layihə Azərbaycanın iki hissəsini birləşdirməklə yanaşı, region ölkələri vasitəsilə Asiya ilə Avropanı birləşdirən təhlükəsiz və iri həcmli nəqliyyat dəhlizi kimi nəzərdə tutulur və regional əməkdaşlığı təşviq edir.


Nəticə etibarilə, Vitse-prezident Cey Di Vensin səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması siyasi, iqtisadi və təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Bu proses bir daha göstərir ki, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan balanslı xarici siyasət kursu Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirir və ölkəni qlobal proseslərin mühüm iştirakçısına çevirir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Arda Güler yenə ən yaxşı seçildi

Arda Güler yenə ən yaxşı seçildi

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Avro ucuzlaşdı, rubl bahalaşdı – YENİ MƏZƏNNƏ

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Pakistan Əfqanıstana zərbə endirdi: 9 ölü, 11 yaralı var – VİDEO

Bakıda Regional Forum işinə başlayır

Bakıda Regional Forum işinə başlayır

Dünya bazarlarında neft ucuzlaşdı

Dünya bazarlarında neft ucuzlaşdı

Masallıda qəza: ölən və xəsarət alanlar var

Masallıda qəza: ölən və xəsarət alanlar var

“Bitcoin”in SON qiyməti

“Bitcoin”in SON qiyməti

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI – TAM MƏTN – FOTO

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Rubio TƏLƏB ETDİ: İranlı rəsmilər gecə ABŞ-dan çıxdı

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Dünyanın ən çirkli havası olan şəhərləri açıqlandı: Birinci yerdə haradır?

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Təmayül sinifləri üçün müəllim seçimində əsas meyarlar AÇIQLANDI – RƏSMİ - MÜSAHİBƏ

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

Xalasının əri ilə yeyib içdi, sonra bıçaqladı - Cinayətin təfərrüatı

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

İnfarkt gəlməzdən öncə bədən bu siqnalları verir

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Gecələri zəhərə çevirən xorultuya son – Yeni cihaz hazırlandı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

Müəllimlərə yeni status: Mənzil, pensiya və digər güzəştlər...

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

ABŞ ordusu İranla bağlı 125 ticarət gəmisini nəzarətə götürüb

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Minimum əməkhaqqı 150 manat ARTDI – Bəs ərzaq qiymətləri?

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Qarşıdakı günlərdə bəxti gətirəcək 5 bürc

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dizel yanacağı problemləri Rusiyada baş verənlərlə bağlıdır

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Dünyada yenidən populyarlaşan 10 qədim ad - SİYAHI

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Kamçatka sahillərində ardıcıl üç zəlzələ oldu

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

End of content

No more pages to load

RADİO