26 noyabrda Soçidə nələr müzakirəyə çıxarılacaq? – Tofiq Abbasov DETALLARI açıqladı

“Ümumilikdə, Azərbaycan tərəfində şübhə və narahatlıq doğuran hər hansı məsələ yoxdur. Azərbaycanın mövqeyi bəllidir. Azərbaycan qalib tərəfdir və sülh sazişinə hazır olduğunu bildirib.

Digər tərəfdən sülhə qədər delimitasiya və demarkasiya prosesləri də öz həllini tapmalıdır və rəsmi Bakı buna da hazırdır. Bunu Prezident də dəfələrlə bildirib və Ermənistan, habelə vasitəçi Rusiyaya da bu mövqe agahdır”. 

Bu fikirləri Bizim.Media-ya özəl açıqlamasında politoloq Tofiq Abbasov qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Karapetyanın hədə-qorxusu – Azərbaycan nə etməlidir? - Tofiq Abbasovdan ERMƏNİ RESEPTİ


Belə ki, 26 noyabrda Soçidə keçiriləcək Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşünü şərh edən politoloq  görüşöncəsi əsas narahatlıq doğuran məsələ kimi Ermənistanın mövqeyini ön plana çıxarıb:

“Görüşlərdə Ermənistanın mövqeyi çoxsaylı suallar doğurur. Ermənistanın davranışı isə problemli vəziyyəti bir qədər də dərinləşdirir. Müharibə səhifəsi birdəfəlik çevrilməlidir.

Azərbaycan sülhə hazır tərəf kimi onu bildirir ki, əgər Ermənistan müfaviq qaydada, normal şəraitdə özünü ifadə edəcəksə, yeni təhdidlər törətməyəcəksə, daxildəki revanşist meyillərin qarşısını ala biləcksə, rəsmi Bakı İrəvana kömək etməyə hazırdır”.

Tofiq Abbasov Rusiyanın mövqeyinə, eyni zamanda Bakı və Moskva arasında qarşılıqlı etimadın mövcudluğuna da diqqət çəkib:

“Rusiya tərəfi də bu məsələlərlə bağlı tam məlumatlıdır. Görürük ki, İlham Əliyev və Vladimir Putin arasında tam əməkdaşlıq şəraiti formalaşıb və qarşıqlıqlı etimad var. İlham Əliyev də Rusiyanın Ermənistan tərəfini məsuliyyətə çağırmasının, həm də rəsmi İrəvana proseslərdən yayınmağa imkan verməməsinin vacibliyini dəfələrlə qeyd edib.
 

Biz Ermənistanın daxilindəki gərgin situasiyanı və anti-Rusiya meyillərini açıq-aşkar görürük. Buna görə də, Rusiya Paşinyana izah etməlidir ki, zaman gözləmir. Müharibə bitib və zaman məsələsi də hal-hazırda destruktiv rol oynayır”. 


“Hesab edirəm ki, istər Soçi, istərsə də Brüssel görüşlərində Azərbaycanla bağlı hər hansı problemli məsələ yoxdur. Çünki Azərbaycan öz mövqeyini açıq şəkildə ortaya qoyub. Artıq top Ermənistan tərəfdədir”.

Paşinyan dünənki çıxışında Soçi görüşündə sərhədlərin delimitasiyası üçün komissiyanın yaradılması ilə bağlı sazişin imzalanacağını bildirib. Sizin fikrinizcə, 26 noyabrda hər hansı sənədə imza atıla bilərmi?

“Bu formal məsələdir. Mən sözügedən məsələdə Ermənistanın absturktsionist (öz vəzifələrini yerinə yetirməyi ləngitmək) mövqedən çıxış etdiyini düşünürəm. Açıq görünür ki, Ermənistan abstruksiyanı özü üçün silaha çevirib. Bundan əlavə, İrəvan Ermənistan-Azərbaycan sərhədində sülhməramlıların yerləşdirilməsi məsələsini də ortaya atıb. Xeyir ola?! Əgər Ermənistan ona riayət edəcəksə, qoy saziş bağlansın. Amma İrəvan bəhanələr axtarır. Ola bilər ki, bu saziş bağlansın və əlavə sənədlər də tərtib olunsun. Lakin bu məsələnin əsasını müəyyən etmir”
 

Tofiq Abbasovun fikrincə, Ermənistanda hökm sürən yararsızılq kompleksi sərhəddə baş verən münaqişələrin əsas səbəbidir. Eyni zamanda, Ermənistan dünya birliyinə mövcud olmayan “Dağlıq Qarabağ”la bağlı  bəzi məsələlərin guya həllini tapmadığını da nümayiş etdirməyə çalışır.


“Biz səbrimizin olduğunu dəfələrlə sübuta yetirmişik. Lakin İrəvanın prosesi ləngitmək üçün əl atdığı vasitələr artıq keçməyəcək. İndi qərar vermək vaxtıdır. Xüsusilə də parlament seçkilərini qazanmış Paşinyan üçün...” - Tofiq Abbasov qeyd edib.

Politoloq fikirlərini siyasi klassiklərin bu fikirləri ilə yekunlaşdırıb:

“Ən müdrik mövqedə olanlar məqsədə doğru ən qısa yoldan getməyə çalışanlardır”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstanbula yeni baş konsul təyin edilən Zamin Əliyev kimdir? – DOSYE

İstanbula yeni baş konsul təyin edilən Zamin Əliyev kimdir? – DOSYE

Bakıda güclü külək nə vaxtadək davam edəcək? - RƏSMİ

Bakıda güclü külək nə vaxtadək davam edəcək? - RƏSMİ

Əcnəbilərin Azərbaycanda qalma müddəti ilə bağlı YENİ QAYDA

Əcnəbilərin Azərbaycanda qalma müddəti ilə bağlı YENİ QAYDA

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda KEÇİRİLƏCƏK

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda KEÇİRİLƏCƏK

Ədliyyə orqanlarına qəbul qaydaları dəyişdi - SƏRƏNCAM

Ədliyyə orqanlarına qəbul qaydaları dəyişdi - SƏRƏNCAM

Zamin Əliyev İstanbula yeni baş konsul TƏYİN EDİLDİ

Zamin Əliyev İstanbula yeni baş konsul TƏYİN EDİLDİ

Nərminə Mustafayeva Azərbaycanın İstanbuldakı konsulu vəzifəsindən geri ÇAĞIRILDI

Nərminə Mustafayeva Azərbaycanın İstanbuldakı konsulu vəzifəsindən geri ÇAĞIRILDI

Azərbaycanın Qarsdakı baş konsulu dəyişdi –YENİ TƏYİNAT

Azərbaycanın Qarsdakı baş konsulu dəyişdi –YENİ TƏYİNAT

Məmmədlidə antisanitar vəziyyət: Zibil niyə küçədə yığılıb qalıb? - FOTO

Məmmədlidə antisanitar vəziyyət: Zibil niyə küçədə yığılıb qalıb? - FOTO

Volodin Dövlət Dumasında çıxışını üç sözlə bitirdi: "Rusiya, Putin, qələbə" - VİDEO

Volodin Dövlət Dumasında çıxışını üç sözlə bitirdi: "Rusiya, Putin, qələbə" - VİDEO

İsmayıl Bəqai Zelenskini anarxistlərlə müqayisə etdi – VİDEO

İsmayıl Bəqai Zelenskini anarxistlərlə müqayisə etdi – VİDEO

Türkmənistan XİN: Xəzər dənizi sülh və mehriban qonşuluq məkanıdır

Türkmənistan XİN: Xəzər dənizi sülh və mehriban qonşuluq məkanıdır

Məcburi köçkünlərə ŞAD XƏBƏR - Artıq mənzillər çıxarışla veriləcək

Məcburi köçkünlərə ŞAD XƏBƏR - Artıq mənzillər çıxarışla veriləcək

Gürcüstanda azərbaycanlı gənc başından güllələndi

Gürcüstanda azərbaycanlı gənc başından güllələndi

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 3 metrə yaxınlaşıb

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 3 metrə yaxınlaşıb

Yanukoviç Rusiyada başqa soyadla yaşayır – Oğlu, nəvəsi və ailəsinin gizli həyatı üzə çıxdı – FOTO

Yanukoviç Rusiyada başqa soyadla yaşayır – Oğlu, nəvəsi və ailəsinin gizli həyatı üzə çıxdı – FOTO

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Xaçmaz rayonunda 3 gündür ki, işıq yoxdur

Xaçmaz rayonunda 3 gündür ki, işıq yoxdur

Çimərliyə gedənlərə ÇAĞIRIŞ: Dənizdə dalğa artacaq

Çimərliyə gedənlərə ÇAĞIRIŞ: Dənizdə dalğa artacaq

Mahsun Kırmızıgül, Gülben Ergen və Elçin Sangu da istintaqa çağırıldı

Mahsun Kırmızıgül, Gülben Ergen və Elçin Sangu da istintaqa çağırıldı

Polşada ukraynalı qadını və sevgilisini amansızcasına döydülər – FOTO/VİDEO

Polşada ukraynalı qadını və sevgilisini amansızcasına döydülər – FOTO/VİDEO

Cənubi Koreyanın sabiq prezidenti daha bir iş üzrə həbs cəzası aldı

Cənubi Koreyanın sabiq prezidenti daha bir iş üzrə həbs cəzası aldı

Sabahın HAVASI: Külək, 41 dərəcə isti...

Sabahın HAVASI: Külək, 41 dərəcə isti...

İctimai birliyin layihəsi başa çatdı

İctimai birliyin layihəsi başa çatdı

End of content

No more pages to load

RADİO