Əsgərlərimizə qumbara atan terrorçu Azərbaycana TƏHVİL veriləcəkmi? – VƏKİL 

Şuşa şəhəri yaxınlığında Azərbaycan və Rusiya sülhməramlılarının olduğu posta qumbara atan erməni terrorçunun həbs olunması və Azərbaycana təhvil verilməsi məsələsi hələ də gündəmdədir. Cinayətkarın beynəlxalq qanunlara görə necə mühakimə olunacağı da maraq doğurur. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayevin fikrincə, nə Ermənistan, nə də sülhməramlılar həmin erməni terrorçunu Azərbaycana təhvil verməyəcək:
 

MÖVZU İLƏ BAĞLI:

Şuşa ətrafında baş verən terror aktında hərbçimiz yaralandı


“Ab-havadan belə görünür. Bu adamı Ermənistanda az-qala qəhrəman elan ediblər.

Amma istənilən halda cinayətkarın bizə təhvil verilməsini tələb etməliyik və bununla bağlı Avropa Şurasında, BMT-də məsələ qaldırmalıyıq. Həmçinin Ermənistana sanksiyalar tətbiq etməklə, lokal tədbirlərə əl ata bilərik. Məsələn, erməni terrorçu Azərbaycana verilənə qədər Laçın yolunu bağlaya və yaxud İrandan ora maşınların buraxılmamasını təmin edə bilərik. Buna haqqımız var. İlk növbədə isə cinayətkarı rus sülhməramlılarından tələb etməliyik. Çünki öncə onlar həmin şəxsi saxlamışdılar və sonradan yerli separatçılara təhvil veriblər. Onların qarşısında bir daha məsələnin hüquqi müstəvidə qaldırılması lazımdır.
 

Bunlar nəticə verməsə, gözləməliyik. Ya bizimkilər həmin ərazidə əməliyyat keçirib onu tutmalıdır, ya da nə vaxtsa Xankəndi üzərində suverenliyimiz həyata keçsə, onu həbs etmək imkanımız olacaq”.


Vəkilin sözlərinə görə sözügedən hadisə ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində aparılan istintaq davam etməlidir:

“Erməni terrorçu barəsində ittiham irəli sürüb axtarış elan edilməlidir. Baş prokurorluq o istintaqı yekunlaşdırıb, məhkəməyə göndərə bilər. Məhkəmə isə qiyabi hökm çıxarandan sonra erməni separatçının axtarışını İnterpola verə bilər. O vaxta qədərki, o adamın ələ keçirilməsi mümkün olsun”.

Əsabəli Mustafayev qeyd edib ki, terrorçuluq nə baş verməsindən asılı olmayaraq bitmiş cinayət sayılır və təxribat törədən erməni terrorçunu Azərbaycana təhvil veriləcəyi təqdirdə ömürlük cəza gözləyir:

“Əgər Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə erməni barəsində cinayət işi açılsa, 15 ildən 18 ilə qədər azadlıqdan məhrum ediləcək. Fikrimcə, ittihamı terrorçuluqla bağlı qaldırmaq və bütün hüquqi müstəvilərə çıxış imkanından istifadə etmək lazımdır”. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ramin Qurbana nazirlikdə yüksək vəzifə VERİLDİ

Ramin Qurbana nazirlikdə yüksək vəzifə VERİLDİ

DOST Agentliyində işləmək istəyənlərin NƏZƏRİNƏ: VAKANSİYA var

DOST Agentliyində işləmək istəyənlərin NƏZƏRİNƏ: VAKANSİYA var

Sumqayıtda bayrağa hörmətsizlik edən ŞƏXS SAXLANILDI - FOTO

Sumqayıtda bayrağa hörmətsizlik edən ŞƏXS SAXLANILDI - FOTO

Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - Polis hərəkətə keçdi

Bakıda 257 nömrəli məktəbdə nə baş verir? - Polis hərəkətə keçdi

Prezidentin gəlini sərgidən paylaşım etdi - FOTOLAR

Prezidentin gəlini sərgidən paylaşım etdi - FOTOLAR

İşğal dövründə itkin düşənlərin taleyi ilə bağlı AÇIQLAMA

İşğal dövründə itkin düşənlərin taleyi ilə bağlı AÇIQLAMA

Xarici diplomatlar Şuşa qalasını ziyarət ediblər - FOTO

Xarici diplomatlar Şuşa qalasını ziyarət ediblər - FOTO

Bakıda avtobus sürücüsü sərnişinə evlilik təklif etdi – VİDEO

Bakıda avtobus sürücüsü sərnişinə evlilik təklif etdi – VİDEO

Kəmaləddin Heydərov Naxçıvan FHN-də xidməti müşavirə keçirdi -FOTO-VİDEO

Kəmaləddin Heydərov Naxçıvan FHN-də xidməti müşavirə keçirdi -FOTO-VİDEO

DİQQƏT! 30 avtobus marşrutunun hərəkəti DƏYİŞDİRİLİR

DİQQƏT! 30 avtobus marşrutunun hərəkəti DƏYİŞDİRİLİR

Ənvər Ənvərli federasiyaya prezident seçildi - FOTO

Ənvər Ənvərli federasiyaya prezident seçildi - FOTO

Bu marşrutun avtobusları YENİLƏNİR

Bu marşrutun avtobusları YENİLƏNİR

Mükəmməl qayğanaq bişirməyin sirri: Sadə bir hiylə hər şeyi dəyişdirir

Mükəmməl qayğanaq bişirməyin sirri: Sadə bir hiylə hər şeyi dəyişdirir

Səxavət Məmmədzadə xəstəxanaya direktor TƏYİN EDİLDİ

Səxavət Məmmədzadə xəstəxanaya direktor TƏYİN EDİLDİ

Avropadakı gizli şəbəkənin MALİYYƏ XƏRİTƏSİ – Okamponun kampaniyasında Vardanyan-Karapetyan İZİ

Avropadakı gizli şəbəkənin MALİYYƏ XƏRİTƏSİ – Okamponun kampaniyasında Vardanyan-Karapetyan İZİ

Bakının mərkəzində QAYDA POZUNTUSU: Maşını nizamsız park edib getdi - VİDEO

Bakının mərkəzində QAYDA POZUNTUSU: Maşını nizamsız park edib getdi - VİDEO

Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO

Qusarda yeni şahmat məktəbi AÇILDI – FOTO/VİDEO

Buraxılış imtahanında maksimum bal toplamış şagirdlərin SİYAHISI

Buraxılış imtahanında maksimum bal toplamış şagirdlərin SİYAHISI

SON DƏQİQƏ! Aprelin 5-də keçirilmiş buraxılış imtahanının nəticələri AÇIQLANDI

SON DƏQİQƏ! Aprelin 5-də keçirilmiş buraxılış imtahanının nəticələri AÇIQLANDI

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Ceyhun Bayramovla Əraqçi arasında TELEFON DANIŞIĞI: Nələr müzakirə edildi?

Bilal Əliyev Bakını TƏRK ETDİ – ÖZƏL

Bilal Əliyev Bakını TƏRK ETDİ – ÖZƏL

Hikmət Hacıyev: “Avropa Parlamentinin qərarlarının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur”

Hikmət Hacıyev: “Avropa Parlamentinin qərarlarının Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur”

Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı ilə bağlı VİDEO PAYLAŞDI

Mehriban Əliyeva İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışı ilə bağlı VİDEO PAYLAŞDI

Heydər Əliyevlə xanımının yeni FOTOLARI

Heydər Əliyevlə xanımının yeni FOTOLARI

End of content

No more pages to load

RADİO