“Ərdoğan bunu Baydendən başqa Makronla da müzakirə edib” - ÖZƏL ŞƏRH

Siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyevin fikrincə, Cənubi Qafqazdakı məsələləri müzakirə edən ABŞ və Türkiyə liderləri əsasən əməkdaşlıq platforması olan “3+3”ün üzərində dayanıblar. Amerika tərəfi isə bu platformaya qarşıdır:

“Çünki bunu onların müdafiə nazirlərinin açıqlaması da biruzə verib. Belə ki, Gürcüstanın bu platformada iştirak edə bilməyəcəyi açıqlanıb. Qısqanclığa səbəb, “3+3”də aparıcı qüvvə kimi Rusiyanın iştirak etməsini hesab etməkləridir”.

Bizim.Media ilə eksklüziv müsahibə zamanı beynəlxalq məsələlər üzrə ekspert bildirib ki, buna baxmayaraq Türkiyə prezidenti amerikalı həmkarını məsələnin əksinə inandıra bilib. Əsas da o gətirilib ki, “3+3” regionda uzunmüddətli sülhə xidmət edəcək.

Platforma iştirakçı olmayan qüvvələr üçün də sərfəli olacaq. Ərdoğan bu barədə ancaq Baydenlə danışmayıb:

“Eyni zamanda Makronla da söhbət zamanı bu məsələyə toxunub. Yəni, məsələ geniş müzakirə obyekti olub. Nəzərə almaq lazımdır ki, bu platformada mərkəzi element Zəngəzur dəhlizidir. İnanıram ki, koridorun reallaşması mümkün olacaq.

Sadəcə, bölgədən kənar qüvvələr hər hansı formada dəhlizin açılması, “3+3”ün reallaşmasını müəyyən mənada gecikdirə bilərlər. Amma dayandıra bilməzlər, çünki layihə ətrafında proseslər başlayıb. Ermənistanı öz tərəflərinə çəkməklə müəyyən vasitələrə əl atıla bilər, amma son nəticədə koridor açılacaq”.

ABŞ və Fransa niyə belə narahatdır?

“Vaşinqton və Paris ehtiyatlanır ki, layihə işə düşəndən sonra Qərbin bölgədəki dövlətlərlə bağlı himayədarlığı o qədər də əhəmiyyət kəsb etməyəcək. Asılılıq azalacaq və ölkələr iqtisadi cəhətdən daha müstəqil inkişaf edəcəklər.
 

Ehtiyatlanırlar ki, Gürcüstan da layihəyə daha sıx qoşulandan sonra Tbilisi-Moskva münasibətlərində hansısa istiləşmə ehtimalı yaranar.


Bu tip problemlərə görə bir az vaxt lazım olsa da, fakt odur ki, proseslərin iştirakçıları olan dövlətlər birbaşa müzakirələr aparırlar.  Prezidentimiz də dəfələrlə qeyd edib ki, müsbət siqnallar var. Lakin müsbət siqnalların reallaşma müstəvisinə gəlmə məsələsində əmin olmaq istəyirik”. 

Platformanın yubadılması həm də sülh müqaviləsinin gecikdirilməsidir?

“Sülh müqaviləsinin imzalanması ifadəsindən Azərbaycandakı ekspertlər geniş istifadə edirlər. Amma sülh müqaviləsinin imzalanması özü-özlüyündə uzunmüddətli bir prosesdir. Bunun üçün ilk addımlar atılmalıdır. Dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanımaq – Ermənistan tərəfi ilk addımı atarsa, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır.
 

Belə olan halda, tərəflər arasında sülh müqaviləsilə bağlı ilkin razılaşma imzalanır, danışıqlar başlayır.


Sülh müqaviləsinin imzalanması qısa müddətdə də həyata keçə bilər. Ancaq dünyada elə nümunələr var ki, bəzi dövlətlər sülh sazişi olmadan da bir-biriləri ilə əməkdaşlıq edirlər. İlk addım ərazi bütövlüyünün tanınması olmalı və delimitasiya-demarkasiya prosesinə start verilməlidir. 

Texniki işlərə paralel sülh müqaviləsi üzərində danışıqlar başlasın və davam etsin. Sadəcə, əvvəlcə ilkin şərtlər yerinə yetirilməlidir”.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ukraynada ƏRZAQ QITLIĞI – Əhali arasında ajiotaj başladı – FOTO/VİDEO

Ukraynada ƏRZAQ QITLIĞI – Əhali arasında ajiotaj başladı – FOTO/VİDEO

İranda efirdə mesaj oxuyan molla biabır oldu - VİDEO

İranda efirdə mesaj oxuyan molla biabır oldu - VİDEO

Təcili yardım maşınında uşaq dünyaya gətirdi - Fotolar

Təcili yardım maşınında uşaq dünyaya gətirdi - Fotolar

Güneldən gəlinləri ilə bağlı paylaşım -Foto

Güneldən gəlinləri ilə bağlı paylaşım -Foto

El-Nino Azərbaycandan yan keçməyəcək:Yağıntı, sel və...

El-Nino Azərbaycandan yan keçməyəcək:Yağıntı, sel və...

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Yeni dövlət rüsumları müəyyənləşdi - 50 manat...

Yeni dövlət rüsumları müəyyənləşdi - 50 manat...

Göyçayda zəncirvari qəza – yaralılar var - FOTO

Göyçayda zəncirvari qəza – yaralılar var - FOTO

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ – Sabahdan hərəkət belə təşkil olunacaq – VİDEO

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ – Sabahdan hərəkət belə təşkil olunacaq – VİDEO

Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edildi – FOTO

Bakıda avtoxuliqanlıq edən moped sürücüsü həbs edildi – FOTO

Nərimanov niyə mənzil axtaranların diqqətindədir?

Nərimanov niyə mənzil axtaranların diqqətindədir?

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Ögey qızına əxlaqsız hərəkətlər edənə - 11 il həbs verildi

Ögey qızına əxlaqsız hərəkətlər edənə - 11 il həbs verildi

Naxçıvanda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı – FOTO

Naxçıvanda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı – FOTO

Quba-Xınalıq yolunda torpaq sürüşməsi – Hərəkət məhdudlaşdı – ÖZƏL/VİDEO

Quba-Xınalıq yolunda torpaq sürüşməsi – Hərəkət məhdudlaşdı – ÖZƏL/VİDEO

“Uzak Şehir” “İlin serialı” seçildi

“Uzak Şehir” “İlin serialı” seçildi

“Əsas heyətə düşmək üçün çox çalışıram” -Musa Qurbanlı

“Əsas heyətə düşmək üçün çox çalışıram” -Musa Qurbanlı

Lökbatan-Qobu yolunda avtomobil aşıb – VİDEO

Lökbatan-Qobu yolunda avtomobil aşıb – VİDEO

Piyadaların yollarda yaratdığı təhlükəli anlar – VİDEO

Piyadaların yollarda yaratdığı təhlükəli anlar – VİDEO

Bakıda yeni ekspress avtobuslar fəaliyyətə başladı – Hərəkət istiqamətləri - VİDEO

Bakıda yeni ekspress avtobuslar fəaliyyətə başladı – Hərəkət istiqamətləri - VİDEO

Azərbaycandan İrana elektrik enerjisi ixracı ARTIB

Azərbaycandan İrana elektrik enerjisi ixracı ARTIB

Ceki Çanın Bakıda çəkilən filmi nə vaxt ekranlara çıxacaq?

Ceki Çanın Bakıda çəkilən filmi nə vaxt ekranlara çıxacaq?

Pensiya alanlara ŞAD XƏBƏR!

Pensiya alanlara ŞAD XƏBƏR!

Müştəri hansı hallarda əlavə ödənişdən imtina edə bilər? – HÜQUQİ İZAH

Müştəri hansı hallarda əlavə ödənişdən imtina edə bilər? – HÜQUQİ İZAH

End of content

No more pages to load

RADİO