Rəsmi Bakı İsrailin Türkiyəyə qarşı siyasi hücumunu əngəllədi — TƏHLİL

Xəbər verdiyimiz kimi, İsrail qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı rəsmi prosedurları dayandırıb. Rəsmi Təl-Əviv-Ankara münasibətlərinin gərginliyini və qondarma “erməni soyqırımı”nın Türkiyəyə qarşı əsas hücum istiqamətlərindən biri olduğunu nəzərə alanda, İsrail hökumətinin bu qərarı gözlənilməz hesab oluna bilər.

O zaman sual yaranır: İsrail niyə Türkiyəyə qarşı “soyqırımı” kartından imtina etdi?

Hadisələrin inkişafı və yayılan məlumatlar İsrailin geri çəkilməsinin əsas səbəbinin Azərbaycan olduğunu təsdiq edir. Əslində İsrail hökumətinin tanınma qərarına rəsmi Bakının dərhal reaksiya verməsi fonunda aydın idi ki, Azərbaycan məsələni nəzarətə götürüb və böhranlı vəziyyətin yaranmaması naminə əlindən gələni edəcək.

 

İsrail Xarici İşlər Nazirliyi qondarma “soyqırımı”nın tanınması ilə bağlı müzakirələrə hələ iyun ayında başlamışdı və məsələnin tam rəsmiləşməsi üçün bir neçə prosedurun icra edilməsi, xüsusilə parlamentdə təsdiqlənməsi lazım idi. Qondarma “erməni soyqırımı”nın tanınması Türkiyəyə qarşı hər hansı hüquqi məsuliyyət yaratmasa belə, bunun Ankara-Təl-Əviv xəttində münasibətləri geridönməz istiqamətə sürükləyəcəyi bəlli idi.


Xüsusilə gərginliyin pik həddə olduğu dövrdə qondarma “soyqırımı” məsələsi “körpülərin yandırılması” ola bilərdi. Bu böhran Azərbaycanın maraqlarına uyğun deyil, çünki bir tərəfdə qardaş, digər tərəfdə dost ölkə var və tərəflər arasında qarşıdurma Azərbaycanda ciddi narahatlıq yaradır.

Rəsmi Bakı daha öncə də Türkiyə və İsrail arasında təmasların yaradılması və münasibətlərin bərpası istiqamətində vasitəçilik edib, müsbət nəticələr də əldə olunub. Qondarma “erməni soyqırımı” məsələsinin tanınması isə həm Türkiyə-İsrail münasibətlərinin perspektivini, həm də Azərbaycanın strateji maraqlarını sual altına salırdı.

Burada ən önəmli məsələlərdən biri də İsrailin bu addımı ilə bağlı Azərbaycanı məlumatlandırmamasıdır. Yayılan məlumatlarda bu detal təsdiqlənir. Bakıya məlumat vermədən Təl-Əvivin irəli sürdüyü təşəbbüs Azərbaycan-İsrail strateji tərəfdaşlığını uyğun deyildi.

Məlumatlara görə, Azərbaycan təşəbbüsün qarşısının alınması məqsədilə iki istiqamətdə hərəkət edib.

Birincisi, rəsmi şəkildə etirazını bildirdi.

Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 29-da İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərardan narahatlığını bəyan etdi və qərarın yenidən nəzərdən keçirilməsi çağırışını etdi.
 

“1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir. Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur. İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq”, - XİN-in bəyanatında bildirilirdi.


İkincisi, məsələ ilə bağlı narahatlıq və tanınma qərarının yaradacağı risklər haqqında arqumentlər diplomatik kanallarla İsrailə çatdırılıb. Rəsmi Bakı qondarma “soyqırımı”nın tanınmasının təkcə İsrail-Türkiyə münasibətlərinə yox, Azərbaycan-İsrail münasibətlərinə də mənfi təsir göstərəcəyini izah edib.

Azərbaycanın arqumentləri İsraildə ideoloji baxışlarından asılı olmayaraq, bütün siyasi spektrdə - dövlət qurumlarında, ekspert cameəsində və müxtəlif siyasi düşərgələrdə dəstəkləndi. Bu amil tanınma qərarının dayandırılmasında rol oynayan əsas amillərdən biridir. Rəsmi Bakının diplomatik səyləri nəticəsində həm İsrail hökuməti, həm də parlament səviyyələrində tanınma qərarının müzakirəsi dayandırıldı və proses donduruldu. Bu nəticə həm Türkiyə-İsrail, həm də Azərbaycan-İsrail münasibətlərində mənfi perspektivlərin qarşısının alınması baxımından mühüm hadisədir.

Rəsmi Bakının diplomatik səyləri ilə əldə olunan bu nəticə bir neçə kontekstdə də xüsusi diqqət çəkir.

Azərbaycan bütün strateji tərəfdaşlarla konstruktiv dialoq apararaq, milli maraqlarını müdafiə edə bildi, çünki qondarma “erməni soyqırımı”nın İsrail tərəfindən tanınması təkcə ölkələrarası münasibətləri zədələməyəcəkdi, eyni zamanda, Cənubi Qafqazda Bakının yaratdığı reallıqlara risklər yarada bilərdi. Bu, Azərbaycana qarşı “İsrailpərəst” ittihamlarına da tutarlı cavabdır.

Rəsmi Bakı bir daha təsdiq etdi ki, İsraillə strateji tərəfdaşlığı olsa da, Türkiyənin milli maraqlarına qarşı olan məsələlərdə qardaşlıq mövqeyini davam etdirir, eyni zamanda, iki müttəfiqi arasında böhranların yaranmasının qarşısını almaq iqtidarındadır. Bu nəticə Azərbaycanın regionda sabitləşdirici güc olduğunu da bir daha təsdiq etdi.

Vasif Həsənli

“Demokrat.az” xəbər portalının direktoru, "Ekoloji Dayanıqlılıq və Təbiətin Qorunması" İctimai Birliyinin sədri

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Sabah rayonlara yağış yağacaq

Sabah rayonlara yağış yağacaq

"Sabah"ın "Barselona" ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın "Barselona" ilə keçirəcəyi ev oyununun biletləri satışa çıxarıldı

Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - Qiymət

Sabiq komitə sədrinin hoteli satışa çıxarıldı - Qiymət

DİQQƏT! Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏK

DİQQƏT! Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏK

SON DƏQİQƏ! Azərbaycanda daha bir zəlzələ baş verdi - FOTO

SON DƏQİQƏ! Azərbaycanda daha bir zəlzələ baş verdi - FOTO

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO

Aygün Kazımova Leyla Əliyevanın sözlərinə mahnı oxudu – VİDEO

Küləkli hava neçə gün davam edəcək?

Küləkli hava neçə gün davam edəcək?

Azərbaycandan Ukraynaya dəstək: Səfirliyə zəruri avadanlıqlar verildi – FOTO

Azərbaycandan Ukraynaya dəstək: Səfirliyə zəruri avadanlıqlar verildi – FOTO

"İşə getməsəm də, adıma əməkhaqqı yazılıb" - Nazirliyin həbsdə olan idarə rəisinin məhkəməsi

"İşə getməsəm də, adıma əməkhaqqı yazılıb" - Nazirliyin həbsdə olan idarə rəisinin məhkəməsi

Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank-dan “Yığ və qazan” lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Alyona Əliyeva konsertdə - FOTO

Alyona Əliyeva konsertdə - FOTO

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Motosiklet şousu faciə ilə bitəcəkdi: Son anda ölümdən döndü – FOTO/VİDEO

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Mədəniyyət Nazirliyinin kitab mükafatı bu il elan olunmayacaq

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Məktəb direktorunun avtomobilini yandıran daha bir nəfər həbs edildi – VİDEO

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

Səhiyyə naziri təyin olunan Anar Bayramov kimdir? – DOSYE

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

TƏCİLİ! Xəzər dənizində ZƏLZƏLƏ oldu

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

Bakı metrosuna yeni şöbə rəisi təyin edildi - FOTO

SON DƏQİQƏ: Xaçmazda 4.6 bal gücündə zəlzələ oldu - ÖZƏL

SON DƏQİQƏ: Xaçmazda 4.6 bal gücündə zəlzələ oldu - ÖZƏL

"ABŞ tamamilə Rusiyanın tərəfinə keçib" - "Aydar" batalyonunun keçmiş komandiri

"ABŞ tamamilə Rusiyanın tərəfinə keçib" - "Aydar" batalyonunun keçmiş komandiri

Teymur Musayev Baş nazirin müavini TƏYİN OLUNDU

Teymur Musayev Baş nazirin müavini TƏYİN OLUNDU

Anar Bayramov səhiyyə naziri TƏYİN EDİLDİ

Anar Bayramov səhiyyə naziri TƏYİN EDİLDİ

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – FƏRMAN

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – FƏRMAN

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə

Ukrayna ordusu ötən gecə Rusiyanın bir dənə də olsun ballistik raketini vurmayıb

Ukrayna ordusu ötən gecə Rusiyanın bir dənə də olsun ballistik raketini vurmayıb

End of content

No more pages to load

RADİO