Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın tapşırığı ilə hərbçilərə qarşı terror aktı hazırlayan iki agenti saxlayıb.
Bizim.Media xəbər verir ki, istintaqın məlumatına görə, bir qız və bir oğlan Ukrayna hərbçilərini öldürmək tapşırığı alıblar.
Bunun üçün onlar Xarkov vilayətində şəhərdən kənarda ev kirayələyərək yerli Telegram kanallarında "tematik məclis" adı altında dəvətlər yayıblar. Plana əsasən, tədbir zamanı hərbçilərin içkilərinə zəhər qatılmalı idi. Dəvəti bir neçə fəaliyyətdə olan hərbçi qəbul edib.
Bununla yanaşı, agentlərə kuratorları tərəfindən təxminən 10 kiloqram partlayıcı maddə ilə əldəqayırma bomba hazırlamaq tapşırığı da verilib.
Şübhəlilərdən biri əldəqayırma partlayıcı qurğunu bel çantasında daşıyarkən saxlanılıb. Digər agent isə kirayələnmiş evdə bomba üçün komponentlərin hazırlanması ilə məşğul olarkən tutulub.
Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bizim.Media