Azərbaycan-BƏƏ münasibətlərində YENİ SƏHİFƏ – Hərbi əməkdaşlığın STRATEJİ PERSPEKTİVLƏRİ

Regionun ən güclü dövləti kimi Azərbaycan həm Avropaya, həm Asiyaya sürətlə inteqrasiya edir. Bu yolda ölkəmiz üçün prioritet etibarlı tərəfdaşlıq, qarşılıqlı hörmət və ortaq maraqların inkişaf etdirilməsidir.

Bu mənada Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında formalaşan münasibətlər də məhz bu prinsiplərə əsaslanaraq son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyub.

Yada salaq ki, Azərbaycanla BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ötən müddətdə iki ölkə arasında yüksək səviyyəli rəsmi səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək və siyasi dialoq münasibətlərin möhkəmlənməsinə mühüm töhfə verib. Nəzərə alaq ki, Ermənistanın işğalı dövründə BƏƏ hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib.

Təbii ki, Azərbaycan da Yaxın Şərq regionunda BƏƏ-nin konstruktiv rolunu hər zaman yüksək qiymətləndirib.

Qarşılıqlı səfərlər və dərinləşən dostluq əlaqələri

Əminliklə demək olar ki, Azərbaycanla BƏƏ arasında münasibətlər son illərdə strateji tərəfdaşlıq səviyyəsində yüksəlib. Bu uğurun əldə edilməsində hər iki ölkə liderinin səyləri, təşəbbüsləri və qarşılıqlı səfərləri xüsusi rol oynayıb.
 

Təsadüfi deyil ki, 2025-ci il sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycana rəsmi səfərə gəlmişdi. Onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri Şuşa şəhərində baş tutmuşdu. Həmin görüşdə iki ölkə arasında münasibətlərin daha üst səviyyəyə çatdırılması üçün vacib qərarlar qəbul edildi.


Fevralın 2-də isə Azərbaycan Prezidenti BƏƏ-yə səfər edib. İki lider arasında dostluq münasibətləri ölkələrimiz arasında əlaqələrin şəxalənməsinə və dərinləşməsinə yeni imkanlar açıb.

Ticarət dövriyyəsində 90 faizlik artım

Artıq ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə güclü əməkdaşlıq qurulub. Strateji tərəfdaşlıq dövlətlər arasındakı ticarət dövriyyəsinə də müsbət təsirlərini göstərməkdədir. 2025-ci ilin ilk 11 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə Azərbaycan ilə BƏƏ arasındakı ticarət dövriyyəsi 87 faiz artaraq 166.4 milyon dollara çatıb.

Həmin müddətdə BƏƏ ilə ticarət əlaqələrində Azərbaycan 50 milyon dollara müsbət saldoya malik olub. BƏƏ Azərbaycanın qeyri neft-qaz ixracatında yeni strateji tərəfdaşa çevrilməkdədir. Belə ki, sözügedən dövrdə Azərbaycanın BƏƏ-ə ixrac etdiyi məhsulların 98 faizi qeyri neft-qaz məhsulları olub. Bu Azərbaycan sahibkarları üçün 106 milyon dollarlıq gəlir deməkdir.
 

İqtisadi sahədə əməkdaşlıq Azərbaycan–BƏƏ əlaqələrinin əsas sütunlarından biri olsa da energetika, bərpa olunan enerji, logistika, kənd təsərrüfatı, turizm və maliyyə sektorlarında da geniş əməkdaşlıq imkanları var. Xüsusilə BƏƏ-nin qabaqcıl investisiya təcrübəsi Azərbaycanın qeyri-neft sektorunun inkişafında mühüm rol oynayır. Birgə layihələr və sərmayə təşəbbüsləri iki ölkə iqtisadiyyatının şaxələndirilməsinə xidmət edir.


Ənənəvi enerji sahəsi ilə yanaşı, son illərdə bərpa olunan enerji istiqamətində əməkdaşlıq xüsusi diqqət çəkir. BƏƏ-nin bu sahədə qabaqcıl texnologiyalara malik şirkətləri Azərbaycanın “yaşıl enerji” strategiyasına uyğun layihələrdə fəal iştirak edir. Bu əməkdaşlıq regional və qlobal miqyasda enerji təhlükəsizliyinin təmininə də töhfə verir.

Birgə təlimlər: dünyaya verilən mesajlar, çağırışlar

Prezident İlham Əliyevin Əbu-Dabiyə budəfəki səfəri çərçivəsində iki ölkə arasında hərbi əməkdaşlıq sahəsində də yeni səhifə açıldı.

Fevralın 3-də Əbu-Dabidə Azərbaycanın və BƏƏ Silahlı qüvvələri arasında “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki təlimləri start götürüb. Təlimlərin açılış mərasimində hər iki ölkə başçısı iştirak edib və hərbçilərin hazırlıqlarını birgə izləyiblər.
 

Təlim çərçivəsində yaşayış məntəqəsi, dağlıq ərazi və dəniz mühitində keçirilən birgə təlimdə qanunsuz silahlı dəstələrin aşkarlanaraq zərərsizləşdirilməsi, ələ keçirilmiş gəmi üzərində nəzarətin bərpası, terrorçu ünsürlərin zərərsizləşdirilməsi və girovların azad edilməsi, yaralıların təxliyəsi, yaşayış məntəqəsində ictimai təhlükəsizliyə təhdid yaradan iğtişaş və sabotaj xarakterli fəaliyyətlərin qarşısının alınması, eləcə də yanğınsöndürmə fəaliyyətləri üzrə tapşırıqlar yerinə yetirilib.


Təlimin əsas məqsədi ölkələrimizin hərbi kontingentinin antiterror əməliyyatları üzrə peşə bacarıqlarını təkmilləşdirmək, dayanıqlı sülhün təmin olunmasına töhfə vermək və qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır.

Qeyd edək ki, bu təlimlərin iki ölkənin Silahlı qüvvələri arasında operativ hərbi uyğunluğun inkişafına töhfə verməklə yanaşı, gələcək əməkdaşlıq üçün gözəl zəmin hazırlayır.

Müdafiə sahəsində əməkdaşlıq perspektivləri

Nəzərə alaq ki, bu vaxtadək Azərbaycan hərbçiləri bu cür hərbi təlimləri yalnız qardaş Türkiyə ilə keçirib. Bu cür təlimlər Azərbaycan və BƏƏ silahlı qüvvələri arasında operativ əlaqələrin qurulması, hər iki ölkənin silahlı qüvvələrinin güclənməsinə töhfə verməklə yanaşı, xalqlarımız arasında dostluq münasibətlərinin dərinləşməsinə əsas yaradır. Həm də bu təlimlərlə Azərbaycan və BƏƏ beynəlxalq aləmə mesaj verdi ki, müharibə üçün yox, sülh üçün gücləri birləşdirmək lazımdır. Bunun üçün də dünyada kifayət qədər imkanlar və təşəbbüslər var.
 

Onu da qeyd edək ki, ötən gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.


Eyni zamanda, Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə “Cənub Qaz Dəhlizi” QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb.

Təbii ki, bütün bunlar ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verməklə yanaşı iki dövlət arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldir.

Xalqlarımız arasında bərpa olunan əlaqə

Nəzərə alaq ki, Azərbaycanla BƏƏ arasında iqtisadi, hərbi-siyasi sahədə müttəfiqlik mədəniyyət, təhsil və humanitar sahələrdə əlaqələr xalqlar arasında qarşılıqlı anlayışın möhkəmlənməsində mühüm rol oynayır.
 

Bu mənada son illərdə Azərbaycanda keçirilən mədəni tədbirlərdə BƏƏ nümayəndələrinin iştirakı, eləcə də BƏƏ-də Azərbaycanın mədəni irsinin tanıdılması iki xalq arasında dostluq körpüsünü daha da gücləndirir.


Göründüyü kimi, Azərbaycan–BƏƏ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Qarşılıqlı maraqlara əsaslanan bu əlaqələr təkcə ikitərəfli deyil, həm də regional və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətlidir.

Davamlı siyasi dialoq, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və humanitar əlaqələrin genişləndirilməsi bu tərəfdaşlığın gələcək inkişafını təmin edən əsas amillərdir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Cenifer Lopes ilk dəfə əkizlərinin şəklini paylaşdı - FOTO

Cenifer Lopes ilk dəfə əkizlərinin şəklini paylaşdı - FOTO

Çin avtomobillərini daşımağa gəmi çatmır – Avropa ŞOKDA

Çin avtomobillərini daşımağa gəmi çatmır – Avropa ŞOKDA

Bakıda 9 marşrutun hərəkət xətti dəyişdirildi

Bakıda 9 marşrutun hərəkət xətti dəyişdirildi

Dünyanın ən güclü üç universitetinə qəbul olunan azərbaycanlılar - ADLAR

Dünyanın ən güclü üç universitetinə qəbul olunan azərbaycanlılar - ADLAR

Milli komandanın baş məşqçisi gənc ulduzlardan danışdı

Milli komandanın baş məşqçisi gənc ulduzlardan danışdı

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni təyinat

Tramp Avropanın sədaqətini test edir – Açıq şəkildə anket göndərib

Tramp Avropanın sədaqətini test edir – Açıq şəkildə anket göndərib

Sumqayıtda kafe yanıb

Sumqayıtda kafe yanıb

Çağırışçılar yekun tibbi müayinədən belə keçəcəklər – RƏSMİ

Çağırışçılar yekun tibbi müayinədən belə keçəcəklər – RƏSMİ

Valideynlərin NƏZƏRİNƏ: Məktəbli formaları ilə bağlı son vəziyyət – VİDEOREPORTAJ

Valideynlərin NƏZƏRİNƏ: Məktəbli formaları ilə bağlı son vəziyyət – VİDEOREPORTAJ

Moskvada dəhşətli fırtına başladı – Video

Moskvada dəhşətli fırtına başladı – Video

Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə təlimlər uğurla davam edir – FOTO

Mərkəzi Aran regionunda kibertəhlükəsizlik üzrə təlimlər uğurla davam edir – FOTO

Peşə təhsili üzrə ixtisas seçiminin nəticələri bu gün ELAN EDİLƏCƏK – ÖZƏL

Peşə təhsili üzrə ixtisas seçiminin nəticələri bu gün ELAN EDİLƏCƏK – ÖZƏL

Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara 72 min manata yaxın ziyan vuruldu

Bakı, Sumqayıt və Abşeronda yaşıllıqlara 72 min manata yaxın ziyan vuruldu

Marsda gözlənilməz kəşf - FOTO

Marsda gözlənilməz kəşf - FOTO

Onlayn alışda pulu geri almağın əsas yolu — Açıqlama

Onlayn alışda pulu geri almağın əsas yolu — Açıqlama

Azərbaycandan tranzit keçməklə Ermənistana daha 420 ton buğda göndərildi

Azərbaycandan tranzit keçməklə Ermənistana daha 420 ton buğda göndərildi

Üçüncü ixtisas qrupunda ayrılan plan yerlərinin SAYI AÇIQLANDI

Üçüncü ixtisas qrupunda ayrılan plan yerlərinin SAYI AÇIQLANDI

Zaur-Günay cütlüyünün romantik anları diqqət çəkdi - (Video)

Zaur-Günay cütlüyünün romantik anları diqqət çəkdi - (Video)

Nazir Rövşən Fətullayevi müdir təyin etdi

Nazir Rövşən Fətullayevi müdir təyin etdi

Ətin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

Ətin qiyməti ilə bağlı KRİTİK PROQNOZ

Dilarə Əliyeva nəvəsinə ad günü etdi -Fotolar

Dilarə Əliyeva nəvəsinə ad günü etdi -Fotolar

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bu ölkələr "Avroviziya"ya qatıla bilməyəcək

Bu ölkələr "Avroviziya"ya qatıla bilməyəcək

End of content

No more pages to load

RADİO