“Paris erməni separatçılara görə cavab verməlidir” – Deputatdan Fransaya SƏRT İTTİHAM 

“Bu günlərdə Azərbaycanın ərazisində yaşayan erməni icma nümayəndələrinin Fransaya səfər etməsi və onların Fransa senatı və yerli icra hakimiyyəti strukturlarının rəhbərləri tərəfindən dövlət nümayəndələri kimi qarşılnması beynəlxalq hüquqa, Fransanın yerli qanunvericiliyinin tələblərinə və siyasi-diplomatik etikaya ziddir”.

Bunu millət vəkili Hikmət Babaoğlu Bizim.Media üçün ünvanladığı özəl şərhdə qeyd edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Yarım milyon azərbaycanlı familyasını dəyişir – Hikmət Babaoğlundan açıq DƏSTƏK 


Belə ki, noyabrın 15-19 tarixlərində Fransada olan iki nəfər özlərini qondarma “Dağlıq Qarabağ hökuməti”nin üzvü və parlament sədri kimi təqdim edərək müxtəlif görüşlər keçiriblər:

“Bunlar Ayk Xanumyan və Artur Tovmasyandır. Əslində məsələ kimin özünü harada necə təqdim etməsi deyil, Fransa rəsmilərinin onları necə qəbul etməsidir. Fransada  isə bu qəbulu rəsmi status səviyyəsində edərək bir daha qanun və hüquq pozuntusuna yol veriblər. Təəssüf ki, bu birinci belə hal deyil. Bənzər hadisələr təkrar baş verir və Azərbaycanın rəsmi qrumlarının bu qanun pozuntusuna görə müraciətlərinə isə Fransa standart növbətçi diplomatik açıqlama ilə cavab verərək belə görüşlərin fərdi müstəvidə qiymətləndirilməsinin lazım olduğunu bildirir.

Əlbəttə bu qane edici izah ola bilməz: 

1. Hələ 44 günlük Vətən müharibəsi zamanı Fransa işğalçı Ermənistana dəstək verməklə hər şeydən öncə ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəfsizliyini itirib. 

2. Sonra isə beynəlxalq hüquqa zidd bəyənatları ilə özünün nüfuzuna xələl gətirən mövqe nümayiş etdirib. Ancaq buna baxmayaraq heç bir şey əldə edə bilməmiş, elə öz olkəsinin rasional düşünməyi bacaran siyasətçiləri tərəfindən tənqidə məruz qalıb. 

Belə davranışlar nəticə etibarilə Azərbaycan – Fransa münasibətələrinə soyuqluq gətirmişdi. Ötən bir il ərzində Fransa öz xətalarını düzəltmək üçün bəzi cəhdlər göstərsə də, nə beynəlxalq ictimai rəydə, nə də Azərbaycanla münasibətlərdə ciddi bir məsafə qət edə bilmədi.

Çünki səylərində ardıcıl və səmimi olmadı. 

• Bir tərəfdən UNECKO çərçivəsində Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin görüşünü təşkil edərək sərhədlərin delimitasiya və demarkasiyasınının vacibliyini önə sürdü, minalanmış ərazilərimizin minalardan təmizlənməsi üçün əməkdaşlıq arzusunu ifadə etdi, digər təfədən isə yenə də ənənəsinə sadiq qalaraq seperatizmə dəstək nümayiş etdirən addımlar atdı. 

• Əlbəttə Fransa Xarici İşlər Nazirliyinin icazəsi olmadan heç bir rəsmi qurum, o cümlədən Fransa senatının üzvü Bruno Retay özünü nazir kimi təqdim edən Ayk Xanumyanı qəbul edə bilməz. 

⦁    Fransa senatının üzvü Retay hələ 2020-ci ildə qondarma rejimin tanınması ilə bağlı Fransa senatına qanun layihəsi təqdim edib. İndi isə öz rəsmi tvitter səhifəsində bu qeyri-qanuni görüşü paylaşmaqla informasiya manipulyasiya edir. Bütün bunlar isə  Azərbaycanın diqqətindən yayınmır. 

⦁    Hələ bir neçə il öncə Qarabağda yaradılmış qeyri-qanuni inzibati ərazi vahidləri ilə qardaşlaşma haqqında anlaşma imzalayan Fransanın bəzi bələdiyyələrinin qərarları elə Fransa məhkəmləri tərəfindən ləv edilmiş, bunların Fransa qanunlarına və beynəlxalq hüquqa zidd olduğu əsas götürülmüşdü”. 

Deputatın sözlərinə görə, bütün bunlara baxmayaraq Fransa hansısa yollarla separatçılara dəstək nümayiş etdirir.

Bu isə sonrakı proseslərdə Fransanın regionun ən güclü ölkəsi olan Azərbaycanla münasibətlərində əməkdaşlıq imkanlarını məhdudlaşdıra, onu Cənubi Qafqazda yaranmış yeni əməkdaşlıq perespektilərindən kənarda qoya bilər:

“Ona görə də Fransanın ikili mövqeyi qınanmalı, bu cür mövqenin heç kəsin lehinə olmadığı Fransanın nəzərinə çatdırılmalıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İstanbula yeni baş konsul təyin edilən Zamin Əliyev kimdir? – DOSYE

İstanbula yeni baş konsul təyin edilən Zamin Əliyev kimdir? – DOSYE

Bakıda güclü külək nə vaxtadək davam edəcək? - RƏSMİ

Bakıda güclü külək nə vaxtadək davam edəcək? - RƏSMİ

Əcnəbilərin Azərbaycanda qalma müddəti ilə bağlı YENİ QAYDA

Əcnəbilərin Azərbaycanda qalma müddəti ilə bağlı YENİ QAYDA

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda KEÇİRİLƏCƏK

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda KEÇİRİLƏCƏK

Ədliyyə orqanlarına qəbul qaydaları dəyişdi - SƏRƏNCAM

Ədliyyə orqanlarına qəbul qaydaları dəyişdi - SƏRƏNCAM

Zamin Əliyev İstanbula yeni baş konsul TƏYİN EDİLDİ

Zamin Əliyev İstanbula yeni baş konsul TƏYİN EDİLDİ

Nərminə Mustafayeva Azərbaycanın İstanbuldakı konsulu vəzifəsindən geri ÇAĞIRILDI

Nərminə Mustafayeva Azərbaycanın İstanbuldakı konsulu vəzifəsindən geri ÇAĞIRILDI

Azərbaycanın Qarsdakı baş konsulu dəyişdi –YENİ TƏYİNAT

Azərbaycanın Qarsdakı baş konsulu dəyişdi –YENİ TƏYİNAT

Məmmədlidə antisanitar vəziyyət: Zibil niyə küçədə yığılıb qalıb? - FOTO

Məmmədlidə antisanitar vəziyyət: Zibil niyə küçədə yığılıb qalıb? - FOTO

Volodin Dövlət Dumasında çıxışını üç sözlə bitirdi: "Rusiya, Putin, qələbə" - VİDEO

Volodin Dövlət Dumasında çıxışını üç sözlə bitirdi: "Rusiya, Putin, qələbə" - VİDEO

İsmayıl Bəqai Zelenskini anarxistlərlə müqayisə etdi – VİDEO

İsmayıl Bəqai Zelenskini anarxistlərlə müqayisə etdi – VİDEO

Türkmənistan XİN: Xəzər dənizi sülh və mehriban qonşuluq məkanıdır

Türkmənistan XİN: Xəzər dənizi sülh və mehriban qonşuluq məkanıdır

Məcburi köçkünlərə ŞAD XƏBƏR - Artıq mənzillər çıxarışla veriləcək

Məcburi köçkünlərə ŞAD XƏBƏR - Artıq mənzillər çıxarışla veriləcək

Gürcüstanda azərbaycanlı gənc başından güllələndi

Gürcüstanda azərbaycanlı gənc başından güllələndi

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 3 metrə yaxınlaşıb

FAKTİKİ HAVA: Dənizdə dalğanın hündürlüyü 3 metrə yaxınlaşıb

Yanukoviç Rusiyada başqa soyadla yaşayır – Oğlu, nəvəsi və ailəsinin gizli həyatı üzə çıxdı – FOTO

Yanukoviç Rusiyada başqa soyadla yaşayır – Oğlu, nəvəsi və ailəsinin gizli həyatı üzə çıxdı – FOTO

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Xaçmaz rayonunda 3 gündür ki, işıq yoxdur

Xaçmaz rayonunda 3 gündür ki, işıq yoxdur

Çimərliyə gedənlərə ÇAĞIRIŞ: Dənizdə dalğa artacaq

Çimərliyə gedənlərə ÇAĞIRIŞ: Dənizdə dalğa artacaq

Mahsun Kırmızıgül, Gülben Ergen və Elçin Sangu da istintaqa çağırıldı

Mahsun Kırmızıgül, Gülben Ergen və Elçin Sangu da istintaqa çağırıldı

Polşada ukraynalı qadını və sevgilisini amansızcasına döydülər – FOTO/VİDEO

Polşada ukraynalı qadını və sevgilisini amansızcasına döydülər – FOTO/VİDEO

Cənubi Koreyanın sabiq prezidenti daha bir iş üzrə həbs cəzası aldı

Cənubi Koreyanın sabiq prezidenti daha bir iş üzrə həbs cəzası aldı

Sabahın HAVASI: Külək, 41 dərəcə isti...

Sabahın HAVASI: Külək, 41 dərəcə isti...

İctimai birliyin layihəsi başa çatdı

İctimai birliyin layihəsi başa çatdı

End of content

No more pages to load

RADİO