Epşteyn adasından sağ çıxan qadından dəhşətli AÇIQLAMA – FOTO

ABŞ Ədliyyə Nazirliyi Ceffri Epşteyn qalmaqalı ilə bağlı təxminən 3000 yeni fayl yayımlayıb.

Epşteyn adasından sağ çıxan bir qadın açıqlamasında uşaqlıqda sistematik şəkildə cinsi istismara məruz qaldığını təsvir edib və bunları genişmiqyaslı insan alveri şəbəkəsinin təşkil etdiyini bildirib.

Bizim.Media xarici mediaya istinadla bildirir ki, dünyanın diqqətlə izlədiyi Epşteyn qalmaqalında ABŞ Ədliyyə Nazirliyi təxminən 3000 yeni faylı internetdə əlçatan edib. 2019-cu ildə həbsxanada intihar edən pedofil Ceffri Epşteyn və onun əlaqələri ilə bağlı istintaqda yeni adlar ortaya çıxır.

Hadisənin nəticələri davam etdikcə, Epşteyn adasından sağ çıxan bir qadının verdiyi müsahibə faciəni ortaya çıxarıb. İfadəsinə "Hər gün təcavüzə məruz qalırdım" deməklə başlayan və o vaxt uşaq olduğunu bildirən qadın davam edib: "Bəzən bu, üç dəfə baş verirdi. Məni zorla Epşteynin otağına sürükləyib təcavüzə uğradırdılar. Son 17 ili ədaləti bərpa etməyə çalışmışam. Həyatımı yenidən yoluna qoymağa çalışdım, amma bacarmadım. Əgər FTB və dövlət qurumları 1996-cı ildə Maria Farmeri dinləsəydilər, təcavüzə məruz qalmazdım. Bu, yüzlərlə uşağı və minlərlə qadını əhatə edən insan alveri şəbəkəsi idi".

Xatırladaq ki, 18 yaşından kiçik, ən kiçiyi 14 yaşında olan onlarla qıza cinsi istismar etməkdə və fahişəlik şəbəkəsi idarə etməkdə ittiham olunan Epşteyn 2019-cu il avqustun 10-da Nyu-Yorkda, Manhetten Metropolitan Mərkəzi Həbsxanasındakı kamerasında ölü tapılıb.

Açıqlanan Epşteynin işi sənədlərində şahzadə Endryu, ABŞ prezidenti Donald Tramp, ABŞ-ın keçmiş prezidenti Bill Klinton, İsrailin keçmiş baş naziri Ehud Barak, ABŞ-ın keçmiş vitse-prezidenti Al Qor, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist Devid Kopperfild, vəkil Alan Derşovits və Nyu Meksiko ştatının keçmiş qubernatoru Bill Riçardson kimi məşhur adlar yer alıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) Ədliyyə Nazirliyi ilə apardığı araşdırmadan sonra məşhur adların yer aldığı "müştəri siyahısı"na dair heç bir dəlil tapmadıqlarını və hökumət rəsmiləri, məşhurlar və iş adamları ilə bağlı cinayətlərdə iştirakının ört-basdır edilməsi məqsədilə öldürüldüyü iddia edilən Epşteynin əslində öz kamerasında intihar etdiyi qənaətinə gəldiklərini açıqlayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

İnfantino Bakıdan paylaşım etdi – VİDEO

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycandakı hərbi təlimdən VİDEO paylaşdı

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

İsrail sərhədində uzun fasilədən sonra HAVA HƏYƏCANI işə düşdü

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Şahin Mustafayev: “Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb”

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

Belçika Ukraynaya üç ədəd F-16 qırıcısı VERƏCƏK

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

ABŞ strateji ehtiyatından 40 milyon barrel neft çıxaracaq

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Leyla Əliyeva ailə fotosunu paylaşdı - FOTO

Azərbaycan idmançısından bir İLK

Azərbaycan idmançısından bir İLK

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Pezeşkian: "İranın qonşuluq siyasətində Azərbaycanın xüsusi yeri var"

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olundu – FOTO

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Leyla Əliyeva və Vatikan kardinalı gələcək əməkdaşlığı müzakirə etdi - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Polşada “uşaq-vampirlər”in basdırıldığı qəbiristanlıq tapıldı - FOTO

Mal əti niyə bahalaşır? - VİDEO

Mal əti niyə bahalaşır? - VİDEO

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Qazaxın azad edilən kəndlərində SÖKÜNTÜ başlayır

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

Leyla Əliyeva və Raffaella Culiani hansı layihələri müzakirə etdilər? - FOTO

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

27 il Mərkəzi Banka rəhbərlik etdi: İndi haradadır?

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Leyla Əliyeva rahibə Raffaella Petrini ilə görüşdü - FOTO

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

Şahin Mustafayev Tehranda Möhsün Rezai ilə görüşdü

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

"Sabah" - "Qarabağ" oyunu harada keçiriləcək?

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Xalq artistinin səhhəti ilə bağlı XƏBƏR VAR

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Kürdəmirdə ildırım 51 yaşlı çobanı vurub öldürdü

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA

End of content

No more pages to load

RADİO