İlham Əliyev Davosda nüfuzlu şirkətlərin rəhbərləri ilə görüşüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda aktivlərin idarə olunması üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”-un baş icraçı direktoru Larri Fink və bu şirkətin tərkibinə daxil olan “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşüb.

Bizim.Media xəbər verir ki, söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə “BlackRock” arasında mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin Azərbaycanda infrastruktur sahəsində potensial investisiya imkanları müzakirə olundu.
 

Dövlətimizin başçısının Davosa səfəri çərçivəsində Dövlət Neft Fondu ilə “BlackRock” və bu şirkətin tərkibinə daxil olan, qlobal infrastruktur investisiya idarəetmə şirkəti olan “Global Infrastructure Partners” (GIP) arasında uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun imzalanmasının əhəmiyyətinə toxunuldu.


Sənəd mövcud əməkdaşlığın uzunmüddətli, strateji çərçivədə davam etdirilməsini, eləcə də beynəlxalq infrastruktur investisiya platforması çərçivəsində Azərbaycanda potensial investisiya imkanlarının araşdırılmasını nəzərdə tutur.

Niyyət protokoluna əsasən, ARDNF-nin “GIP” tərəfindən idarə olunan infrastruktur fondlarına və birgə investisiya imkanlarına 3-4 il müddətində 1,5 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır.

Əməkdaşlıq çərçivəsində Azərbaycanda regional bulud və süni intellekt tələbatına xidmət edən məlumat mərkəzləri və infrastruktur üzrə potensial investisiya imkanlarının dəyərləndirilməsi, hava limanı infrastrukturu sahəsində “Global Infrastructure Partners”in əməliyyat və idarəetmə təcrübəsi nəzərə alınmaqla tərəfdaşlığın perspektivlərinin araşdırılması nəzərdə tutulur.

Azərbaycanda və ya ölkəmizlə əlaqəli infrastruktur aktivlərinə dair investisiya imkanlarının dəyərləndirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir.
 

Niyyət protokolu Dövlət Neft Fondunun qlobal investisiya ekosistemində mövqeyinin möhkəmləndirilməsinə, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın daha da genişləndirilməsinə və Azərbaycanın strateji əhəmiyyətli infrastruktur sahələrində uzunmüddətli investisiya imkanlarının formalaşdırılmasına töhfə verəcək.


Görüşün sonunda Azərbaycan Prezidentinin iştirakı ilə niyyət protokolunun mübadiləsi mərasimi oldu.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Diabet riski yüksək olan QAN QRUPU açıqlandı

Lətifənin yeni biznesi - VİDEO

Lətifənin yeni biznesi - VİDEO

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bu BÜRCLƏR istənilən xaosdan xilas olurlar

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Bazarda qarpız və yemişin SON QİYMƏTİ - VİDEO

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Konqoda Eboladan ölüm göstəricisi YÜKSƏLDİ

Neymar MLS klubuna keçmək istəmədi

Neymar MLS klubuna keçmək istəmədi

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Yarımçıq qalan böyük sevgi: Türkan Şorayla Kadir İnanır niyə evlənmədi?

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu əlamətlər xərçəngə İŞARƏDİR

Bu üç bürcü sürprizlər gözləyir

Bu üç bürcü sürprizlər gözləyir

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Vəfat edən türkiyəli müğənninin var-dövləti – Siyahı

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Ermənistan ordusunun hərbi qulluqçusu ölüb

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Finlandiya nüvə silahının ölkəyə gətirilməsinə "qapılarını açdı"

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Afrika ölkəsi Fransa ilə diplomatik əlaqələri KƏSDİ

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

Venesuelada zəlzələ qurbanlarının sayı 920-yə çatdı

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

İsmayıllıda məşhur asma körpüdən keçid pulludur? - Rəsmi açıqlama - VİDEO

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

Xidmət rəisi “neqodnı” olan vətəndaşlara ÇAĞIRIŞ ETDİ

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

“Qalatasaray” futbolçusuna 55 milyon avro qiymət qoydu

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

Vaşinqtonda İsrail və Livan arasında "çərçivə sazişi" imzalandı - VİDEO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

26 İyun paytaxtda möhtəşəm hərbi musiqi proqramı ilə qeyd olundu - FOTO

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İsrailin Livana zərbələri: Ölənlərin sayı 4200-ü keçdi

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

İranın vitse-prezidenti Ermənistanda səfərdədir

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

Rusiyalı aparıcı gizlicə Epşteynin adasına daxil oldu – Milyarderin əkizini tapıb danışdı

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

"İlqarla mübahisə etdik, məni efirə çağırmayacaq"

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

“Qarabağ” yeni transferinə nə qədər xərcləyib?

End of content

No more pages to load

RADİO