Rusiya Dövlət Dumasının komitə sədrindən İlham Əliyevə dəstək – VİDEO

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasındakı çıxışı zamanı danimarkalı Maykl Jensenin “Monitorinq prosedurunun təkamülü” ilə bağlı qətnamə layihəsini tənqid edib. 

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, bu, Azərbaycana qarşı açıq-aşkar birtərəfli yanaşmadır.

“Memorandumun “Dağlıq Qarabağ münaqişəsi” başlıqlı 2.6-cı bəndində bugünkü reallığı əks etdirməyən son dərəcə ziddiyyətli məlumatlar yer alır. Bu da sənəd müəllifinin Avropa Şurası üçün belə vacib məsələyə açıq-aşkar birtərəfli yanaşmasından xəbər verir”, deyə Slutski qeyd edib.

Siyasətçi əlavə edib ki, qətnamədə həll edilmiş Dağlıq Qarabağ münaqişəsinə istinad edən N3 bəndi var:

“Bu da noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından sonra regionda yaranmış və münaqişəyə son qoyan yeni reallıqları əks etdirmir. Mən fəxr edirəm ki, Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllində çox ciddi iştirak edib. Keçmiş həmkarımız, Azərbaycan nümayəndə heyətinin AŞPA-dakı keçmiş rəhbəri, indi isə dövlət başçısı cənab İlham Əliyevi bu yaxınlarda 60 illik yubileyi münasibətilə bir daha təbrik etmək istəyirəm. O, ölkədəki vəziyyətin Avropa Şurasının yüksək standartlarına uyğun olması üçün hər şeyi edir. Qətnamədəki bu qeyri-dəqiqliklərə diqqətlə baxmağı və onların aradan qaldırılması üçün müvafiq qərarlar qəbul etməyi təklif edirəm”.

Qeyd edək ki, Rusiya siyasi elitasının ən parlaq nümayəndələrindən biri olan Leonid Eduardoviç Slutski Azərbaycanın ərazi bütövlüyünün qorunmasında ədalətli mövqeyini ardıcıl olaraq dəstəkləyir.

Rusiyalı siyasətçi Dövlət Dumasının beynəlxalq komitəsinin rəhbəri olduğu müddətdə nüfuzlu beynəlxalq təşkilatların tribunasından rəsmi Bakıya qarşı ikili standartlar siyasətini əks etdirib, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlığın genişlənməsinə və möhkəmlənməsinə töhfə verib. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

RK altqrupunda 150 bal toplayanlar da universitetə qəbul ola biləcək – VİDEO

RK altqrupunda 150 bal toplayanlar da universitetə qəbul ola biləcək – VİDEO

Kişilərə görə ağıllı qadınların 10 xüsusiyyəti

Kişilərə görə ağıllı qadınların 10 xüsusiyyəti

Şarja qoyulan Çin avtomobili PARTLADI - Saniyələr içində külə döndü - VİDEO

Şarja qoyulan Çin avtomobili PARTLADI - Saniyələr içində külə döndü - VİDEO

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

Sabah saat 10:00-dan qaz kəsiləcək – BU ƏRAZİLƏRDƏ

DİM sədrindən I qrup üzrə imtahan verənlərə ŞAD XƏBƏR – VİDEO

DİM sədrindən I qrup üzrə imtahan verənlərə ŞAD XƏBƏR – VİDEO

Naxçıvan üçün tarixi inkişaf mərhələsi: Prezidentin sərəncamı hansı yenilikləri VƏD EDİR?

Naxçıvan üçün tarixi inkişaf mərhələsi: Prezidentin sərəncamı hansı yenilikləri VƏD EDİR?

Zelenski tennis oynadı – FOTO

Zelenski tennis oynadı – FOTO

Elmira Rəhimova 85 yaşında!

Elmira Rəhimova 85 yaşında!

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı

Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı

Valideynlikdən imtina edib aliment ödəmək istəmədi- Bu qərar verildi

Valideynlikdən imtina edib aliment ödəmək istəmədi- Bu qərar verildi

Elman Paşayevin 5 milyonluq maşını hərracda satışa çıxarıldı– Foto

Elman Paşayevin 5 milyonluq maşını hərracda satışa çıxarıldı– Foto

Yaponiya Rusiyanın Tokiodakı səfirini XİN-ə ÇAĞIRDI

Yaponiya Rusiyanın Tokiodakı səfirini XİN-ə ÇAĞIRDI

Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR

Ali Məhkəmədən Ramiz Mehdiyevin kürəkəni haqda QƏRAR

Baş nazir: Ermənistan tezliklə Azərbaycana məhsul ixracına başlayacaq

Baş nazir: Ermənistan tezliklə Azərbaycana məhsul ixracına başlayacaq

Elnur Məcidov vəzifəsini qoruyub SAXLADI

Elnur Məcidov vəzifəsini qoruyub SAXLADI

Cəlilabadın 35 kəndi işıqsız qalıb

Cəlilabadın 35 kəndi işıqsız qalıb

DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i...

DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i...

"Gənclik şəhəri"nin gəncləri niyə Bakıya üz tutur? – TƏHLİL

"Gənclik şəhəri"nin gəncləri niyə Bakıya üz tutur? – TƏHLİL

Mətbəxdə qazı açdı, yerinə su gəldi– VİDEO

Mətbəxdə qazı açdı, yerinə su gəldi– VİDEO

Vera Brejneva rus dilində oxumaq üçün 8,5 milyon istəyir

Vera Brejneva rus dilində oxumaq üçün 8,5 milyon istəyir

Bir günlük dəbdəbə – Toylarımız niyə var-dövlət nümayişinə çevrilib?

Bir günlük dəbdəbə – Toylarımız niyə var-dövlət nümayişinə çevrilib?

Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...

Azyaşlı övladı ötən ilin bu vaxtlarında qəzada həlak olubmuş...

Dörd gün əvvəl aldığı 8 milyonluq yaxta batdı – Fotolar

Dörd gün əvvəl aldığı 8 milyonluq yaxta batdı – Fotolar

Azərbaycanda daha 4 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna aldı – ADLARI

Azərbaycanda daha 4 beynəlxalq şirkət ƏDV məqsədləri üçün vergi uçotuna aldı – ADLARI

End of content

No more pages to load

RADİO