Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası göndərilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev “X” sosial şəbəkəsində paylaşım edib.
Səfirin sözlərinə görə, humanitar yükün tərkibinə 17 generator, 4 ədəd daşınan enerji sistemi, eləcə də digər enerji avadanlıqları daxildir.
Y. Qusev Azərbaycan hökumətinə, ölkənin müəssisə və təşkilatlarına, eləcə də Azərbaycan xalqına Ukraynaya göstərilən davamlı dəstəyə görə səmimi təşəkkürünü bildirib.



Bizim.Media