Ukrayna Rusiya ilə ən pis ssenarilərə hazırdır – Politoloq Nikolay Zamikuladan ÖZƏL

“Donbasda hərbi situasiyanın eskalasiya təhlükəsi, həmçinin aqressiyasının genişlənməsi aktual olaraq qalmaqdadır. Belə ki, Kreml Kiyevi öz təsir zonasına buraxmamaqla Ukraynanın müstəqil dövlət kimi inkişafını əngəlləyir. Bu hədəfə çatmaq üçün isə hərb alətlərinə də müraciət edə bilər”.

Bu sözləri özəl olaraq Bizim.Media üçün Ukraynanın Milli Strateji Araşdırmalar İnstitunun böyük elmi işçisi Nikolay Zamikula yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Avropanın üç bölgəsində müharibə başlaya bilər – MƏTBUATIN araşdırması


Ukraynalı ekspert şərhinin davamında qeyd edib ki, Rusiya ordusunun Ukrayna sərhədində gücləndirilməsi hərbi əməliyyata hazırlığı isbatlayır:

“Ukraynanın siyasi və hərbi inkişaf tendensiyalarını analiz edən Kremldə hazırkı vəziyyətə “fürsətlər pəncərəsi” kimi də baxa bilərlər. İndi açıq aqressiya daha az itkilərlə daha çox uğur gətirər. Amma gələcək situasiya Rusiya üçün elə də əlverişli olmayacaq”.

Bəs Rusiya əvvəldən nəyə ümid edirdi?

“Siyasi anlamda Rusiya ona ümid edirdi ki, yetərincə təcrübəsi olmayan Ukrayna prezidenti Zelenskini kapitulyasiya və Rusiyanın şərtlərini qəbul etməyə vadar edə biləcək. Amma ümidləri puç oldu. Zelenski kompromisslərə hazır olduğunu nümayiş etdirsə də, Ukraynanın maraqlarına toxunan “qırmızı xətlər”in heç birini keçmədi. Müxtəlif qiymətləndirmələrə baxmayaraq, Ukraynanın daxilində də Kremlin ümid edəcəyi hər hansısa neqativ trend müşahidə olunmur. Onlar düşünürdülər ki, təcrübəsiz siyasətçi Ukraynanı uçuruma aparacaq. Amma Zelenskinin seçilməsi ilə Ukraynanın Rusiya aqressiyasına qarşı siyasətində məntiqlə heç nə dəyişməyib. Yəni, əlavə təzyiqlər olmadan Ukraynanın kapitulyasiyaya razılaşacağını gözləməyin perspektivi yoxdur”.

Ukraynadakı gələcək seçkilərdə Rusiyanın namizədi seçilə bilərmi?

“Gələcək seçkilərə elə də çox qalmayıb. Həmin səsvermələrdə Rusiyaya sərf etməyən Zeklenski ya yenidən seçiləcək, ya da prezidentlik postu digər avropameyilli siyasətçiyə keçəcək. O isə daha effektiv ola bilər. Qarşıdakı seçkilərdə də ruspərəst gücləri uğur gözləmir. Kreml üçün də aydındır ki, siyasi metodlarla Ukrayna üzərində nəzarətini bərpa edə bilməyəcək. Rusiyameyilli güclər elektoratın maksimum 15-17 faiz dəstəyini ala biləcəklər. Ukraynada nəsil dəyişir və SSRİ-yə nostalji yanaşanlar, ruslarla ümumi maraqlar ideologiyasının daşıyıcıları azalır. Gənc nəsil isə Rusiya-Ukrayna münaqişəsinin (demək olar ki, 8 ildir) yaratdığı şərtlərlə böyüyür. Nə qədər çox vaxt keçirsə Rusiya ukraynalılarla “ağıl uğrunda döyüşü” uduzur”.  
 

Nikolay Zamikula II Qarabağ savaşını örnək gətirərək PUA, Türkiyənin “Bayraktar”larına da diqqəti çəkib. Ukraynanın müdafiə potensialı bu baxımdan da gücləndirilir.


Kreml də bunu diqqətdə saxlayır və məsələnin güc yolu ilə həllinə tələsir. Lakin Rusiya ilk dəfə deyil ki, Ukrayna ilə sərhədə qoşun yığır:

“Oxşar situasiya bu ilin yazında da qeydə alınıb. Bu addımlar Ukrayna və onun qərb tərəfdaşlarına təzyiq metodu da ola bilər. Rusiya dərk edərək vəziyyəti gərginləşdirə bilər ki, eskalasiyanın mümkünlüyünü göstərsin”. 

Ukraynalı politoloqun fikrincə, Kreml bununla Ukryananın NATO-ya üzvlüyünə mane olmaq niyyətindədir. Putinlə Baydenin Cenevrə görüşündən bəhs edən Nikolay Zamikula yeni görüşün planlaşdırıldığını da açıqlayıb. Sərhədə toplanan rus qoşunları isə danışıqlarda Moskvaya qismən üstünlük qazandıra bilər.

Amma yəqin ki, işlər genişmiqyaslı hərbi müdaxilə səviyyəsinə çatmayacaq:

“Rasional bucaqdan bu, əsaslandırılmış addımdır. Çünki səbəbsiz aqressiya beynəlxalq normaların pozulmasıdır və dünya miqyasında Rusiyanın imicinə zərbədir. Amma Rusiyanın rasional dəyərləndirməyə sahib olması da şübhəlidir. Ona görə də, sərhəddəki gərginliyin fonunda Ukrayna ən pis ssenarilərə hazırlaşmaqla məşğuldur”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstanbula yeni baş konsul təyin edilən Zamin Əliyev kimdir? – DOSYE

İstanbula yeni baş konsul təyin edilən Zamin Əliyev kimdir? – DOSYE

Bakıda güclü külək nə vaxtadək davam edəcək? - RƏSMİ

Bakıda güclü külək nə vaxtadək davam edəcək? - RƏSMİ

Əcnəbilərin Azərbaycanda qalma müddəti ilə bağlı YENİ QAYDA

Əcnəbilərin Azərbaycanda qalma müddəti ilə bağlı YENİ QAYDA

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda KEÇİRİLƏCƏK

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda KEÇİRİLƏCƏK

Ədliyyə orqanlarına qəbul qaydaları dəyişdi - SƏRƏNCAM

Ədliyyə orqanlarına qəbul qaydaları dəyişdi - SƏRƏNCAM

Zamin Əliyev İstanbula yeni baş konsul TƏYİN EDİLDİ

Zamin Əliyev İstanbula yeni baş konsul TƏYİN EDİLDİ

Nərminə Mustafayeva Azərbaycanın İstanbuldakı konsulu vəzifəsindən geri ÇAĞIRILDI

Nərminə Mustafayeva Azərbaycanın İstanbuldakı konsulu vəzifəsindən geri ÇAĞIRILDI

Azərbaycanın Qarsdakı baş konsulu dəyişdi –YENİ TƏYİNAT

Azərbaycanın Qarsdakı baş konsulu dəyişdi –YENİ TƏYİNAT

Məmmədlidə antisanitar vəziyyət: Zibil niyə küçədə yığılıb qalıb? - FOTO

Məmmədlidə antisanitar vəziyyət: Zibil niyə küçədə yığılıb qalıb? - FOTO

Volodin Dövlət Dumasında çıxışını üç sözlə bitirdi: "Rusiya, Putin, qələbə" - VİDEO

Volodin Dövlət Dumasında çıxışını üç sözlə bitirdi: "Rusiya, Putin, qələbə" - VİDEO

İsmayıl Bəqai Zelenskini anarxistlərlə müqayisə etdi – VİDEO

İsmayıl Bəqai Zelenskini anarxistlərlə müqayisə etdi – VİDEO

Türkmənistan XİN: Xəzər dənizi sülh və mehriban qonşuluq məkanıdır

Türkmənistan XİN: Xəzər dənizi sülh və mehriban qonşuluq məkanıdır

Məcburi köçkünlərə ŞAD XƏBƏR - Artıq mənzillər çıxarışla veriləcək

Məcburi köçkünlərə ŞAD XƏBƏR - Artıq mənzillər çıxarışla veriləcək

Gürcüstanda azərbaycanlı gənc başından güllələndi

Gürcüstanda azərbaycanlı gənc başından güllələndi

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 3 metrə yaxınlaşıb

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 3 metrə yaxınlaşıb

Yanukoviç Rusiyada başqa soyadla yaşayır – Oğlu, nəvəsi və ailəsinin gizli həyatı üzə çıxdı – FOTO

Yanukoviç Rusiyada başqa soyadla yaşayır – Oğlu, nəvəsi və ailəsinin gizli həyatı üzə çıxdı – FOTO

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Xaçmaz rayonunda 3 gündür ki, işıq yoxdur

Xaçmaz rayonunda 3 gündür ki, işıq yoxdur

Çimərliyə gedənlərə ÇAĞIRIŞ: Dənizdə dalğa artacaq

Çimərliyə gedənlərə ÇAĞIRIŞ: Dənizdə dalğa artacaq

Mahsun Kırmızıgül, Gülben Ergen və Elçin Sangu da istintaqa çağırıldı

Mahsun Kırmızıgül, Gülben Ergen və Elçin Sangu da istintaqa çağırıldı

Polşada ukraynalı qadını və sevgilisini amansızcasına döydülər – FOTO/VİDEO

Polşada ukraynalı qadını və sevgilisini amansızcasına döydülər – FOTO/VİDEO

Cənubi Koreyanın sabiq prezidenti daha bir iş üzrə həbs cəzası aldı

Cənubi Koreyanın sabiq prezidenti daha bir iş üzrə həbs cəzası aldı

Sabahın HAVASI: Külək, 41 dərəcə isti...

Sabahın HAVASI: Külək, 41 dərəcə isti...

İctimai birliyin layihəsi başa çatdı

İctimai birliyin layihəsi başa çatdı

End of content

No more pages to load

RADİO