Bakıda güləş üzrə U-17 dünya çempionatına start verilib.
Bizim.Media xəbər verir ki, ilk gündə Azərbaycanın 3 yunan-Roma güləşçisi yarımfinala vəsiqə qazanıb.
Ömər Salmanov (48 kiloqram), Orxan Həbibli (65 kiloqram) və İsfahan Həsənov (80 kiloqram) finala vəsiqə uğrunda güləşəcəklər. Onlar 1/4 finalda müvafiq olaraq, iranlı İsmaili Leivesi, özbəkistanlı Sardor Mahmudovu və türkiyəli Abdulhalik Balı məğlub ediblər.
Bu gün mübarizəyə qoşulan digər 2 güləşçimiz - Emin Baxşəliyev (110 kiloqram) təsnifatda, Qurban Məcnunov (55 kiloqram) isə 1/8 finalda uduzub.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil edilən yarışa avqustun 2-də yekun vurulacaq.
Bizim.Media