Polşada ukraynalı qadın və onun sevgilisi yerli mağazalardan birinin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıblar.
Bizim.Media xəbər verir ki, məlumata görə, insidentə səbəb onların ukrayna aksenti ilə danışması olub.
Hücum nəticəsində qadın ağır xəsarətlər alıb. Onun boyun nahiyəsinə tikiş qoyulub. Həkimlər hər iki zərərçəkəndə beyin silkələnməsi ehtimalının olduğunu bildirirlər.
Qeyd olunur ki, son dövrlər Polşada ukraynalılara qarşı hücumların sayının artdığı bildirilir.

Bizim.Media