“Azərsun Holdinq”in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb - FOTO

Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın iştirakçısı olan müəssisələrin nümayəndələri istehsalatda tətbiq edilən texnoloji həllərlə yerində tanış olublar.

Bizim.Media xəbər verir ki, “Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” çərçivəsində həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı”nın iştirakçısı olan müəssisələrin nümayəndələri üçün “Azərsun Holdinq”in Sumqayıtda yerləşən “Bakı Qida Yağ Fabriki”nə təcrübə paylaşımı səfəri təşkil olunub. Tədbir İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və “Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə keçirilib.

 

Səfərin məqsədi proqrama qoşulan müəssisələrin texnoloji transformasiya həllərinin real istehsal mühitində tətbiqi ilə yaxından tanış olması, təcrübənin bölüşülməsi və hazırlanmış transformasiya yol xəritələrinin icrasına dəstək göstərilməsi olub.

 

4SİM-in layihələrin idarəolunması şöbəsinin rəhbəri Gülminə Məlikzadə bildirib ki, 18 müəssisənin qoşulduğu proqram çərçivəsində şirkətlərin texnoloji hazırlıq səviyyəsi qiymətləndirilib və onların ehtiyaclarına uyğun transformasiya yol xəritələri hazırlanıb.

Qeyd olunub ki, yol xəritələrində nəzərdə tutulan texnoloji həllərlə real istehsal mühitində fiziki tanışlıq müəssisələrə həmin həllərin praktik tətbiq mexanizmini və istehsal prosesinə təsirini yerində görməyə imkan verir.
 

Bu yanaşma şirkətlərin öz transformasiya planlarında nəzərdə tutulan texnologiyaların tətbiqi ilə bağlı daha əsaslandırılmış qərarlar qəbul etməsinə, uğurlu təcrübələrin müəssisələr arasında paylaşılmasına və texnoloji transformasiya prosesinin sürətləndirilməsinə töhfə verir.

 

“Bakı Qida və Yağ Fabriki”nin direktoru Şahəddin İbrahimov müəssisədə tətbiq olunan istehsalın idarə edilməsi sistemi (MES – Manufacturing Execution System) barədə təqdimatla çıxış edib.

MES müəssisənin biznes planlama sistemi ilə istehsalatdakı avadanlıq və idarəetmə sistemləri arasında məlumat mübadiləsini təmin edir, sifarişlərin icrası, avadanlıqların fəaliyyəti və dayanmaları, keyfiyyət göstəriciləri və xammal sərfinin real vaxt rejimində izlənilməsinə imkan yaradır. Bu yanaşma idarəetmə qərarlarının faktiki istehsal məlumatları əsasında qəbul edilməsini dəstəkləyir.

Daha sonra iştirakçılar fabrik turu zamanı istehsal prosesini və tətbiq edilmiş rəqəmsal həllərin praktiki istifadəsini müşahidə edib, müəssisənin mütəxəssisləri ilə təcrübə mübadiləsi aparıblar.

Qeyd edək ki, “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” yerli müəssisələrin texnoloji hazırlıq səviyyəsinin qiymətləndirilməsini, fərdiləşdirilmiş transformasiya yol xəritələrinin hazırlanmasını, bilik və bacarıqların gücləndirilməsini, maliyyə və icra dəstəyinin göstərilməsini nəzərdə tutur. Müəssisələr proqram barədə ətraflı məlumat və qoşulmaq üçün //industry4.az saytından keçid edə bilərlər.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Rusiya ordusunun general-mayoru Sergey Nikituşkin həbs edildi

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ciblərə valyuta axanda “yeməyi, suyu olmayan fələstinlilərin ahı” yada düşmür

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ronaldo Portuqaliya millisindən ayrıldı - Baş məşqçi ilə yola getməyib?

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Ağstafadakı məktəbdə müəllimlərin davası ilə bağlı ARAŞDIRMA APARILIR – RƏSMİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Xırdalanda 2 həftə əvvəl yıxılan kişi VƏFAT ETDİ

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

Təhsildə süni intellektin tətbiqi ilə bağlı YENİ TƏŞƏBBÜS – Şagirdləri nə gözləyir?

TDT-nin baş katibi: "Azərbaycanın Zəfəri türk dünyası üçün örnəkdir"

TDT-nin baş katibi: "Azərbaycanın Zəfəri türk dünyası üçün örnəkdir"

Tərtərdə avtomobil mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

Tərtərdə avtomobil mikroavtobusla toqquşdu - Xəsarət alanlar var

“Azərsun Holdinq”in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb - FOTO

“Azərsun Holdinq”in rəqəmsal transformasiya üzrə praktik təcrübələri digər müəssisələrlə bölüşülüb - FOTO

"Flydubai" reysində sərnişinləri xilas edən şəxs santexnik imiş - Netanyahu ilə SƏMİMİ SÖHBƏT - FOTO/VİDEO

"Flydubai" reysində sərnişinləri xilas edən şəxs santexnik imiş - Netanyahu ilə SƏMİMİ SÖHBƏT - FOTO/VİDEO

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Misirdə Roma dövrünə aid sərdabə tapıldı – FOTO

Misirdə Roma dövrünə aid sərdabə tapıldı – FOTO

Dönəri görün hansı şəraitdə hazırlayırlar? - ŞOK FOTOLAR

Dönəri görün hansı şəraitdə hazırlayırlar? - ŞOK FOTOLAR

Ağstafada müəllim yoldaşı tərəfindən döyülən qadının SON DURUMU

Ağstafada müəllim yoldaşı tərəfindən döyülən qadının SON DURUMU

26 yaşlı Elnur Rüstəmovun öldürülməsinin təfərrüatı – FOTO-VİDEO

26 yaşlı Elnur Rüstəmovun öldürülməsinin təfərrüatı – FOTO-VİDEO

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var

Mikayıl Cabbarov: “Azərbaycanın regiondakı rolu sadə prinsipə söykənir, əməkdaşlıq üçün qapıları açırıq” - VİDEO

Mikayıl Cabbarov: “Azərbaycanın regiondakı rolu sadə prinsipə söykənir, əməkdaşlıq üçün qapıları açırıq” - VİDEO

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Səudiyyə Ərəbistanının vəliəhdi: Krallıq bütün təhdidlərə qətiyyətlə cavab verəcək

Mənzilinin divarlarını, balkonları söküb otağa birləşdirənlərə XƏBƏRDARLIQ

Mənzilinin divarlarını, balkonları söküb otağa birləşdirənlərə XƏBƏRDARLIQ

Mehmet Daniş: “Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır”

Mehmet Daniş: “Etimad mühitinin yaradılmasında medianın məsuliyyəti ön plandadır”

Şərurun bəzi kəndlərində İŞIQ OLMAYACAQ

Şərurun bəzi kəndlərində İŞIQ OLMAYACAQ

Fərhad Məmmədov: “Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur”

Fərhad Məmmədov: “Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur”

End of content

No more pages to load

RADİO