Abşeron rayonunun Məmmədli kəndində məişət tullantılarının yol kənarında qalaqlanması sakinlərin narazılığına səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə şikayət oxu.az-ın qaynar xəttinə daxil olub.
Qeyd olunub ki, əvvəllər ərazidə üç zibil konteyneri olsa da, bilinməyən səbəbdən onları götürüblər.
"Zibil qabları olmadığı üçün camaat tullantıları yol kənarına atır. Nəticədə antisanitar vəziyyət yaranır və kəskin qoxu səbəbindən ərazidən keçmək mümkün olmur", - deyə şikayətdə bildirilir.

Bizim.Media