Yanukoviç Rusiyada başqa soyadla yaşayır – Oğlu, nəvəsi və ailəsinin gizli həyatı üzə çıxdı – FOTO

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Rusiya və işğal altındakı Abxaziyaya səfərləri zamanı artıq "Yanukoviç" deyil, anasının qızlıq soyadı olan Oleq Leonov adı ilə hərəkət edir.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın "Telebaçennya Toronto" araşdırma layihəsi məlumat yayıb.
 

Araşdırmaya görə, Yanukoviç mülki həyat yoldaşı Lyubov Polejay ilə birlikdə Soçidə yerləşən qapalı "Blagodat" kompleksində yaşayır. Üç hektar ərazini əhatə edən kompleksdə dəniz mənzərəsi, kilsə və "Mejiqorye" iqamətgahını xatırladan bina yerləşir.


Bildirilir ki, Lyubov Polejay soyadını dəyişərək Sadikova edib və Soçidə ümumi dəyəri ən azı 8 milyon ABŞ dolları olan 370 hektardan çox torpaq sahəsi və 2400 kvadratmetr daşınmaz əmlakı öz adına rəsmiləşdirib.

Araşdırmada qeyd olunur ki, Yanukoviçin oğlu Aleksandr da soyadını Sokolov olaraq dəyişib.

Onun Moskva yaxınlığında təxminən 18 milyon ABŞ dolları dəyərində malikanəyə sahib olduğu, Rusiya Daxili İşlər Nazirliyinin korporativ elektron poçtundan istifadə etdiyi, üz tanıma sisteminə çıxış əldə etdiyi və Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) 5-ci xidmətinin rəhbərliyi ilə mütəmadi səfərlər etdiyi iddia olunur.

Məlumata əsasən, Yanukoviçin 25 yaşlı nəvəsi Viktor isə 2024-cü ildə Rusiya banklarında təxminən 5 milyon ABŞ dolları həcmində depozit saxlayıb və qiymətli kağızlarla əməliyyatlardan milyonlarla dollar gəlir əldə edib.
 

Araşdırmada həmçinin bildirilir ki, Yanukoviçi 2014-cü ildə Ukraynadan qaçaraq Rusiyaya sığınan Ukrayna Dövlət Mühafizə İdarəsinin (UDO) keçmiş 15 əməkdaşı qoruyur. Onların hazırda Rusiya Federal Mühafizə Xidmətində (FSO) rəsmi işlədiyi qeyd edilir.


Sabiq prezidentin həyat yoldaşı Lyudmila Yanukoviçin hazırkı taleyi isə naməlum olaraq qalır. Jurnalistlərin məlumatına görə, ona məxsus telefon nömrəsi hazırda vəfat etmiş şəxsin adına qeydiyyatdadır. Bununla belə, onun ölümü ilə bağlı rəsmi təsdiq yoxdur.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

End of content

No more pages to load

RADİO