Peskovun “Altay” mesajı – Türk Birliyi Rusiyanın yeganə qurtuluş yoludur?

Kremlin sözçüsü Dimitri Peskovun noyabrın 20-də “Rossiya 1” televiziyasına verdiyi açıqlamasında türk xalqlarının xəritəsi ilə bağlı səsləndirdiyi fikirlər maraqla qarşılanıb.

Belə ki, Moskva rəsmisinin “Türklərin tarixi mərkəzi Altaydır və indiki Rusiya ərazisində yerləşir”, fikirləri tarixçilər və siyasətçilər tərəfindən müxtəlif formalarda şərh olunub.

Türklərin tarixi kökləri Altay dağlarındanmı gəlir?

Tarixçilərin türklərin kökləri və tarix səhnəsinə ilk dəfə hansı ərazidən çıxması ilə müxtəlif fərziyələri mövcuddur. Doğrurdur, türkoloq olan Peskovun da dediyi kimi, türk xalqlarının tarixi vətəninin Orta Asiya və Sibir olması iddiaları bir sıra tarixçilər tərəfindən qəbul olunur. Lakin məsələyə fərqli yanaşan elm adamlarının sayı da az deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Peskov Ərdoğana təqdim edilən türk dünyası xəritəsindən danışdı: “Təəssüf edirəm ki...” - VİDEO


Belə ki, bir sıra tarixçilər türklərin kökünün Orta Asiyaya bağlanmasının siyasi maraqlar səbəbindən ortaya atılmış iddia olduğunu düşünürlər. Buna səbəb kimi isə, Mesopotamiyadan və Cənubi Qafqazdan türk izlərinin silinməsinə çalışılması göstərilir. Çünki hələ eradan 3 min əvvəl Mesopotamiyada şəhər dövlətləri yaratmış şumerlərin türk kökənli olması əsaslı sübutlarla dəstəklənmiş faktdır.

Bundan əlavə, eradan 2 min əvvəl də, Qara dənizin şimal və şimal-şərq hissəsində türk xalqı olan iskitlərin yaşadığı və öz dövlət qurumlarını yaratdıqları məlumdur.

Eyni zamanda türklərin Cənubi Qafqazda mövcudluğunun ən azı 7-11 min il yaşı var. Bunu bir arxeoloji tapıntılar zamanı türk toplumuna məxsus mədəni izlər, madiləşmiş türkçülük fəlsəvi abidələri də sübut edib. Məsələn, Şəki ərazisində bir neçə yerdə mərhum arxeoloq Nəsib Muxtaov tərəfindən akarlanmış eramızdan əvvəllərə gedib çıxan keramik nümunələr, qəbr abidələri, onların Ağ işıq yolu (İpək yolu, Kəhkəşan) altında şahmatı düzülüşü və qəbrlərdə dəfn olunanların özlərinə məxsus əşyaları ilə buta şəklində dəfn mədəniyyəti ərazilərin sahiblərinin qədim türk tayfaları olduğunu deməyə əsas verir.  

Türklərlə ruslar arasındakı tarixi bağlar da yox deyil. Bir sıra tarixçilər rusların tarix səhnəsinə ilk dəfə çıxmasını məhz türk xalqı olan avarların adı ilə bağlayırlar. Eyni zamanda rus tarixçilərin əsərlərində “Moskva çayından cənubda türk xalqlarının torpaqları başlayır” fikirlərinə rast gəlmək mümkündür. Ümumilikdə isə, tarixin müxtəlif dövrlərində yaranmış türk dövlətlərinin bir çoxu məhz indiki Rusiya ərazisində yerləşib.

Məsələnin siyasi aspektlərinə gəlincə...

Peskovun sözügedən açıqlamasını şərh edən ekspertlər Rusiya rəsmisinin bu fikirlərində önəmli siyasi mesajların olduğu qənaətindədirlər.

Əksər mütəxəssislərin mövzu ilə bağlı fikirləri isə ortaqdır; Moskva Türk Dövlətlər Birliyi ilə əməkdaşlıqda maraqlı olduğunun siqnallarını verir.

Rusiya əvvəlki adı ilə Türk Şurasına qoşulmaqda maraqlı olduğunu hələ bu ilin mayında Sergey Lavrov vasitəsilə bildirmişdi. İndiki situasiyada isə, Moskvanın Birliyə qoşulmaqda maraqlı olması üçün səbəbləri daha da artıb:

1. Beynəlxalq siyasətdə getdikcə təklənən Rusiya var. İlk növbədə Qərbdən gələn təzyiqlər, eyni zamanda Çinin Moskvaya qarşı aydın sezilən qeyri-səmimi mövqeyini nəzərə aldıqda, Rusiyanın Türk Birliyi fonunda güclü tərəfdaşlar qazanmaq niyyəti başadüşüləndir. 

2. Rusiyanın nüfuzunun güclü olduğu və keçmiş SSRİ-nin tərkibində olan türk dövlətlərinin Türkiyə ilə inteqrasiyası Moskvanın əlinin zəifləməsi deməkdir. Bu isə, həm təbii sərvətlərlə zəngin, həm də logistik cəhətdən mühüm ərazidə yerləşən ölkələr üzərində nüfuzunu itirmək Moskvanın daha da təklənməsinə səbəb ola bilər.

3. Rusiya gələcəkdə KTMT və AİB-ə alternativ ola biləcək yeni regional təşkilatdan kənarda qala bilər.

Sadalanan detalları nəzərə alsaq, Türk Birliyi ilə inteqrasiyanın Rusiya üçün zərurət olduğunu aydın şəkildə görə bilərik. Çünki çətin siyasi dövr yaşayan Kreml üçün TDB bir növ qurtuluş yolu ola bilər. Ümumiyyətlə bir çox dünyəvi ideoloq politoloqların fikrincə, bəşəriyyəti xilas etmək üçün birinci Rusiyanı və rus təfəkkürünü xilas etmək lazımdır. Məhz bundan sonra dünya yeni əminamanlıq erasına qədəm qoyacaq.

Bu səbəbdən də, Peskovun “Altay” mesajını Moskva-TDB münasibətlərinin gələcək seyrinin ilk fraqmenti kimi qiymətləndirmək olar.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da QALMAQAL: Evdən işləyənlərdən daha yüksək kirayə haqqı tələb edildi - FOTO

ABŞ-da QALMAQAL: Evdən işləyənlərdən daha yüksək kirayə haqqı tələb edildi - FOTO

Azərbaycan I yarımildə Rumıniyaya nə qədər neft ixrac edib?

Azərbaycan I yarımildə Rumıniyaya nə qədər neft ixrac edib?

Azərbaycanın Özbəkistandakı yeni səfiri etimadnaməsinin surətini təqdim etdi – FOTO

Azərbaycanın Özbəkistandakı yeni səfiri etimadnaməsinin surətini təqdim etdi – FOTO

İran İraqda kürd döyüşçülərinə ZƏRBƏ ENDİRDİ - VİDEO

İran İraqda kürd döyüşçülərinə ZƏRBƏ ENDİRDİ - VİDEO

3 yunan-Roma güləşçimiz Bakıdakı dünya çempionatının yarımfinalına yüksəldi

3 yunan-Roma güləşçimiz Bakıdakı dünya çempionatının yarımfinalına yüksəldi

Xaçmazda yeni körpü istifadəyə verildi – FOTO

Xaçmazda yeni körpü istifadəyə verildi – FOTO

Ukraynada Rusiyanın planlaşdırdığı kütləvi terrorun qarşısı alındı – VİDEO

Ukraynada Rusiyanın planlaşdırdığı kütləvi terrorun qarşısı alındı – VİDEO

İş axtaranlara ŞAD XƏBƏR – Türkiyədə rəsmi baxıcı işinə qəbul başladı

İş axtaranlara ŞAD XƏBƏR – Türkiyədə rəsmi baxıcı işinə qəbul başladı

Qayınatası Müctəba Xameneinin səhhəti ilə bağlı AÇIQLAMA VERDİ

Qayınatası Müctəba Xameneinin səhhəti ilə bağlı AÇIQLAMA VERDİ

Polşanın müdafiə naziri: Ukrayna bu bayraqla Avropa İttifaqına daxil ola bilməz

Polşanın müdafiə naziri: Ukrayna bu bayraqla Avropa İttifaqına daxil ola bilməz

Sem Altmandan süni intellektin əhəmiyyəti ilə bağlı AÇIQLAMA

Sem Altmandan süni intellektin əhəmiyyəti ilə bağlı AÇIQLAMA

iPhone 18 nə vaxt satışa çıxarılacaq? - “Apple” vaxtı DƏYİŞDİ

iPhone 18 nə vaxt satışa çıxarılacaq? - “Apple” vaxtı DƏYİŞDİ

Bakının illərdir işləməyən eskalatorları YENİLƏNƏCƏK – BU TARİXDƏ

Bakının illərdir işləməyən eskalatorları YENİLƏNƏCƏK – BU TARİXDƏ

Taksi sürücüsü qadın sərnişinə əxlaqsız təklif etdi - VİDEO

Taksi sürücüsü qadın sərnişinə əxlaqsız təklif etdi - VİDEO

Təcili yardımın qarşısı KƏSİLDİ – 6 aylıq hamilə qadın körpəsini İTİRDİ

Təcili yardımın qarşısı KƏSİLDİ – 6 aylıq hamilə qadın körpəsini İTİRDİ

Sumqayıtda avtobus sürücüsü ilə sərnişin arasında mübahisə - VİDEO

Sumqayıtda avtobus sürücüsü ilə sərnişin arasında mübahisə - VİDEO

“Dream Fest – 2026” beynəlxalq musiqi festivalı başa çatdı – FOTO

“Dream Fest – 2026” beynəlxalq musiqi festivalı başa çatdı – FOTO

İstanbula yeni baş konsul təyin edilən Zamin Əliyev kimdir? – DOSYE

İstanbula yeni baş konsul təyin edilən Zamin Əliyev kimdir? – DOSYE

Bakıda güclü külək nə vaxtadək davam edəcək? - RƏSMİ

Bakıda güclü külək nə vaxtadək davam edəcək? - RƏSMİ

Əcnəbilərin Azərbaycanda qalma müddəti ilə bağlı YENİ QAYDA

Əcnəbilərin Azərbaycanda qalma müddəti ilə bağlı YENİ QAYDA

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda KEÇİRİLƏCƏK

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda KEÇİRİLƏCƏK

Ədliyyə orqanlarına qəbul qaydaları dəyişdi - SƏRƏNCAM

Ədliyyə orqanlarına qəbul qaydaları dəyişdi - SƏRƏNCAM

Zamin Əliyev İstanbula yeni baş konsul TƏYİN EDİLDİ

Zamin Əliyev İstanbula yeni baş konsul TƏYİN EDİLDİ

Nərminə Mustafayeva Azərbaycanın İstanbuldakı konsulu vəzifəsindən geri ÇAĞIRILDI

Nərminə Mustafayeva Azərbaycanın İstanbuldakı konsulu vəzifəsindən geri ÇAĞIRILDI

End of content

No more pages to load

RADİO