Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə iyunun 4-də yeni sərəncam imzalayıb.
Moderator.az xəbər verir ki, sərəncama
əsasən Ümid Partiyası İcra Aparatının rəhbəri Nəsimi Məmmədli, sədrin Siyasi məsələlər
üzrə müavini Qasım Həsənov, Təşkilati məsələlər üzrə müavini Rəfail Tağızadə, İqtisadi məsələlər üzrə müavini
Razi Abasbəyli, Xaricdə yaşaya Həmvətənlər və Diaspora ilə iş üzrə müavini Rüfət Muradlı, Humanitar məsələlər üzrə müavini Səməd Hətəmov və sədrin Ailə Qadın və Uşaq məsələləri üzrə müavini
Könül Quliyeva tutduqları vəzifədən azad ediliblər.
Yaxın
zamanlarda yeni sədr müavinləri təyin
olunacaq və ictimaiyyətə açıqlama veriləcək