VoMA çağırışları ilə sərhəddə müharibəni yenidən alovlandırdı – Ermənilər TƏŞVİŞ İÇİNDƏ 

VoMA terror təşkilatı erməniləri savaşa, müharibəyə çağırmağa davam edir. Onlar bu yolla əhalidə revanşist hissləri aşılamaq istəyirlər. 

Son günlər Ermənistan Azərbaycan sərhədində baş verənlərin fonunda qrup günü-gündən aktivləşib. Bü günlərdə terror təşkilatının açıq - aşkar çağırış etdiyi sosial şəbəkə hesablarında analitik eyni zamanda da terrora səsləniş kimi xarakterizə olunan bir məqalə dərc olunub. Məqalədə Ermənilərin 1994- cü ildə Azərbaycanın torpaqlarını işğal etdikdən sonra özlərində rahatlıq, arxayınlıq yarandığı qeyd olunur. Yazıya görə, məhz ermənilər bu səbəbdən Azərbaycana məğlub olduqlarını bildirərək bir növ özlərinə təsəlli verirlər.

Azərbaycan milli amal tapdı...

“1994-cü ildə imzalanan atəşkəsdən  sonra Azərbaycan rəhbərliyinin gördüyü işləri kifayət qədər obyektiv və ətraflı təsvir edək. Doğrudan da, indi onlar yüksəlişdədirlər. Onlar 2020-ci il döyüşləri zamanı Rusiyada mümkün erməni təzyiqlərini dayandıra bildilər. Onlar milli amal tapıb birləşdilər. Yeri gəlmişkən, bu, Ermənistanın və ermənilərin məhvidir. Onlar yüksəlir və irəliləyirlər”.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan terrorçuları necə hazırlayır ? FAKTLAR


Ermənilər analizlərində məcbur qalaraq Azərbaycanın möhtəşəm qələbəsini qəbul etmək zorunda qaldıqlarını göstərirlər. 

Özləri haqqında isə....

“Və bizə nə oldu?” deyə müəllif öz-özlərinə sual edir.

“Biz ermənilər 1994 ildə qələbə qazandıqdan və müstəqillik əldə etdikdən sonra qərara gəldik ki, hər şey bitdi. İndi həyatdan zövq ala bilərik. İndi bizim prezidentimiz, parlamentimiz, ordumuz var. Qoy onlar  Ermənistanın, ermənilərin problemlərini həll etsinlər. Rusiyada və digər Avropa ölkələrində diaspor vahid güclü vahidə çevrilmədi, çünki güclü assimilyasiya və tapşırıq çatışmazlığı var, çünki "biz qalib gəldik". Bu da bizim sonumuzu yavaş-yavaş yaxınlaşdırdı”.

Yenə terror, yenə çağırış...

Yazının davamında isə VoMA yenə ənənəsinə sadiq qalaraq, növbəti terrora çağırışını edir. 

“Ermənistan rəhbərliyi çox vaxt kənardan kömək axtarır, xalqa arxalanmır və buna görə də uduzur. Xalq isə öz gələcəyinə biganədir və hərəkət etmir. İndi insanların müharibəyə hazırlıq prosesinə, şəxsi silahların alınmasına və möhkəmləndirilmiş ərazilərin tikintisinə daha çox cəlb edilməsinə ehtiyac var. Diasporda güclü birlik və təşkilatların qurulması.  Zənginlərin bunu etməsini gözləməyin, ilk olaraq, siz  başlayın və zəngin, güclüləri daha sonra işə cəlb edin. Millətin ordusuna və qalasına çevrilmək  konsepsiyası ölkədəki bütün dəyişikliklərin mühərriki ola biləcək unikal icma hissi verəcək. Silahlanın, qisas alın!”.
 

Artıq iki gündür ki, sərhəddə başlanan döyüşlər də məhz VoMA-nın son bir neçə həftədir ki, apardığı təbliğatın nəticəsidir deyə bilərik.


Bunu görməzdən gələn Ermənistan hakimiyyəti isə bu təşkilatın arxasında erməni lobbisinin və ideoloji bağımdan erməni kilsəsinin durduğunu yaxşı bilir. Erməni sosial mediasında isə bu çağırışlara qarşı rəylər birmənalı deyil.

Müharibədən bezmiş və qorxmuş sadə erməni xalqı VoMA-çıları və revanşist qüvvələri lənətləyərək bu çağırışlara son qoymağı tələb edirlər.

QEYD: Material Media Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 6 - cı Maliyyə yardımının göstərilməsi müddəasının  6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması - bəndinə uyğun olaraq hazırlanıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lerikdə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Lerikdə ƏMƏLİYYAT: Saxlanılan var – FOTO/VİDEO

Ahbap qalmaqalı böyüyür – Funda Ararın sözləri gündəm oldu

Ahbap qalmaqalı böyüyür – Funda Ararın sözləri gündəm oldu

Kondisioner görün hansı xəstəliklərə səbəb olur – Gizli təhlükəsi ilə bağlı həkimdən XƏBƏRDARLIQ

Kondisioner görün hansı xəstəliklərə səbəb olur – Gizli təhlükəsi ilə bağlı həkimdən XƏBƏRDARLIQ

MEDİA-dan İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı BƏYANAT

MEDİA-dan İranın AzTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi ilə bağlı BƏYANAT

Hövsanda FACİƏ: Dənizdə 4 nəfər batdı - 3 bacıdan biri həyatını itirdi

Hövsanda FACİƏ: Dənizdə 4 nəfər batdı - 3 bacıdan biri həyatını itirdi

Günəşdə güclü partlayış baş verdi

Günəşdə güclü partlayış baş verdi

Taksidə sərnişinə əxlaqsız təklif edən sürücü saxlanıldı – VİDEO

Taksidə sərnişinə əxlaqsız təklif edən sürücü saxlanıldı – VİDEO

Geri çağırılan baş konsul əvvəllər jurnalist olub – FOTO

Geri çağırılan baş konsul əvvəllər jurnalist olub – FOTO

İlin birinci yarısında 815 kişi ödənişli atalıq məzuniyyəti götürüb

İlin birinci yarısında 815 kişi ödənişli atalıq məzuniyyəti götürüb

Məşhur aktyorun üzü supermarketlərdə “satışa çıxarıldı” – FOTO

Məşhur aktyorun üzü supermarketlərdə “satışa çıxarıldı” – FOTO

Hamı onu dəli hesab edirdi - 36 ildə mümkünsüzü bacardı

Hamı onu dəli hesab edirdi - 36 ildə mümkünsüzü bacardı

Məşhur müğənni: "Nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik"

Məşhur müğənni: "Nənə və babamın yaşadığı Sumqayıta gedəcəyik"

Bakıdakı küləkli havada təhlükəli anlar- VİDEO

Bakıdakı küləkli havada təhlükəli anlar- VİDEO

ABŞ-da QALMAQAL: Evdən işləyənlərdən daha yüksək kirayə haqqı tələb edildi - FOTO

ABŞ-da QALMAQAL: Evdən işləyənlərdən daha yüksək kirayə haqqı tələb edildi - FOTO

Azərbaycan I yarımildə Rumıniyaya nə qədər neft ixrac edib?

Azərbaycan I yarımildə Rumıniyaya nə qədər neft ixrac edib?

Azərbaycanın Özbəkistandakı yeni səfiri etimadnaməsinin surətini təqdim etdi – FOTO

Azərbaycanın Özbəkistandakı yeni səfiri etimadnaməsinin surətini təqdim etdi – FOTO

İran İraqda kürd döyüşçülərinə ZƏRBƏ ENDİRDİ - VİDEO

İran İraqda kürd döyüşçülərinə ZƏRBƏ ENDİRDİ - VİDEO

3 yunan-Roma güləşçimiz Bakıdakı dünya çempionatının yarımfinalına yüksəldi - VİDEO

3 yunan-Roma güləşçimiz Bakıdakı dünya çempionatının yarımfinalına yüksəldi - VİDEO

Xaçmazda yeni körpü istifadəyə verildi – FOTO

Xaçmazda yeni körpü istifadəyə verildi – FOTO

Ukraynada Rusiyanın planlaşdırdığı kütləvi terrorun qarşısı alındı – VİDEO

Ukraynada Rusiyanın planlaşdırdığı kütləvi terrorun qarşısı alındı – VİDEO

İş axtaranlara ŞAD XƏBƏR – Türkiyədə rəsmi baxıcı işinə qəbul başladı

İş axtaranlara ŞAD XƏBƏR – Türkiyədə rəsmi baxıcı işinə qəbul başladı

Qayınatası Müctəba Xameneinin səhhəti ilə bağlı AÇIQLAMA VERDİ

Qayınatası Müctəba Xameneinin səhhəti ilə bağlı AÇIQLAMA VERDİ

Polşanın müdafiə naziri: Ukrayna bu bayraqla Avropa İttifaqına daxil ola bilməz

Polşanın müdafiə naziri: Ukrayna bu bayraqla Avropa İttifaqına daxil ola bilməz

Sem Altmandan süni intellektin əhəmiyyəti ilə bağlı AÇIQLAMA

Sem Altmandan süni intellektin əhəmiyyəti ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO