Hamı onu dəli hesab edirdi - 36 ildə mümkünsüzü bacardı

Çinin Quyçjou (Guizhou) əyalətində yaşayan Huang Dafa kəndini uzun illər davam edən su qıtlığından xilas etmək üçün başladığı layihə ilə dünya ictimaiyyətinin diqqətini cəlb edib. Kənd sakinlərinin əvvəlcə "dəli" adlandırdığı Dafa 36 il davam edən əzmkarlıq nəticəsində dağların sinəsindən su kanalı çəkərək bölgənin taleyini dəyişib.

Bizim.Media xəbər verir ki, Huang Dafa 1950-ci illərin sonlarında dağ yamacında əl ilə kanal qazmağa başlasa da, mühəndislik biliklərinin olmaması səbəbindən layihə uğursuzluqla nəticələnib. Lakin o, ideyasından imtina etməyib.
 

53 yaşında su təsərrüfatı sahəsində təhsil alaraq hidravlik hesablamaları öyrənən Dafa, 1992-ci ildə dövlətin maliyyə dəstəyi və 200 nəfərlik komandanın köməyi ilə layihəni yenidən həyata keçirməyə başlayıb.


Kanalın ən çətin hissələri dik qayalıqların üzərində yerləşirdi. Bölgədə ağır texnika və partlayıcı vasitələrdən istifadə mümkün olmadığından işçilər dağların zirvəsindəki ağaclara bağladıqları kəndirlərlə uçurumlardan sallanaraq qayaları əl alətləri ilə yonublar.

Bu üsulla inşa edilən kanal mühəndislik baxımından qeyri-adi layihələrdən biri hesab olunur.

1995-ci ildə başa çatan Dafa kanalı ümumilikdə 9,4 kilometr uzunluğunda olub. Bunun 7,2 kilometri əsas xətt, 2,2 kilometri isə paylayıcı kanallardan ibarətdir.

Kanal istifadəyə verildikdən sonra Caowangba kəndi ilə birlikdə ümumilikdə dörd yaşayış məntəqəsi daimi su ilə təmin olunub. Əvvəllər quraq olan torpaqlar 48 hektarlıq suvarılan düyü sahələrinə çevrilib. Suyun kəndə çatdırılmasından sonra bölgəyə elektrik və avtomobil yolu da çəkilib.

Tamamilə əl əməyi ilə inşa edilən kanal istifadəyə verilməsindən 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu gün də bölgənin suya olan tələbatını ödəyir.

Huang Dafa gördüyü işə görə 2021-ci ildə Çinin ən yüksək dövlət təltiflərindən biri olan "1 İyul" medalı ilə mükafatlandırılıb. Onun hazırladığı tikinti modeli sonradan qonşu kəndlərdə həyata keçirilən su layihələri üçün də nümunə kimi istifadə olunub. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

8 Noyabr prospekti istiqamətində YOL BAĞLANDI - Xəbərdarlıq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Azərbaycanın sahillərini BARBAROS qoruyacaq

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu

Kürdəmirdə kütləvi zəhərlənmə: 13 nəfər xəstəxanalıq oldu

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Toyuq filesinin qiyməti 10 manata QALXDI

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Cinayət yolu ilə əldə olunan vəsaitlərin aqibəti necə olur? – Baş Prokurordan AÇIQLAMA

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Paytaxtın bu rayonunda 20-yə yaxın bina SÖKÜLƏCƏK

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Baş məşqçi Ronaldo ilə yaşanan münaqişədən danışdı

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Şamaxıda yol qəzası: Piyada hadisə yerində dünyasını dəyişdi

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Zakir Həsənov Vasiliy Osmakovla görüşdü – Detallar - FOTO

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Tramp ABŞ qoşunlarının İraqdan çıxarıldığını TƏSDİQLƏDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Ronaldo Portuqaliya millisini TƏRK ETDİ

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

Türkiyə MMN Azərbaycanda keçirilən təlimdən VİDEO paylaşdı

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

"Flydubai" aviaşirkətinin təyyarəsi İsrailə ENİŞ ETDİ

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

Tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə ELAN EDİLİR

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

"Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi..." - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

Həbsdə olan vəkillər azadlığa buraxıldılar - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

İranda qadın könüllülər üçün ilk hərbi təlim keçirildi - FOTO

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

"Flydubai" reysində bıçaqlanan pilot barəsində bəzi DETALLAR

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Böyük Britaniya Aİ-yə təkrar qoşulmağı nəzərdən keçirir

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

Zakir Həsənov iki ölkənin müdafiə nazirləri ilə görüşdü - FOTO

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

ABŞ-də İLK: Qadının edam edilməsi son anda təxirə salındı

Bakıda bu binalar təmir ediləcək

Bakıda bu binalar təmir ediləcək

Bakının mərkəzində parkdan meyit tapıldı

Bakının mərkəzində parkdan meyit tapıldı

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi

End of content

No more pages to load

RADİO