“Fransa qədər diplomatik tərbiyədən uzaq dövlət görməmişəm” – Fazil Mustafa

Görəsən Avropada Fransa qədər diplomatik tərbiyədən uzaq ikinci bir dövlət varmı? Maraqlıdır ki, özlərinin Milli Assambleyasına da xeyli belə tərbiyəsizləri yerləşdiriblər və gücləri çatan ölkələrə qarşı yekəxana tərzdə açıqlamalar verirlər. Azərbaycan Prezidenti bu qanmazlara izah edir ki, sənin prezidentliyə namizədin sərhədlərimizi pozaraq Azərbaycan ərazisinə daxil olur və terrorçularla əməkdaşılıq edir, əvəzində Milli Assambleyanın Respublikaçılar partiyasından olan üzvü Erik Siotti ədəbsizlik edərək dövlət başçısını təhqir etməyə özündə cəsarət tapır.   

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Fazil Mustafa bildirib.

Belə ki, Fransanın Azərbaycana qarşı diplomatik etikadan uzaq davranış sərgiləməsini tənqid edən millət vəkili fikirlərini bu cür davam etdirib:

“Ardınca isə Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian bu ilin yanvarın 18-də bu ölkənin Milli Assambleyasında ağıllı diplomata yaraşmayan tərzdə açıqlama verib Valeri Pekres adlı prezidentliyə namizəd olan başıpozuq qarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə haqq qazandırmağa çalışır. Üstəlik də Azərbaycan Prezidentinin bu qanuntanımaz terrorçularla əməkdaşlıq edən qarının əməlləri ilə bağlı söylədiyi fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirir.
 

MÖVZU İLƏ BAĞLI:

Deputat vəzifə verilən gənc kadrları tənqid etdi: “Köhnələrin yolu ilə...”


Fikrimcə nazir Lö Drian digər ölkənin dövlət başçısının açıqlamasını olduqca ədəbsiz və məsuliyyətsiz formada şərh etməklə diplomatik ənənələri pozmuşdur”.

Fazil Mustafa fransalı siyasətçilərin Azərbaycan ərazilərinə qanunsuz səfərlərinə İlham Əliyevin verdiyi layiqli cavaba da münasibət bildirib:

“Prezident İlham Əlyevin Valeri Pekres, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlamaları birbaşa suveren dövlətin beynəlxalq hüququn tələblərini xatırlatmağa əsaslanır və tamamilə məntiqlidir. Əslində prezident əli Azərbaycan xalqının qanına bulaşmış terrorçuları dəstəkləyən bu qanuntanımız fransız vətandaşlarını yumşaq üslubda tərbiyələndirməyə, islah etməyə çalışıb və Pekresin Fransa prezidentliyinə namizədlik statusunun Azərbaycan ərazisində deyil, yalnız Fransada keçərli olduğunu xatırladıb”.

Deputat Fransanın Qarabağ məsələsində tutduğu hüquqazidd mövqeyi də xatırladıb: 

“Onsuz da Azərbaycanda Fransa 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində yer alan və terroru dəstəkləyən ölkə kimi tanınır. Üstəlik Fransa Milli Assambleyasının tarixdə anoloqu olmayan elə bir həyasızlığa imza atıb ki, bunun izahını heç zaman beynəlxalq hüquq nöqteyi-nəzərindən verə bilməyəcəklər. Belə ki, Milli Assambleyanın hər iki palatası hətta Ermənistanın belə tanımadığı qondarma “Dağlıq Qarabağ Respublikasını” tanımağa çağıran sənədlər qəbul edib”.

Fazil Mustafanın fikrincə, Avropa məkanında Azərbaycanın beynəlxalq mövqeyini və nüfuzunu sarsıtmaya çalışan fransalı siyasətçilərin və vəzifəli şəxslərinin Azərbaycan dövlətinə, onun başçısına yönəlik böhtan, təhqir və ədəbsizliklərə qarşı ən sərt formada cavab verilməlidir.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xalq artisti 40 il əvvəl İsa bulağında – FOTO

Xalq artisti 40 il əvvəl İsa bulağında – FOTO

"Sihirli Annem"in "Toprak"ı evlilik təklifi aldı – FOTO

"Sihirli Annem"in "Toprak"ı evlilik təklifi aldı – FOTO

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Pul xərcləyəndə qazananlar: Maliyyə baxımından ən zəkalı 3 BÜRC

Şəmkirdən Kiyevə uzanan YOL – Kiyev vilayətinin qubernatoru təyin olunan Teymur kimdir? – DOSYE

Şəmkirdən Kiyevə uzanan YOL – Kiyev vilayətinin qubernatoru təyin olunan Teymur kimdir? – DOSYE

Bakı–Quba yolunda dəhşətli QƏZA: Avtomobil piyadanı vuraraq öldürdü - VİDEO

Bakı–Quba yolunda dəhşətli QƏZA: Avtomobil piyadanı vuraraq öldürdü - VİDEO

2-ci kurs tələbəsi vəfat etdi

2-ci kurs tələbəsi vəfat etdi

Xəzərdə batan 3 nəfərin axtarışları davam edir – VİDEO

Xəzərdə batan 3 nəfərin axtarışları davam edir – VİDEO

Haluk Levent 20 illik vəkilini də aldadıbmış: Şok mesajlar ortaya çıxdı – FOTO

Haluk Levent 20 illik vəkilini də aldadıbmış: Şok mesajlar ortaya çıxdı – FOTO

Dənizdə batan 17 yaşlı Arzunun– Fotosu

Dənizdə batan 17 yaşlı Arzunun– Fotosu

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Azərbaycan nefti KƏSKİN BAHALAŞDI

Müharibə kölgəsində qalan DƏHLİZ – Təhlükəsiz alternativ kimi Azərbaycan YENİDƏN GÜNDƏMDƏ

Müharibə kölgəsində qalan DƏHLİZ – Təhlükəsiz alternativ kimi Azərbaycan YENİDƏN GÜNDƏMDƏ

Ukraynadan Sankt-Peterburqa PUA HÜCUMU - "Wildberries"in daha bir anbarı vuruldu – VİDEO

Ukraynadan Sankt-Peterburqa PUA HÜCUMU - "Wildberries"in daha bir anbarı vuruldu – VİDEO

İran ABŞ-ın İordaniya və Bəhreyndəki bazalarını hədəf aldı – VİDEO

İran ABŞ-ın İordaniya və Bəhreyndəki bazalarını hədəf aldı – VİDEO

Tarakanlar ABŞ hərbçilərini yeməksiz qoydu – FOTO

Tarakanlar ABŞ hərbçilərini yeməksiz qoydu – FOTO

Hamının lağ etdiyi saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - Fotolar - Video

Hamının lağ etdiyi saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - Fotolar - Video

İnsan ömrünün son həddi açıqlandı

İnsan ömrünün son həddi açıqlandı

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl ucuzlaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

ABŞ-da təyyarə qəzası – ANBAAN VİDEO

ABŞ-da təyyarə qəzası – ANBAAN VİDEO

İlon Mask: “Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər”

İlon Mask: “Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər”

Zərər İran pulları ilə ödəniləcək - Trampdan yeni ultimatum

Zərər İran pulları ilə ödəniləcək - Trampdan yeni ultimatum

Avtobusların intervalı yayda artırılır? – Rəsmi AÇIQLAMA

Avtobusların intervalı yayda artırılır? – Rəsmi AÇIQLAMA

Bakıda bu evlərin qiyməti kəskin qalxır

Bakıda bu evlərin qiyməti kəskin qalxır

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Oksana və oğlu Batumidə xəstəxanaya düşdü

Oksana və oğlu Batumidə xəstəxanaya düşdü

End of content

No more pages to load

RADİO