İlham Əliyev Azərbaycan uşaqlarını təbrik etdi

Prezident İlham Əliyev Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, məktubu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva oxuyub.

Məktubda deyilir:

"Hörmətli Forum iştirakçıları!

Əziz uşaqlar!

Sizi – Uşaqların V Ümumrespublika Forumunun iştirakçılarını, eləcə də ölkəmizin bütün uşaqlarını səmimi qəlbdən salamlayır, Ümumdünya Uşaqlar Günü münasibətilə hər birinizi təbrik edir, hamınıza cansağlığı və xoşbəxtlik arzulayıram.

Uşaqlar cəmiyyətin sabahıdır. Övladlarımızın milli dəyərlərə sadiq və yüksək mənəviyyatlı şəxsiyyət olaraq formalaşmalarının ölkəmizin tərəqqisi baxımından müstəsna əhəmiyyəti vardır. Uşaq hüquqlarının qorunması ilə bağlı Azərbaycan dövlətinin ardıcıl həyata keçirdiyi sosialyönümlü siyasət də bu məqsədə xidmət edir. Ötən Forumunuzda səsləndirilmiş bir çox məsələlər uşaqlarımızın hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin olunmasına yönələn “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda dolğun əksini tapmışdır.

Siz uşaqlar xoşbəxtsiniz ki, yeni əsrə və yeni minilliyə müstəqil dövlət olaraq qədəm qoymuş ölkəmizdə dünyaya göz açmısınız. Siz fəxr etməlisiniz ki, qalib xalqımızın şərəfli və qürurverici tarixinin şahidlərisiniz.

Vətən Müharibəsində qazanılan zəfərlə Azərbaycan Ordusu yalnız tarixi ədaləti deyil, həm də, bir milyondan çox qaçqın və məcburi köçkün soydaşlarımızın 30 ildən artıq müddətdə pozulan hüquq və azadlıqlarını bərpa etdi, düşmən təxribatlarına qurban getmiş məsum övladlarımızın qisasını alaraq öz möhtəşəm gücünü və hərbi qüdrətini bütün dünyaya çatdırdı.

Bu gün Azərbaycan sürətli inkişaf yolundadır. Yurdumuzun ildən-ilə daha güclü, daha qüvvətli olması eyni zamanda sizin xoşbəxt və firavan yaşamağınızın rəhnidir. İndiki nəsil qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəkdir. Odur ki, üzərinizə düşən məsuliyyəti daha dərindən dərk edərək, daim əzmlə çalışmalı, Vətəni layiqincə təmsil etməlisiniz. İnanıram ki, siz mənən zəngin nəsil kimi azərbaycançılıq ruhunda böyüyərək boya-başa çatacaq, respublikamızın gələcək inkişafı və uğurlar qazanması naminə töhfələrinizi əsirgəməyəcəksiniz.

Əziz övladlar!

Bütün Azərbaycan uşaqlarını təmsil etməklə bu Forumda iştirakınız sizə göstərilən böyük etimadın təzahürüdür. Ümidvaram ki, Forum çərçivəsində aparacağınız müzakirələr ölkəmizdə uşaqlarla bağlı dövlət siyasətinin gerçəkləşdirilməsində yeni mərhələnin başlanğıcı olacaqdır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da QALMAQAL: Evdən işləyənlərdən daha yüksək kirayə haqqı tələb edildi - FOTO

ABŞ-da QALMAQAL: Evdən işləyənlərdən daha yüksək kirayə haqqı tələb edildi - FOTO

Azərbaycan I yarımildə Rumıniyaya nə qədər neft ixrac edib?

Azərbaycan I yarımildə Rumıniyaya nə qədər neft ixrac edib?

Azərbaycanın Özbəkistandakı yeni səfiri etimadnaməsinin surətini təqdim etdi – FOTO

Azərbaycanın Özbəkistandakı yeni səfiri etimadnaməsinin surətini təqdim etdi – FOTO

İran İraqda kürd döyüşçülərinə ZƏRBƏ ENDİRDİ - VİDEO

İran İraqda kürd döyüşçülərinə ZƏRBƏ ENDİRDİ - VİDEO

3 yunan-Roma güləşçimiz Bakıdakı dünya çempionatının yarımfinalına yüksəldi

3 yunan-Roma güləşçimiz Bakıdakı dünya çempionatının yarımfinalına yüksəldi

Xaçmazda yeni körpü istifadəyə verildi – FOTO

Xaçmazda yeni körpü istifadəyə verildi – FOTO

Ukraynada Rusiyanın planlaşdırdığı kütləvi terrorun qarşısı alındı – VİDEO

Ukraynada Rusiyanın planlaşdırdığı kütləvi terrorun qarşısı alındı – VİDEO

İş axtaranlara ŞAD XƏBƏR – Türkiyədə rəsmi baxıcı işinə qəbul başladı

İş axtaranlara ŞAD XƏBƏR – Türkiyədə rəsmi baxıcı işinə qəbul başladı

Qayınatası Müctəba Xameneinin səhhəti ilə bağlı AÇIQLAMA VERDİ

Qayınatası Müctəba Xameneinin səhhəti ilə bağlı AÇIQLAMA VERDİ

Polşanın müdafiə naziri: Ukrayna bu bayraqla Avropa İttifaqına daxil ola bilməz

Polşanın müdafiə naziri: Ukrayna bu bayraqla Avropa İttifaqına daxil ola bilməz

Sem Altmandan süni intellektin əhəmiyyəti ilə bağlı AÇIQLAMA

Sem Altmandan süni intellektin əhəmiyyəti ilə bağlı AÇIQLAMA

iPhone 18 nə vaxt satışa çıxarılacaq? - “Apple” vaxtı DƏYİŞDİ

iPhone 18 nə vaxt satışa çıxarılacaq? - “Apple” vaxtı DƏYİŞDİ

Bakının illərdir işləməyən eskalatorları YENİLƏNƏCƏK – BU TARİXDƏ

Bakının illərdir işləməyən eskalatorları YENİLƏNƏCƏK – BU TARİXDƏ

Taksi sürücüsü qadın sərnişinə əxlaqsız təklif etdi - VİDEO

Taksi sürücüsü qadın sərnişinə əxlaqsız təklif etdi - VİDEO

Təcili yardımın qarşısı KƏSİLDİ – 6 aylıq hamilə qadın körpəsini İTİRDİ

Təcili yardımın qarşısı KƏSİLDİ – 6 aylıq hamilə qadın körpəsini İTİRDİ

Sumqayıtda avtobus sürücüsü ilə sərnişin arasında mübahisə - VİDEO

Sumqayıtda avtobus sürücüsü ilə sərnişin arasında mübahisə - VİDEO

“Dream Fest – 2026” beynəlxalq musiqi festivalı başa çatdı – FOTO

“Dream Fest – 2026” beynəlxalq musiqi festivalı başa çatdı – FOTO

İstanbula yeni baş konsul təyin edilən Zamin Əliyev kimdir? – DOSYE

İstanbula yeni baş konsul təyin edilən Zamin Əliyev kimdir? – DOSYE

Bakıda güclü külək nə vaxtadək davam edəcək? - RƏSMİ

Bakıda güclü külək nə vaxtadək davam edəcək? - RƏSMİ

Əcnəbilərin Azərbaycanda qalma müddəti ilə bağlı YENİ QAYDA

Əcnəbilərin Azərbaycanda qalma müddəti ilə bağlı YENİ QAYDA

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda KEÇİRİLƏCƏK

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı Azərbaycanda KEÇİRİLƏCƏK

Ədliyyə orqanlarına qəbul qaydaları dəyişdi - SƏRƏNCAM

Ədliyyə orqanlarına qəbul qaydaları dəyişdi - SƏRƏNCAM

Zamin Əliyev İstanbula yeni baş konsul TƏYİN EDİLDİ

Zamin Əliyev İstanbula yeni baş konsul TƏYİN EDİLDİ

Nərminə Mustafayeva Azərbaycanın İstanbuldakı konsulu vəzifəsindən geri ÇAĞIRILDI

Nərminə Mustafayeva Azərbaycanın İstanbuldakı konsulu vəzifəsindən geri ÇAĞIRILDI

End of content

No more pages to load

RADİO