Ramiz Mehdiyevin şəriki binasından yığılan pulları Əli Kərimliyə ötürüb?

Prezident Administrasiyasının keçmiş rəhbəri, haqqında dövlətə xəyanət ittihamı ilə cinayət işi açılmış Ramiz Mehdiyev neytrallaşdırılsa da, onun “mənfi miras”ından Azərbaycan dövləti və xalqı hələ də əziyyət çəkir. Ramiz Mehdiyevin vəzifədə olarkən çoxsaylı qanunsuzluqlar törətdiyi bəllidir.

Bu qanunsuzluqlar ona bağlı olan şəxslər – məmurlar, biznesmenlər, iş adamları, bir sözlə komandasının üzvləri tərəfindən də törədilib və bu gün də davam edir.

Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən binada baş verənlər belə nümunələrdən biridir. 2009-cu ildən istifadəyə verilən çoxmartəbəli yaşayış binasında qanunsuzluq baş alıb gedir. Sakinlər binanın qarajında və həyətindəki acınacaqlı vəziyyətdən şikayət edirlər.
 

Şikayətçilər bildirir ki, yağışlı havalarda binanın qarajını su basır, ərazidə hərəkət etmək çətinləşir. Binaya cavabdeh olan şəxslər isə problemin aradan qaldırılması üçün lazımi addımlar atmaq istəmir. İllərdir davam edən problem sakinlərin səbr kasasını doldurub, onlar nəhayət üzləşdikləri çətinliklərin aradan qaldırılması üçün kütləvi şəkildə şikayət edirlər.


Sakinlərin sözlərinə görə, sözügedən bina Azərbaycan Texniki Universiteti Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının müəllimi, “Karqo Şamil” kimi tanınan iş adamı Şamil Heydərova məxsus “İdeal” MTK tərəfindən inşa edilib. Binada yerləşən ticarət obyektləri də Şamil Heydərova məxsusdur.


Müəllimdən daha çox, “Karqo Şamil” kimi tanınan Şamil Heydərovun adı həmişə qanunsuzluqlar və maxinasiyalarda hallanıb. Mediada yayılmış məlumatlara görə, onun əsas şəriki Ramiz Mehdiyev olub, ona görə də “müəllimliyini” və biznesdə yüksəlməsini də PA-nın keçmiş rəhbərinə borcludur. Şamil Heydərov Ramiz Mehdiyevlə ortaqlığı haqda məlumatların biri Lökbatandakı “Cənub Qapısı” yaşayış kompleksi ilə bağlıdır. 

Məlumatlara görə, Şamil Heydərovun şirkətinə məxsus ümumilikdə 27 hektardan ibarət olan Lökbatanda yerləşən “Cənub Qapısı” yaşayış kompleksinin böyük hissəsi Ramiz Mehdiyevə məxsusdur. Kompleksin inşa edildiyi 27 hektar ərazinin 22 hektarının PA-nın keçmiş rəhbərinin  həyat yoldaşı Qalina Mehdiyevanın adına rəsmiləşdirildiyi deyilir. 
 

Mediada yayımlanan məlumatların birində deyilir ki, Şamil Heydərov Badamdar qəsəbəsində Botanika bağının yanında elit binada Ramiz Mehdiyevə 400 kvadratmetr sahəsi olan mənzil hədiyyə edib.


Şamil Heydərovun Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən çoxmərtəbəli binada törətdiyi qanunsuzluqları da Ramiz Mehdiyevin hesabına etdiyi deyilir. Belə demək mümkünsə, Şamil Heydərov Ramiz Mehdiyevin hesabına hər zaman toxunulmaz olduğunu düşünüb. 

Sakinlərin bizə verdiyi məlumata görə, Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən və 500-dən çox sakinin yaşadığı binada hər ay ortaq hesabla hər sakindən 100 manata yaxın pul yığılır. Ayda 50 min, ildə 600 mindən çox edən bu vəsaitin hara xərcləndiyi isə bəlli deyil. Sakinlər alınan pulların binanın problemlərinin həll edilmədiyini, o cümlədən, hara xərcləndiyi haqda onlara hesabatın verilmədiyini deyirlər.  


Bəs bu qədər vəsait hara xərclənir?


İş adamı Şamil Heydərovun həmin binaya təyin etdiyi nümayəndəsi, “komendat” kimi fəaliyyət göstərən Sahib adlı şəxs “Demokrat.az”a açıqlamasında sakinlərin dediklərini qəbul etmədiyini bildirdi.

Qeyd etdi ki, binada kommunal ödənişlər aylıq hər kvadratmetrə görə 30 qəpikdən hesablanır: 

“Şikayət edən 7–8 sakin isə ümumiyyətlə su pulu ödəməyib. Həmin şəxslər arasında avtomobillərini qaydalara zidd şəkildə saxlayan, divarlara vurulmuş elanları özbaşına cıran sakinlər də var. Bu hallarla bağlı polisə də müraciət etmişdim. Buna baxmayaraq, onlar divarlardakı elanların onlara mane olduğunu iddia edirlər”.

Qarajı su basması məsələsinə gəlincə, komendat problemin borunun partlaması ilə bağlı olduğunu deyir. Bildirir ki, söhbət birbaşa binanın altından deyil, həyətin alt hissəsindən gedir:

“Həmin ərazidə əvvəllər də vaxtaşırı kiçik su yığıntıları müşahidə olunub”.

Komendat onu da əlavə edir ki, Ramiz Mehdiyevlə onun heç bir qohumluq əlaqəsi yoxdur. Hətta, Şamil Heydərovun da adından danışaraq, iş adamının PA-nın keçmiş rəhbəri ilə şərikliyinin olmadığını bildirir.
 

“Artıq Şamil Heydərovun da Ramiz Mehdiyevlə hər-hansı şərikliyi mövcud deyil. Onun fəaliyyət göstərdiyi bütün obyektlər şəxsi mülkiyyətidir”, - özünü komendat kimi təqdim edən şəxs belə deyir. 


Hərçənd ki, Ramiz Mehdiyevlə Şamil Heydərovun ortaqlığına dair açıq mənbələrdə kifayət qədər məlumat mövcuddur. Əsas şübhələrdən biri isə Şamil Heydərovun Ramiz Mehdiyevin müxalifəti, konkret desək, AXCP sədri Əli Kərimlinin maliyyələşdirilməsində iştirak etməsi ilə bağlıdır. Dövlət çevrilişinə cəhd edən Ramiz Mehdiyevin Əli Kərimli və Milli Şura rəhbərliyi ilə gizli əlaqələrə malik olduğu və onların maliyyələşdirdiyi faktları ilkin istintaqla müəyyənləşdirilib. Əli Kərimlinin evindən çıxan Ramiz Mehdiyevə məxsus məktub da belə faktlardan biridir. Müzakirə edilən məsələlərdən biri də Ramiz Mehdiyevin müxalifətə pulları kimlərin, hansı iş adamlarının vasitəsilə ötürməsidir. Şamil Heydərovla Ramiz Mehdiyevin ortaq biznesi bu məsələdə diqqəti iş adamının üzərinə yönəldir. 

Və sual yaranır: Ramiz Mehdiyevin şəriki olan Şamil Heydərov Abbasqulu Abbaszadə küçəsi 17 ünvanında yerləşən binadan yığılan və hara xərcləndiyi bilinməyən pullarla Əli Kərimlini maliyyələşdiribmi? (mənbə: Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsmayıllıya sel gəldi - VİDEO

İsmayıllıya sel gəldi - VİDEO

Mərkəzi Asiyanın dörd ölkəsi işıqsız qaldı – Nə baş verir?

Mərkəzi Asiyanın dörd ölkəsi işıqsız qaldı – Nə baş verir?

Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər

Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb - YENİLƏNİB

Hovuzda ayağı su nasosunda qalan uşağın həyatını xilas etmək mümkün olmayıb - YENİLƏNİB

100-dən çox yeni iş yeri yaradılacaq – İnvestisiya dəyəri 27,5 milyon manatlıq layihə

100-dən çox yeni iş yeri yaradılacaq – İnvestisiya dəyəri 27,5 milyon manatlıq layihə

Saakaşvili dövrünün simvolu sökülür- Tbilisinin ən məşhur yeni tikilisi idi - FOTO

Saakaşvili dövrünün simvolu sökülür- Tbilisinin ən məşhur yeni tikilisi idi - FOTO

Bütün gözlər Türkiyədə – Ərdoğan 25 illik hesabat verdi

Bütün gözlər Türkiyədə – Ərdoğan 25 illik hesabat verdi

Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

Yeniyetmə “ChatGPT” ilə məsləhətləşib ailəsini öldürdü

"Avroviziya"nın qaydaları dəyişdirildi

"Avroviziya"nın qaydaları dəyişdirildi

Hollivud ulduzu yeni fotossessiyası ilə gündəm oldu - FOTO

Hollivud ulduzu yeni fotossessiyası ilə gündəm oldu - FOTO

Texnologiyada bir ilk – Süni İntellekt insanı işdən çıxartdı

Texnologiyada bir ilk – Süni İntellekt insanı işdən çıxartdı

Qafqazda Daş dövrünə aid mistik şəhər tapıldı

Qafqazda Daş dövrünə aid mistik şəhər tapıldı

FHN-dən "Sea breeze"dəki hadisə ilə bağlı rəsmi MƏLUMAT

FHN-dən "Sea breeze"dəki hadisə ilə bağlı rəsmi MƏLUMAT

Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib - FOTO

Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib - FOTO

Belarus Ukrayna ilə sərhədə yeni hərbi qüvvələr toplayır

Belarus Ukrayna ilə sərhədə yeni hərbi qüvvələr toplayır

60 yaşında çılpaq fotossessiyaya görə Rekordlar Kitabına düşdü

60 yaşında çılpaq fotossessiyaya görə Rekordlar Kitabına düşdü

FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb

FHN: Qubada zəlzələ nəticəsində dağıntı və insan xəsarəti olmayıb

Latviyadan sonra Rumıniyada naməlum DRON HƏYƏCANI – VİDEO

Latviyadan sonra Rumıniyada naməlum DRON HƏYƏCANI – VİDEO

Böyükşor gölü niyə yaşıllaşıb? – Rəsmi AÇIQLAMA

Böyükşor gölü niyə yaşıllaşıb? – Rəsmi AÇIQLAMA

Tanınmış bloger Paşinyana məsləhət verdi: "burnunuzu kilsə işlərinə soxmayın"

Tanınmış bloger Paşinyana məsləhət verdi: "burnunuzu kilsə işlərinə soxmayın"

Zelenskinin keçmiş sözçüsündən etiraf: “Veriyi vədlər puç oldu”

Zelenskinin keçmiş sözçüsündən etiraf: “Veriyi vədlər puç oldu”

Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti AÇIQLADI

Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti AÇIQLADI

Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? – RƏSMİ AÇIQLAMA

Azərbaycanda ictimai nəqliyyatın ümumi vahid kartı yaradılır? – RƏSMİ AÇIQLAMA

Noutbuku soyutmağın ən yaxşı yolu

Noutbuku soyutmağın ən yaxşı yolu

End of content

No more pages to load

RADİO