Baş Prokurorluqdan "Tərtər işi" ilə bağlı YENİ MƏLUMAT

Baş Prokurorluq "Tərtər işi" ilə bağlı məlumat yayıb.

Bizim.Media-ya daxil olan məlumatda deyilir:

"Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır. 

Ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 163 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilmiş, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilmişdir.

Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 zərərçəkmiş şəxs müəyyən edilmişdir. 

İş üzrə zərərçəkmiş şəxslərin müəyyən edilərək dindirilməsi prosesi davam etdirilir. 2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar isgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, habelə qanunsuz olaraq azadlıqdan məhrum edilən, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, habelə 012-361-16-47 nömrəli telefonla əlaqə saxlanılaraq dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur. 

Əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş şəxslərlə bağlı cinayət işləri öyrənilərkən müəyyən prosessual pozuntulara yol verilməsi halları aşkar edildiyindən 16 şəxs barəsində 16 cinayət işi üzrə yekun məhkəmə qərarlarının ləğv edilərək işlərin əlavə istintaq aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasından ötrü Baş Prokurorun müvafiq müavini tərəfindən məhkəmələrə apellyasiya protestləri verilmişdir. 

Eyni zamanda, Quliyev Elçin Mətləb oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılmış cinayət təqibinə öldüyünə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilmiş 19 dekabr 2017-ci il tarixli qərar qanunsuz və əsassız olduğundan Baş Prokuror tərəfindən ləğv edilmiş və onunla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarın qəbul edilməsi təmin ediləcəkdir. 

Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və vəzifə səlahiyyətlərini aşması müəyyən edilən Ələsgərov Vüsal Əziz oğlu, Ələsgərov Rüstəm Çərkəz oğlu, Qarayev Ramil Fariz oğlu Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Axundov Fuad Arazi oğlu CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir. 

Bununla yanaşı, kütləvi informasiya vasitələrinin nümayəndələrinin, sosial media platformaları istifadəçilərinin, eləcə də cinayət prosesi iştirakçılarının diqqətinə bir daha çatdırılır ki, ibtidai araşdırma məlumatlarının müvafiq icazə olmadan yayılması yolverilməz olmaqla cinayət qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək, cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, qalib Azərbaycan Ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hindistanın ən varlı adamının oğlundan Pablo Eskobarın begemotları ilə bağlı AÇIQLAMA

Hindistanın ən varlı adamının oğlundan Pablo Eskobarın begemotları ilə bağlı AÇIQLAMA

Xaçmazda 2 nəfərin öldüyü qəza ilə bağlı TƏFƏRRÜAT

Xaçmazda 2 nəfərin öldüyü qəza ilə bağlı TƏFƏRRÜAT

Bricit Makron BİRİNCİ XANIM olmağın çətinliyindən danışdı

Bricit Makron BİRİNCİ XANIM olmağın çətinliyindən danışdı

Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşdülər

Milli Aviasiya Akademiyasının gənc mütəxəssisləri təlimdə iştirak üçün Avropaya yola düşdülər

Sərnişin təyyarəsi havaya qalxdıqdan dərhal sonra quş dəstəsi ilə toqquşdu

Sərnişin təyyarəsi havaya qalxdıqdan dərhal sonra quş dəstəsi ilə toqquşdu

İvanka Tramp Vaşinqtona “müasir şahzadə” obrazında qayıtdı – FOTO

İvanka Tramp Vaşinqtona “müasir şahzadə” obrazında qayıtdı – FOTO

Bəzi kişilər niyə nişan üzüyü taxmır?

Bəzi kişilər niyə nişan üzüyü taxmır?

Azərbaycanda BAHALAŞAN avtomobillərin adı açıqlandı

Azərbaycanda BAHALAŞAN avtomobillərin adı açıqlandı

19 yaşlı oğlanla hamam otağında boğulan qız müalicədən İMTİNA edib

19 yaşlı oğlanla hamam otağında boğulan qız müalicədən İMTİNA edib

“Sülh Körpüsü” Təşəbbüsü media nümayəndələri ilə görüş keçirdi - FOTO

“Sülh Körpüsü” Təşəbbüsü media nümayəndələri ilə görüş keçirdi - FOTO

Telefondan imtina etdi – İndi kitab oxuyur, piyada gəzir...

Telefondan imtina etdi – İndi kitab oxuyur, piyada gəzir...

Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək

Azərbaycan-İran sərhədində yeni keçid məntəqəsi istifadəyə veriləcək

Mayda 38 dərəcə isti olacaq – PROQNOZ

Mayda 38 dərəcə isti olacaq – PROQNOZ

Gömrükdə yeni MƏHDUDİYYƏTLƏR

Gömrükdə yeni MƏHDUDİYYƏTLƏR

Dünyanın ən populyar moda brendi açıqlandı

Dünyanın ən populyar moda brendi açıqlandı

Ev axtaranların diqqətinə: "Park Yasamal"da 2-4 otaqlı hazır mənzillər – "Kristal"

Ev axtaranların diqqətinə: "Park Yasamal"da 2-4 otaqlı hazır mənzillər – "Kristal"

Çilingər hörümçək sayəsində 56 milyon uddu

Çilingər hörümçək sayəsində 56 milyon uddu

SON DƏQİQƏ! 69 mini mənimsəyib Türkiyəyə qaçan məktəb direktoru Azərbaycana ekstradisiya OLUNDU

SON DƏQİQƏ! 69 mini mənimsəyib Türkiyəyə qaçan məktəb direktoru Azərbaycana ekstradisiya OLUNDU

Maldivə vizasız gedə biləcəyik - RƏSMİ

Maldivə vizasız gedə biləcəyik - RƏSMİ

Ukrayna Tuapseyə zərbəni bu səbəbdən endirib - DETALLAR - VİDEO

Ukrayna Tuapseyə zərbəni bu səbəbdən endirib - DETALLAR - VİDEO

Ağdərə və Xocalının kəndlərinə daha 175 nəfər qayıtdı – FOTO

Ağdərə və Xocalının kəndlərinə daha 175 nəfər qayıtdı – FOTO

Fikrət Eminovun ölümü ilə nəticələnən dəhşətli yanğının TƏFƏRRÜATI – VİDEO

Fikrət Eminovun ölümü ilə nəticələnən dəhşətli yanğının TƏFƏRRÜATI – VİDEO

9-cu mərtəbədən yıxılan kişi öldü

9-cu mərtəbədən yıxılan kişi öldü

Azərbaycan Avropa Parlamenti ilə münasibətləri DAYANDIRA BİLƏR

Azərbaycan Avropa Parlamenti ilə münasibətləri DAYANDIRA BİLƏR

End of content

No more pages to load

RADİO